Əli Şirin Şükürlü - İran nüvə düzəldir
12.07.13

təqvim – dəyişən hadisələr

gözüm təqvimə sataşır – masanın üstündəki:
dekabr ayı – niyə, axı iyuldu indi?

tez də xatırlayıram 
o keçən ilin təqvimidir;
dekabr ayında qalıb.

il bitəndən sonra 
ən azı bir il saxlayıram köhnə təqvimi – 
adətimdi.

yeni təqvimə baxıram:
06.07.2013 – şənbə günü.
dünən cümə günü, ayın beşi idi.
5, 6-nı əvəz edəndə yuxudaydım. 
gör nə qədər hadisə baş verib 
mən yuxudaykən. 

geydiyim paltarlar 
köhnəlib “bir gün” də. diş fırçasını 
dəyişmək lazımdır, vaxtı keçib.
kandardakı lampalardan biri yanmır...

az sonra
xəbərləri izləyirəm internetdə. gör
nələr baş verir bir gündə, necə dəyişir hadisələr,
xəbərim olmur. 

zaman ki var a zaman – dəyişməsidir hadisələrin.

yaxşı ki,
dəyişir hadisələr. yoxsa donardı zaman.
elə məkan da – hadisələrlə birgə içində olduğumuz, -
zamana perpendikulyar. şəkiləbənzəyərdi. 
biz də şəkildən boylanardıq indi.

saata nəzər salıram – masanın üstündəki;
günortaya az qalır. yarısı ötüb keçdi
bir günün də.məndən xəbərsiz
hadisələr baş verir yenə hardasa.

üzümə təbəssüm qonur: nə yaxşı,
hadisələr şəkilə dönməyib, dəyişir hələ də.  
xəbərim olmasa da, mən də varam hələ 
dəyişən bütün hadisələrin içində.

 ... – 06.07.2013



üçbucaq

xatirələri yığdım bir yerə
blyard daşları kimi. alınan üçbucağın
üç tərəfi və 
üç tərəfi birləşdirən üç nöqtə;
S  – sən,
M  - mən, 
O  – o.

... dağılar üçbucaq əvvəl-axır.
dağılarsa,
diyirlənər xatirələr hərə bir tərəfə
blyard daşları kimi. 

diyirlənərsə xatirələr,
hər xatirə bir hadisə 
daşıyar özüylə.

hər xatirə 
bir hadisə daşıyarsa,
hadisələr üz alar hərə bir tərəfə.

üz alar
düz xətt boyunca, üstündə
ard-arda üç nöqtə; S, M, O – 
sən, mən, o.

      ... – 02.07.2013



asılı olmayan hadisələr

bir-birindən
asılı olmayan hadisələr var 
və biri o birinə səbəb ola bilməz
bir-birindən asılı deyilsə.

baxaq:

qarabağı itirdik gözgörəsi.

cövhər dudayevi güllələdilər çeçenistanda.

səddam hüseyni asdılar deyəsən iraqda.

livanda qəddafini qətlə yetirdilər biabırcasına.

suriya hökuməti əldən vermir hakimiyyəti.

iran nüvə düzəldir.

amerika zəncir çeynəyir qəzəbindən.

bir yeniyetmə qız rəqs eləyir inaqurasiyada.

on bir yaşlı qız cihada qalxır fələstində.

bir körpə doğulur – milyonçu.

bir uşaq ölür acından.

və sairə. 
kifayətdir, məncə.  
bir-birindən 
asılı olmayan hadisələr var – deyilmi?

bir-birindən asılı olmayan hadisələr
çoxluqlardı riyaziyyatda; 
bir biri ilə kəsişməyən, yəni
ortaq elementi olmayan.

amma, bu yerdə təəssüf, 
həyat riyaziyyat deyil təkcə. 

həyatda bir biri ilə kəsişməsə də,
bir birinin içindədir bütün hadisələr.

    ... – 03.07.2013


Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.