Kamal Abdulla: "Kim ki, yekəbaşlıq edir..." - MÜSAHİBƏ
19.06.13


Bakı Slavyan Universitetinin rektoru, tanınmış yazıçı Kamal Abdullanın  müsahibəsi. 

Kamal müəllimlə onun «Şah və Şair, yaxud hamı səni sevənlər burdadı...» əsərinin Akademik Milli Dram Teatrında tamaşaya qoyulan gün elə teatrın binasında görüşdük. Vaxt az idi, amma bəzi suallarıma cavab ala bildim. 

- “Şah və şair”... Kamal Abdulla bu tamaşada nə demək istəyir?


- Baxmaq lazımdır. Bunu sözlə izah eləmək çox çətindir. Hər adamın bu tamaşada inandığı şah və şairi ola bilər.

- Kamal müəllim, ədəbi mühit çalxalanır. Milli Kitab Mükafatı müsabiqəsi ətrafında yaşanan söz atışmaları bir çox hallarda təhqir həddinə çatır. O, bunu təhqir edir, bu onu... Ziyalını özünüidarədən çıxaran səbəb nədir?


- Mən müsabiqə adamı deyiləm. Müsabiqə barəsində heç danışmaq istəmirəm. Bir halda ki, müsabiqə adamı deyiləm, ona qiymət verməyə mənəvi hüqüqum da yoxdur.

- Kamal Abdullanın gözündə kənardan ədəbi proses necə görsənir?


- Ədəbi proses var ki? Mən bilən, Kamal Abdulladan kənarda ədəbi proses yoxdur.

Əlbəttə ki, bu dediyim bir zarafat idi. Bu gün ədəbi mühiti, ədəbi prosesi tamam başqa məsələlər düşündürməlidir. Kim çıxdı, kim qaldı, kim kimə nə dedi, kim kimdən incidi, kim yekəbaşlıq elədi, təbii ki, bunların öz yeri var. Bunlar yazıçıları düşündürəcək məsələlər olmamalıdır. Yazıçını əsər və cəmiyyətdə baş verən proseslər düşündürməlidir. Yazıçının diqqət mərkəzində ictimai aləmdə, ictimai fikirdə baş verən proseslər olmalıdır. Yerdə qalan məsələlər son dərəcə cılızdır.

- “Azadlıq Radiosu”nun “Pen Klub”unda Əkrəm Əylisli ilə Rəşad Məcid duelə çıxdı. Ədəbi mühitin iki tanınmış siması qarşılıqlı formada bir-birilərini az qala təhqir etdilər. Bu məsələlərə münasibətini necədir?


- Bu, məni qətiyyən maraqlandırmır. Həm də düşündürmür. Mən ancaq əsər, ədəbi cərəyanlar barəsində düşünmək istəyirəm. 

Ədəbiyyatçılarımız, yazıçılarımız və şairlərimiz hansı düsturlara açıqdırlar? Məni “əsər” adlı ölkənin sərhədlərindən kənarda gedən proseslər maraqlandırmır. Əslində, istəməzdim ki, maraqlandırsın da. Bunlardan daha ciddi problemlər var.

- Sizə elə gəlmir ki, ədəbi mühitdəki qalmaqalların bir qismi yazıçıların sosial durumunun aşağı olması ilə bağlıdır?


- Dövlət öhdəçilik götürməyib ki, yazıçı istehsal etsin. Dövlətin yazıçı istehsal etmək barəsində heç kimlə sazişi yoxdur. Kim ədəbiyyata gəlirsə, öz istəyi ilə gəlir. Bütün bunları da göz qarşısına gətirir. Mən də çox çətinliklərdən keçmişəm, 35 yaşımda Yazıçılar İttifaqının üzvü oldum. Elmlər doktoru, professor, kafedra müdiri idim. Əgər Yazıçılar İttifaqının üzvü gənclərdən toplanırsa, bunu özü də düzgün hal deyil. Onlar sabah birliyə üz çevirib gedəcəklər. Heç kimi düşünməyəcəklər. Amma bütün bunlar ədəbi aləmin problemi olmamalıdır.

- Deyirlər, Yazıçılar Birliyinin üzvləri ixtisar edilsə, 200 istedadlı ola, ya olmaya…


- Üzvlər əlbəttə ki, çoxdur. Bütün bunlar tənzim edilməlidir.

- Nə təklif edirsiniz?


-Mən bunu deyə bilmərəm. Hamısı danışıq və anlaşma proseslərində müzakirə olunmalıdır. İlk öncə “Ədəbiyyat” qəzeti, sonra isə digər nəşrləri düzəlməlidir. Yazıçılar Birliyinə təqaüd, ev verən bir təşkilat kimi baxılmamalıdır. Bütun bunlar bir çox məsələlərin həlli ilə bağlıdır. Qarşıdan gələn qurultayda yəqin ki, bu işlər müzakirə olunacaq. Ədəbiyyata gələn adam əlini uzada-uzada gəlməməlidir. Deməməlidir ki, mənə onu ver, bunu ver. Bu pis ənənə sovet vaxtından qalıb. Təəssüf ki, bu pis ənənə bu gün də davam edir. O vaxtlar tanınmış şairlərə ev, bağ verilirdisə , indi onun dadı kiminsə dadmayan damaqlarında qalıb. O zaman Yazıçılar Birliyi ilə dövlət arasında imkanlar başqa idi. Bu gün isə tamam başqadır. Dövlət heç vaxt kiminləsə saziş bağlamır ki, sizə bunu edəcəm, qarşılığında əsər yazın. Yazırsan yaz, yazmırsan, yazma... O zaman yazmalısan ki, sən yazmaya bilmirsən. Heç kimə də minnət qoymaq lazım deyil. Amma orası da düzdür ki, son dərəcə yüksək tələbkarlıqla Yazıçılar Birliyinin üzv olmaq olar.

- Son günlərdə AYB-dən bir neçə nəfər istefa verdi. Sizin dediklərinizdən isə belə çıxır ki, birliyə üzv olanlar buraya onun imkanlarından faydalanmaq üçün gəlir.


- Yaxşı olar ki, birlikdən gedənlərin ərizəsinə baxaq. Onlar orada nə yazıblar? Hansı şəkildə birliyi tərk ediblər. Bunlar cılız problemlərdr. Bu millətin cılızlardan daha çox problemləri var.

- Rejissorlar deyir ki, Azərbaycan dramaturgiyası ucurumla üz-üzədir? Nə baş verir?


- Əslində, “Hamı səni sevənlər burdadır” tamaşasında baş verənlərdir. Söz hərəkətə məğlub olmur. Söz tərəfi dramaturq, hərəkət tərəfi rejissordursa, bu tamaşada da söz
hərəkətə məğlub olmadı./aznews.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.