Rəşad Məcid: "Yeni adamlarla dostluq eləməyə ehtiyatlanıram"
03.07.13

Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci” qəzetin baş redaktoru Rəşad Məcidin müsahibəsi.


-Rəşad müəllim dostluğa inanırsınızmı? Ümumiyyətlə, dost sizin üçün nə deməkdir?


- Dostluğa inanıram. Bəzi adamlar var, deyir ki, dost pis gündə bilinər. Bəli, həyatın müxtəlif dönəmlərində fikirlərini, sevincini, kədərini bölüşmək istədiyin bir kimsəyə ehtiyacın olur. Əsl dost odur ki, səni hər zaman dinləməyə hazır olsun.

-Bir mahnıda deyildiyi kimi, «…dost ya bir olar, ya iki» bu fikri qəbul edirsinizmi?


-Qəbul edirəm. Eyni zamanda düşünürəm ki, dostların sayı əlin barmaqlarının sayından çox olmasa yaxşıdır.


-Dost dar gündə bilinər! Belə bir gününüz olubmu və o dost bilinibmi?


-Bilirsiniz, bir vaxtlar ünsiyyətdə olub sonradan ona dost deyə müraciət etmək əslində dostluq deyil. Gərək dostunu yaxşı tanıyasan. Onun səni həyatın hansı pilləsinə qədər dayaq dura biləcəyini yəqin etməyi bacarasan. Bu baxımdan mənim problemin yoxdur. İnsana ilk baxışdan qiymət verməyi bacarıram. Həmin insanla hara kimi yol gedə biləcəyimi də yəqin edirəm. Bu baxımdan deyə bilərəm ki, dar günlərimdə məni yanlız qoyan dostlarım olmayıb.


-Sizi yarı yolda qoyan dostunuz olubmu?


-Xeyr.


-Bəs siz necə, dostunuzu yarı yolda qoymusuzmu?


-Bilmirəm, bəlkə də olub. Çünki işimiz elə qurulub ki, gündəlik olaraq tədbirlərdə oluruq, üstəlik qəzetin yükü, AYB-dəki fəaliyyət dostlar üçün istənilən zamanı ayırmağa şərait yaratmır. Bu baxımdan bəlkə də hər hansı dostum məndən inciyə, onu yarı yolda qoyduğumu düşünə bilər. Bu baxımdan mən suala konkret cavab verə bilmirəm.


-Dostluqda ən çox hansı keyfiyyətə üstünlük verirsiz?


-Həssaslıq,Səmimiyyət, dürüstlük, sadiqlik.

-Vaqif Bayatlı deyir:

Evimizin divarındakı çatlar

Çat verən dostları

Sıranıza düzə-düzə,

Nə qədər günahları vardı,

Bağışladım sizə!


Çat verən dostlarınız olubmu və Siz də Vaqif Bayatlı kimi onların günahlarını bağışlamısınzmı?


- Vaqif bizim gözəl şairlərimizdən biridir. Mən yuxarıda qeyd etdim. Bir zamanlar ünsiyyətdə olduğun insanlar sonradan sənə yaxın olurlar. Onlarla dostlaşırsan. Ancaq zamanın bir axarı var. Elə zaman gəlir ki. o insanlardan ayrı düşürsən. Yəni, dost kimi onları ətrafında görə bilmirsən. Mən bunu ciddi faciə kimi qəbul etmirəm. Bu baxımdan deyə bilərəm ki, çat verən dostlarım olmayıb.


-Vahid Əziz deyir:

Dost kimi sonradan tapdıqlarımı,

Sonradan tanıyıb dost kimi atdım.


Sizin də sonradan tanıyıb atdıqlarınız olubmu?


- Bir yaş həddi var ki, o yaşdan sonra öz düşüncənə, davranışına uyğun dost tapmaq çətin olur. Mən bunu özüm üçün 40 yaş götürmüşəm. Düşünürəm ki, 40 yaşdan sonra dost tapmaq çətin məsələdir. 
Yeni adamlarla dostluq eləməyə ehtiyatlanıram.

-Biz deyirik: «Dostunu göstər, sənin kim olduğunu deyim». Almanlar isə bunun tam əksini deyir: «Düşmənini göstər, sənin kim olduğunu deyim». Almanların deyimi ilə nə qədər razılaşırsız?


-Hər iki deyimdə həqiqət var. Söhbət dostun timsalında insanın kimliyindən gedir.


-Dust bipərva, fələk birəhm, dövran bisükun,

Dərdi çox, həmdərdi yox, düşmən qəvi, tale zəbun!

Füzulinin bu məşhur beytini xatırladığınız vaxtlar olurmu?


-Bəli, olur.


-Və nəhayət, dostunuzu göstərə bilərsinizmi?


-Uzun illərdir millət vəkili, yazıçı-publisist Aqil Abbasla dostluq edirəm. Məmməd Aslan hər dəfə bizi bir yerdə görəndə deyir ki, siz o qədər yaxın dostsunuz ki, artıq biri-birinizə oxşayırsınız. Onu da deyim ki, son zamanlar vaxtın azlığından Aqil Abbasla tez-tez görüşə bilmirəm. /adalet.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.