Cavanşir Yusifli - Konseptual mətnlər: sözə sözün bitdiyi yerdən başlamaq..
03.07.13

Şair, esseist, tərcüməçi, mükəmməl (konseptual) ədəbiyyat adamı Səlim Babullaoğlu “Polkovnikə heç kəs yazmır” kitabında bütün əsas cizgiləri ilə üzə çıxır. Səlimin sözü qəribə rayihəyə malikdir – bu sözlər nəyisə göstərmək, nişan vermək xətrinə deyil, ömrü boyu yazacaqlarını bir söz, bir kəlmə kimi dilə gətirmək naminədir. Səlimin şeiri onun özü qədər orijinal, həssas və düşüncəlidir. Bu düşüncə qatında nəyisə göstərməkdən birdəfəlik vaz keçilir – onsuz da hər şey aydındır, üfüq qaşında sabahın, gələcəyin də görüntüləri var; ozon qatı da deşilib, insan, dünya, gerçəklik, bu gün, sabah, gələcək... haqqında hər şey deyilib sanki... şair var sətirlərdə, misraların enerji burulğanında yaşayır, fırtına yatan kimi şair də “yatır”, şair də var misralar arasındakı maqnit sahəsində... Sözümüz bu ikincisi barədə olacaq.

İndi sükut tez-tez kəsir mənim sözümü,
Əvvəlkitək qan qaynamır indi damarda.
Güzgülərdə qaçırdıram tez-tez gözümü,
Adımı da heç yazmıram tərli divarda.

Bütün bu şeirlər özləri haqqında ənənəvi tənqiddə və ədəbiyyatşünaslıqda deyilənləri arxa plana keçirir, ona görə yox ki, o tənqid bu şeirləri anlamaq gücünə malik deyil, ona görə ki, bu mətnlər başqa xassəyə malikdir və onlar haqqında yazılan hər şey indinin elmi-fəlsəfi düşüncə paradiqması daxilində dərhal (onsuz da...) dözülməz bir nəsnəyə çevriləcəkdir. Bu mətnlərdə elə bir səmimi yanaşma, dilindəki, ürəyindəki mətləbi elə bir tərzdə söyləmək ifadəsi var ki, mətnin bütün strukturu dərhal açılmır, sənə sənin istədiyin informasiyanı verir və yanından ötüb keçməyi istəyir . Bu mənada “Ata və uşaqlar” şeiri daha çox xarakterikdir. Səlimin təhkiyəsində belə bir məqam var: sözə sözün bitdiyi yerdən başlamaq...

Əslində nə baş verir: su xassəsini dəyişir,
Torpaq onu Məcnun yanğısıyla çağırır, çəkir,
Altı vergül altmış yeddilik gücüylə sevir,
Adamlar isə hələ də möcüzə axtarır
Və onu nədənsə tapmırlar. 

Səlimin mətninin ənənəvi şeirdən fərqi nədir? Yuxarıdakı sitat(lar)ı bir şeirin içindən çıxarıb onlar haqqında söz demək mümkünsüzdür. Necə ki, son dərəcə səmimi fikri, sözü dinlədikdən sonra ağıllı adamlar susur, cahillər dil boğaza qoymur. Səlim bizim şeirdən ən müxtəlif ədaları, qeyri-səmimi notasiyaları aradan qaldırdı (öz təcrübəsində), yuxarıdakı şeiri tam şəkildə oxuyan kəslər mətndəki uşaq sadəlövhlüyünün şahidi olarlar. Oppozisiya, yəni ürəkdən vulkan kimi, qarşısıalınmaz lava şəklində çıxan düşüncə layı oxucunu qarsmır, onu dar ayaqda yaxalayıb fikrini təlqin eləmir... və əslində hər şey çox sadə şəkildə baş verir, başqalarının bildikləri mənim bilmədiyim formada ifadə edilir, baxın, mən bu adidən adi şeyləri bilmirəm, Səlimin özü demişkən, metafizika fizikayla puç olur. Əslində yaşlaşmış, dünya görmüş adam yox, uşaq müdrikdir və bu da həyatın üzdə olsa da, saya salınmayan, daha doğrusu, üzdə olub görünməyən cəhətlərindəndir.

Səlim bütün şeirlərində şüar kimi hər yerdən, bütövlükdə isə düşüncəmizdən asılan fikirlərə deyil, bizə çox lazım olsa da, həyatımızdan kənarda qalan nöqtələrə diqqət yetirir və onlardan yüksək keyfiyyətli poetik nümunələr düzəldir. Doğrudan da, əl çatmayan bir mərtəbədə oturub insanlara notasiya oxuyan şeir kimə lazımdır, xassəsi, keyfiyyəti olmayan, həyatla bağlı lüzumsuz şeirlər belə deyək, əşyalara toxunub keçir, bu an sözün bətnindəki enerji sadəcə illüstrativ formada ifadə edilir. Bu problemi geniş ölçüdə aça bilmək üçün fikrimizcə, sözlə (həm də sükutla) bağlı problemin şərhini vermək lüzumu yaranır. Sözün poetik enerjisini faş etmək yolunda əsas iş onun sadəcə mənasını deyil, ontoloji çalarlarını üzə çıxarmaqdan ibarətdir və XX əsrdə bu, ümummədəni problematikanın ayrılmaz tərkib hissəsi olub. Tədqiqatçıların fikrincə, həmin əsrdə söz problemi iki ölçüdə nəzərdən keçirilir: maddi (tarixi) və mənəvi (metatarixi). Poeziyada, ta qədim zamanlardan bəri “sirli dünya” söz və sükut (ruh və cism) oppozisiyasında açılır. Yaxud buna cəhd edilir. Demək vacibdir ki, ədəbiyyatda (və xüsusən poeziyada) heç bir iş sonadək icra edilmir, bu anlamda CƏHD əsas məsələdir, yəni işarə elə parlaqlıqla yanıb-sönməlidir ki, məna (ontoloji qat!) bütün gücüylə görsənə bilsin. Səlimin mətnlərində də bu oppozisiya söz və sükut, ruh və cism formasındadır və bu cazibə sahəsinin ətrafında onun bütün düşüncələri, cəhdləri, “sirli dünyanı” eyni zamanda həm orijinal, həm də çox bəsit yanaşmalarla açmaq cəhdi... ifadə edilir. Oxucu Səlimin şeirlərindəki bu görüntüləri üzdən “oxuya” bilər (tənqiddə bədii mətnin anlaşılması çox ciddi bir filoloji problemdir), onun konsepsiyasının yanından keçə bilər, ancaq Səlim hər şeirində, hər misrasında bu sirri bir daha ifadə edir, R.Bart demişkən “dünyanı vasitəli sual altında” qoyur. Səlimin uşaqlarla bağlı (... gəzinti motivi) mətnində əslində işarəsiz-filansız uşaq sadədilliyinin obrazı yaradılıb və bunun vasitəsi ilə həmin oppozisiya (ruh və cism) üzərində şərhlər aparılır. Bütün mətn boyu şairin dediklərindən (və daha çox sükutundan) belə anlaşılır ki, dünyada elə sözlər var ki, yalnız Tanrıya məxsusdur, o sözlər ki, əşyalar öz-özünə danışır, sözün özü əşyaya çevrilir. Səlim yuxarıda vurğuladığımız mənaya yetişmək, onu görükdürmək üçün əşyalara, rəqəmlərə, onların böyür-böyürə yatdığı çevrəyə daxil olur, onlarla qədim kitablarda, toz basmış əlyazmalarda davranıldığı kimi davranır (sükutun tozu!), onların qaranlıq dərinliyindəki sirləri üzə çıxarmağa cəhd edir və... nəticədə ilk baxışdan anlaşılmayan, diqqətlə qulaq asdıqca insanın ürəyini riqqətə gətirən əhvalatların səsi eşidilir. Bu çevrədə, dünyanın bu toz (sükut) basmış hissəsində dünyanın bəlkə də bütün dillərində yazılan mətnlər, hərflər, sözlər, rəqəmlər bir kontekstdə çıxış edir, birləşib-ayrılır, bir də görürsən ki, həmin tozun altından Xəyyamın rübailəri, Xaqaninin sözün dərinliyində gizlənən ürək döyüntüləri, Mandelştamın “Sillentium” əsərinin gül kimi açan pıçıltıları görsənir.

Səlimin kitabın sonunda bəzi şeirlərinə şərhlər verilib, müəllif istəsəydi, hər bir şeirinə bu şərhləri yaza bilərdi (və buna ehtiyac vardı, ilk öncə ona görə ki, Səlimin şərhləri də misralarının arasındakı maqnit sahəsi qədər güclü və maraqlıdır). “Sükuta ithaf” şeirinə yazılan şərhdə oxuyuruq: “M.Məhəmmədinin vasitəsilə Xaqanidən bəzi sətri tərcümələri oxudum. Təxminən belə bir ifadə vardı ki, ey insan axı sən niyə yazırsan, axı, sən özün yazısan. Həmin dövrdə paralel Mandelştamın şeirlərini də (“Sillentium”) mütaliə eləyirdim. Mandelştam da bütün sözlərin sükutda gizlənməsi haqqında yazır. Bu fikirlər, misralar təkanverici qüvvə oldu, ovqatım isə həmin mətləb üçün adekvat idi. Şeirin içində bold (=qara) ilə verilmiş “susqunluq (= sükut) kəlməsi şeirin içində hərəkət etməyə başladı...” .

Sükutun şeirin içində hərəkəti məhz Səlimin o qədim mətnlərə əlavəsi, qədim və azman sükuta şərhidir. Bizdə bu tipli mətnlər bir qayda olaraq zahiri, insanın ağlına ilk gələn əksliklərin, yaxud assosiativ əksliklərin qarşıdurması, bu vasitə ilə həyatın faniliyi, ölüm və sair mövzularda çılpaq ritorika üstündə bəstələnir. Haqqında bəhs edilən mətnlərdə isə dərinlərə – sükutun cövlan elədiyi dərinliklərə baş vurulur. Və belə olduğu üçündür ki, şeiri (mənanı-sükutu) parçalayıb sitat vermək mümkün olmur. Mətndə elə bil, dünyanın (hər halda şairin təsvir etdiyi məkanın) sonu ilə əvvəli birləşmiş halda olur. Forma və məzmunun rastlaşıb çarpazlaşdığı yerdə hər şeyin bir üzü səs, arxası səssizlikdir, onların birinin susması ilə digərinin (sükutun) danışması müəllifin təxəyyülünün alt qatlarında gedən prosesdən asılıdır. Sözlər, onların sırası, necə deyərlər, bir-birini gətirməsi... yatmış, dərin yuxuya getmiş adamın qəfildən qulağına saat çıqqıltısının gəlməsinə bənzəyir. Ritmin və intonasiyanın da bu takta köklənməsi qəribə ovqat yaradır – bu səssizliyin içində birdən “Xəzər sözlüyü”ndə olduğu kimi hansısa kitabdan hecalar, vurğular tökülür, “suyun ayaq səsləri” eşidilir (...Hər kəs daha çox əynidir – əşya. Güzgüdə yalnız gözlərin həminki – eynəyin dalında; eynəyi çıxartsan ətrafın fırlanar, fırlanar, qaralar. Əşyalar adından özgə söz tanımaz, dedirtməz adama və susar həmişə. Uzansa susqunluq dərd etmə özünə, suyu aç və dinlə səsini suyun...).

Səlimin şeirlərində dərdi, kədəri, məşəqqəti... verməyin, ifadə eləməyin yolu təsvirdən yox, işarə etməkdən keçir. Bu işarələrin müxtəlif kombinasiyaları bədii mətndə elə bir funksionallıqla gerçəkləşir ki, nəticədə sətirlər, misralararası cazibə qüvvəsi, maqnit burulğanı mətnə çevrilir, onun diliylə sənə müraciət edir. Sözlər və misralar arasındakı münasibətlərin belə bir fərq rakursunda düzülməsi əşyalara, dünyaya və insana, dünyanın əbədi-əzəli işlərinə münasibəti də kökündən dəyişmiş kimi olur.

Sözlər bitmir, dostum, onlar bizi atıb gedirlər,
Qızımla məni qoyub gedən qadınım kimi,
Pirərvan yolunda, qumluqda, üfüqdə qaralıb itən köçlər,
Yazsan əgər, elə o sətirlər kimi.
Mən də sözəm, Məsih və yəqin sabah çıxıb gedəcəyəm.

Burda yeganə “real” olan şey “Pirərvan yolunda, qumluqda, üfüqdə qaralıb itən köçlər”dir; yəni təkcə bu konstruksiya real görüntü yaradır. Sözügedən şeirdə (“Səttarın Məsihağaya dediklərindən”) hər bir şərti bənddə belə bir ayrıntı mövcuddur. Və bu real görüntü yaradan misra gah bəndin əvvəlində, gah da ortasında gəlir. Və yerindən asılı olmayaraq bu nəsnələrin hər biri misraya, sətrə çevrilir (... yazsan əgər, elə o sətirlər kimi...), ən müxtəlif ovqatdan, ən müxtəlif cəhətlərdən toplanıb yığılan bu sətirlərin məhz belə bir kombinasiyası orijinal tapıntıya çevrilir: mən də sözəm və yəqin sabah çıxıb gedəcəyəm...

Və bir də:

Sənin dilin dildir, mənimki zəban,
Sənin dünyada vətənin vardır – Azərbaycan,
Mənim bu cahanda didərgin Təbrizim, Ərdəbilim.
Sənin sözün sözdür, ağızın ağız, məndə yalnız dəhan,
Onu da vəsf ediblər orta əsrlərdə. 

Bu şeiri oxuyan hər kəs onu indiyə qədər Güney Azərbaycan dərdi haqqında yazılan bütün şeirlərlə müqayisə etsə, yaxud sadəcə bu mətnləri yan-yana düzüb oxusa, bu məqamda iki cəhətin şahidi olar. Birincisi, bu mətn o şeirlərin məntiqi nəticəsidir, ənənənin orijinal biçimdə davamıdır. İkincisi, məhz bu şeirdə həm Güney Azərbaycan reallığı, həm də onun dərdi, insan qəlbini saran qüssə bütün nöqtələri, ağrıyan məqamları ilə üzə çıxır.

Səlimin hər bir şeirində mövzu, mətləblə bağlı orijinal metodun tətbiqi, yeni texnologiyanın işlənməsi mətndə ənənəni çarpaz şəkildə kəsir, yeni duyğular, mətləblə bağlı yeni, açılmamış, gizlində qalan cəhətləri meydana çıxarır. Məhz elə buna görə də Səlim heç bir şeirində “dərd” demir, onun güzgünün dərinliyindən baxan obrazını yaradır, bax, bu məqamda bütöv bir mətn bir sözə çevrilmək ehtirasına tutulur. Səlimin şeirlərində sözlər sevişir. Onları bir-birindən ayırmaq, misralar, bəndlər şəklində sitat vermək sadəcə qeyri-mümkündür. Mətn nəfəs dərilib verilənə qədər yazılır. Bu mənada mənim ən çox sevib-seçdiyim şeir “Coratdakı balıqçı uşaqlarına ədəbiyyat dərsi”dir. Bu şeirdə Səlimin poetik gücü bütün bəlirtiləri ilə iştirak edir: realla irreal, konkretlə mücərrəd, görüntüsü ilə peyda olan əşya ilə simvolika ayrı-ayrı qatlarda yox, qarışmış, qovuşmuş şəkildə çıxış edir və bunun özü də şeirə orijinal ovqat biçir.

... Hə, uşaqlar, heç kim sabahı yaşadığı kimi gözləmir,

Yanınıza gələndə özümlə üz qabığında qızıl balıqla qocanın rəsmi olan

Bir kitab götürmək istəyirdim. Amma qorxdum.

Fikirləşdim ki, balıq sizin dənizə atlanar, üzüb gedər.

Qoca isə qarşınızdadır... /525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.