Azər Abdulla ilə MÜSAHİBƏ
20.06.13

- Azər müəllim, şeirlərinizi oxudum, Rəsul Rzadan gəlmə sərbəst şeir ənənəsi sizin şeirlərinizdə də görünür. Ümumiyyətlə, həmin ənənəni istər şeir sistemi baxımdan, istərsə də poeziyanın başqa tərəflərində labüd edən nədir?

- Fərid bəy, vaxtın son zamanlar çox yeyin axıb getdiyi bir dönəmdə şeirlərimi oxumağa macal tapdığına görə sənə təşəkkür edirəm. “Rəsul Rzadan gəlmə sərbəst şeir ənənəsi” məsələsinə gəldikdə mən yaşda olan gənclərin bir qismi 60-cı illərdə, nə gizlədim, heca formasında yazılan şeirə “barmaqarası” baxırdıq. O dövrdə Rəsul Rza, Nazım Hikmət, Orxan Vəli, Nezval, Yevtuşenko, Voznesevnski, Oljas Süleymenov, Jak Prever, Pablo Neruda, Uitmen... həvəslə, sevgiylə, mən deyərdim acgözlüklə oxuduğumuz şairlər idi. Ancaq bunların sırasında Nazım Hikmət, Rəsul Rza, Türkiyədə sacayaq adlanan Orxan Vəli, Oktay Rifət, Cövdət Anday doğma dilimizdə olduğundan onları daha çox oxuyurduq. Bu gözəl şairlərdən təsirlənməmək mümkünsüz idi. Ancaq yaşımın müəyyən vaxtında anladım, gözəl şeir hər formada yarana bilər. Əgər qafiyə çeynənmiş, ərpimiş deyilsə məncə, heca şeirində musiqilik daha çox duyulur. Sərbəst şeir gələnəyi bu gün də davam edir, gənclərin çoxu şerin bu formasına daha çox üstünlük verir. 

- Nəsr əsərlərinizdə dil çox aydındır və çox rahat oxunur. “Şəftəli qoxusu” povestinizdə isə daha çox dil keyfiyyətinə nail olmusunuz. Sizcə, yazı dili, düşünülmüş şəkildə yaranır, yoxsa bu uydurmadır, olan elə ideyanın dilidir?

- Məncə “yazı dili” dediyin məsələyə standart qəlib kimi yanaşmaq düzgün deyil. İstər hekayə, istər povest, roman, yaxud esse olsun, əksər hallarda eyni yazıçının ayrı-ayrı nəsr əsəri poetiklik, lirizm, intonasiya baxımından bir-birindən seçilir. Bu seçilmə təkcə mövzu ilə deyil, yazıçının hansı ovqatla, hansı halla işləməsindən də asılıdı.

- Yazıçılıq kontekstində oğlunuz Alpay Azərlə "atalar oğullar" problemi yaşayırsınızmı, yazar kimi münasibətləriniz necə qurulub?

- Əgər “atalar, oğullar” problemi təsdiqlənibsə, hamıda olduğu kimi bizdə də bu münasibət bəzən özünü biruzə verir. Yazılarımızı bir-birimizə oxuyuruq. Bəzən mənim çox bəyəndiyim kiminsə bir yazısı Alpaya adi gəlir, bəzən də onun göylərə qaldırdığı kiminsə bir hekayəsini mən bəyənmirəm. Öz yazılarımız barədə də belə hallar olur. Hər ikimiz bir-birimizə daha çox tənqidi yanaşırıq.

- Sizin hekayələriniz daha çox emosionaldır, Alpayda isə müasir rus nəsrinə xas "soyuq ağıl"la dərk etmə daha çox nəzərə çarpır. İstərdim bu barədə danışasınız.

- Fərid bəy, sənin özünə, yaxud oxuculara emosionalmı, yoxsa dediyin kimi “soyuq ağılla” yazılmış əsərdən hansını bəyəndiyini, həvəslə oxuduğunu bilmirəm. Deyilənə görə (deyilənlə mən də razıyam) zahirən Alpay atasına oxşayır. Ancaq düşüncə, xarakter, xasiyyətcə çox seçilir. Görünür yazıdakı bu fərq də iç-daxili aləmlə daha çox bağlıdır. Bunu da qeyd etmək yerinə düşər, Alpay səkkiz il Sankt-Peterburq şəhərində yaşayıb, rus mühitini, rus dilini məndən yaxşı bilir, rus yazıçılarını çox oxuyur. Ancaq Alpayın yazılarındakı yumor, dediyin o “soyuqluğu” istiləşdirir.

- "Qəmərlidən keçən qatar" povestinizlə Mopassanın "Gonbul" hekayəsi arasındakı yaxınlığı hiss etmisizmi? Hər iki əsərdə müharibə xətti görünür və “Gonbul” hekayəsində bir qadının timsalında fransız xalqının təhqir olunması var, sizin əsərinizdə də bir kişinin timsalında azərbaycanlıların.

- Sualından aydın olur, “Qəmərlidən keçən qatar”ı diqqətlə oxumusan. Ancaq hayıf, yazının başlanğıcında mötərizədəki “Olay Ermənistan zəlzələsindən on iki il öncə olub” yazısı gözündən qaçıb. Mənim hekayəmdəki əhvalat erməni-azərbaycanlı savaşından qabaq, yəni ötən yüz ilin yetmişinci illərinin sonlarında baş verir. Savaşın öz qanunları var, döyüşdə iştirak edən insanların bambaşqa hal-xasiyyətləri olur. Psixoloji baxımdan dinc dövrdə öldürən adamın suçuyla savaş zamanı öldürən əsgərin günahını eyniləşdirmək mümkün deyil. Əgər bir əsərin hansısa anı, yaxud məqamı başqa bir yazıçının hekayə, ya romanındakı assosiativ bir xarakteri, yaxud bir vəziyyəti yada salırsa, buna oxşarlıq demək, məncə, düzgün olmazdı. Haqqında danışdığın mənim yazımla Moppasanın “Gonbul” əsərindəki oxşarlıq, novdandan asılan buzun ucundan bir-bir düşən damcılarla ağlayan adamın gözündən axan göz yaşları qədərdir.

- Saytlardan oxudum, 2012-ci ildə Moskvada keçirilən “Russkaya premiya” əbədi müsabiqəsində dünyanın 36 ölkəsindən dörd yüz müəllif öz əsəriylə iştirak edirdi. Orda sizin “Qəmərlidən keçən qatar” əsəriniz iyirmiliyə düşmüşdü. Nüfuzlu ədəbiyyatçıların fikrincə, elə mənim də fikrimcə bu yazı başdan-başa kino materialdır. Siz necə, bu barədə düşünmüsünüzmü?

- Şişirtmə olmasın, bu sözü, yəni dediyin yazının aktuallığını, kinoya yatımlığını mənə çox tanınmış yazıçılar, ədəbiyyat və kino sənətinin biliciləri, rejissorlar, aktyorlar söyləyiblər. Mən də etmədim tənbəllik, prezidentin adına məktub yazdım. Məktubuma baxılması üçün Prezident Aparatından Mədəniyyət Nazirliyinə sorğu göndərildi. İki ay ötəndən sonra Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsindən zəng gəlib ev ünvanımı soruşanda dalağım sancdı. Məsələnin xeyrimə olmayacağı ürəyimə damdı. Yenə iki ay ötdü, cavab almadığımdan maraq üçün özüm nazirliyin kino şöbəsinə getdim. Şöbənin müdiri məktubu çoxdan yolladıqlarını söylədi. Məndən ssenarimin sinopsisini istədilər, yazıb verdim. Sağ olsunlar, bu dəfə dörd-beş gün ötəcək rəylərini bildirdilər, dedilər ki, azərbaycanlılar təhqir olunub aşağılandığından və aciz təsvir olunduğundan sizin əsəriniz bizi qane etmədi...

Burda haqqında söhbət gedən yazımı oxumayan oxuculara aydınlıq üçün qısaca bir cümlə deməliyəm. Həyatı boyu Ermənistanda ermənilərin basqısı altında böyümüş bir Azərbaycan ailəsi (qoca ata, onun cansız-cələfsiz oğlu, oğlanın gənc qadını və yeddi yaşlı qızı) bir vaqon deyil, bir “sastav” erməniylə dolu qatarla İrəvandan yola düşüb yaşadığı Meğri rayonuna gələrkən ermənilərin təhqirinə məruz qalırlar. Gənc oğlan ailəsini düşündüyündən, dalaşarsa ailəsinin başsız qalacağını fikirləşərək, həm də lap elə qorxaraq “qəhrəmanlıq“ göstərməkdən vaz keçməli olur.

Kino şöbəsinin müdiri Yusif müəllimin bu iradını eşidəndə ətim ürpəşsə də - Məndən, ötən yüz ilin 20-30-uncu illərinin qəhrəman, qorxmaz, əyilməz, ağlamayan komsomol obrazını yaratmağımı istəyirsiniz?- soruşdum, sonra əlavə elədim:- Yusif müəllim, siz söylədiklərinizi, ssenari barədə rəyinizi yazılı şəkildə verə bilərsinizmi? «Yox, verə bilmərəm» - dedi. Yusif müəllimdən dünyalarca məşhur yəhudi rejissoru Stiven Spilberqin “Şindlerin siyahısı” filmindən - filmboyu yəhudilərin təhqir olunması göstərilir - xəbəri olub-olmadığını soruşmaq istədim. Düşündüm, onun verəcəyi cavabın nə mənim yazıma dəxli var, nə də Azərbaycan kino sənətinə. /kaspi.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.