Anarın almanca nəşr edilmiş hekayələr kitabı Avstriyada təqdim olundu
24.06.13

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın alman dilində nəşr olunmuş hekayələr kitabının təqdimatı keçirilib.
 
Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə “Renate Rollfinke” nəşriyyatında çapdan çıxmış kitabın təqdimat mərasimində Avstriyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin nümayəndələri, kitabsevərlər, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər. Azərbaycanın Avstriyadakı səfirliyindən verilən məlumata görə, təqdimatı giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova əsas qayəsi Azərbaycan mədəniyyəti, ədəbiyyatı, musiqisi və incəsənətini təbliğ etmək olan mərkəzdə belə bir tədbirin keçirilməsindən məmnunluğunu ifadə edib: “Bu təqdimat Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə may ayında açılışı keçirilən Azərbaycan Mədəniyyət Mərkəzinin ilk rəsmi tədbiridir və gələcəkdə də burada Avstriyada Azərbaycanı yaxından tanıdan çoxlu sayda tədbirlər nəzərdə tutulur”.

Anarın həyat və yaradıcılığına nəzər salan L.Qasımova ədibin müasir Azərbaycan ədəbiyyatının ən tanınmış siması olduğunu diqqətə çatdırıb, onun yazıçı, şair, ssenarist, tərcüməçi kimi çoxşaxəli yaradıcılıq fəaliyyətinə toxunub: “Bu il təkcə Azərbaycanda deyil, eləcə də dünyanın müxtəlif ölkələrində Xalq yazıçısı Anarın 75 illik yubileyi geniş qeyd olunur”.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov Anarın alman dilində nəşr olunmuş hekayələr kitabında yazıçının ən populyar əsərlərinin toplandığını bildirərək həmin hekayələrdə real həyat cizgilərinin, ictimai-siyasi yüklü hadisələrə baxışın, estetik-bədii zövqlə qələmə alınmış təsvirlərin diqqəti cəlb etdiyini vurğulayıb.

Bu layihənin reallaşmasında tərcüməçi Liliane Qrimmin və əslən bakılı olan Renate Rollfinkenin rəhbərlik etdiyi “Renate Rollfinke” nəşriyyatının səylərini yüksək qiymətləndirən səfir Q.İsrafilov, gələcəkdə də Azərbaycan ədəbiyyatından tərcümələr sahəsində bütün tərəfdaşlarla birgə uğurlu layihələrə imza atacaqlarına ümidvar olduğunu qeyd edib.

Xalq yazıçısı çıxışında bu kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürünü bildirərək təkcə Avropanın deyil, eyni zamanda, dünya mədəniyyətinin mərkəzlərindən biri sayılan Vyana şəhərində kitabının təqdimat mərasiminin keçirilməsindən məmnunluğunu ifadə edib.

Qeyd edilib ki, bu, müəllifin almandilli məkanda sayca dördüncü, Avstriyada isə ilk kitabıdır.

Azərbaycanın dostu, uzun illərdən bəri respublikamızla sıx əlaqələrə malik olan və ölkəmizdə dəfələrlə səfərdə olmuş Lilane Qrimm böyük şövq və həvəslə Azərbaycanın görkəmli yazıçısı Anarın hekayələrini tərcümə etdiyini vurğulayıb, gələcəkdə də Azərbaycan ədəbiyyatının sanballı nümunələrinin alman dilinə çevrilməsi işini davam etdirəcəyini bildirib.

“Renate Rollfinke” nəşriyyatı adından çıxış edən Ştefan Rollfinke nəşriyyat barədə məlumat verərək gələcəkdə də azərbaycanlı tərəfdaşlarla birgə layihələr həyata keçirməyə hazır olduqlarını ifadə edib: “Nəşriyyatın bütün layihələri xeyriyyə aksiyaları ilə müşayiət olunur və bu kitabın satışından əldə olunan vəsaitin bir hissəsi Vyana İnteqrasiya Evinə ianə kimi təqdim olunacaq. Həmçinin kitab almandilli məkanda bütün kitab mağazalarından əldə oluna bilər. Eyni zamanda bütün Avropa ölkələrindən olan kitabsevərlər kitabı internetlə də sifariş verə bilərlər. Bu isə kitabı geniş oxucu kütləsi içərisinə çıxarmaq, onu daha yaxından tanıtmaq imkanı yaradır”.

Sonra yazıçı Anar kitabda toplanmış hekayələrindən parçalar oxuyub. Həmin parçalar alman dilində də səsləndirilib.

Sonda yazıçı oxucular üçün kitab imzalayıb. Hekayələr kitabında yazıçı Anarın ən çox oxunan hekayələri – “Mən, sən, o və telefon”, “O gecənin səhəri”, “Gürcü familiyası” (“Gün keçdi” filmi həmin hekayənin motivləri əsasında ekranlaşdırılıb), “Yaxşı padşahın nağılı” və sair əsərləri toplanıb. Azərbaycan yazıçısı və publisisti, “Ölkəm” jurnalının baş redaktoru Günel Anarqızının alman dilinə çevrilmiş “Qarabağ hekayələri” kitabı, eləcə də Anarın digər kitabları Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxanasına hədiyyə edilib. /525.az/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.