Robert Burns - Mənim də gülümü qırdı bir zalım
02.07.13
Dun sahilləri
Ey Dun, sahilləri, Dun sahilləri, Ey nəğmətək uçan balaca quşlar, Siz necə olmusuz sevgili, gözəl, Necə oxuyursuz beləcə, quşlar.
Siz nəğmə dedikcə, oxuduqca siz Zaman da geriyə axırmış kimi. Qaytarırsız mənim keçmişdə qalan Heç vaxt dönməyəcək sevgilərimi.
Gözəl Dun, gələrəm sahillərinə, Sənin güllərini qoxlamaq üçün, Quşların oxuyar sevgindən yenə Məni də sevgidə yoxlamaq üçün.
Mən də tikanlı bir qızılgül qırdım, Yaşadım ömrümün gül anlarını, Mənim də gülümü qırdı bir zalım Mənə qoyub getdi tikanlarını.
Tərcüməçi: Vaqif Bayatlı Odər
|