Rəbiqə Nazimqızı - 2 milyonluq həyat oyunu
14.06.13

Ərtoğrul Kamalovun Çexovun "Mərc" hekayəsi əsasında qoyduğu eyniadlı tamaşa ilə bağlı Rəbiqə Nazimqızının məqaləsi.
 
- Mərc gəlirəm, Çexovu elə tamaşaya qoyaram ki, özü də məəttəl qalar.
 
- Eləməzsən.
 
- Baxarıq...
 
İstədim, rejissor da, aktyorlar da, tamaşaya baxanlar da bir az gülümsəsinlər. Bu dialoqu da özüm quraşdırdım. Tamaşaya gəlincə, üstündən 10 gündən çox vaxt keçir: bu 10 gündə notbuku xəstəxanada yatan dostuma vermişdim, internetə-filan baxa bilsin, darıxmasın. Həm də gecələr rahat yatam, hərçənd, sonuncu notbuksuz da alınmır, nə isə... mövzudan çox uzaqlaşmayım... Hərçənd, buradan da mövzuya "xod" (çıxış) tapmaq olar, məsələn, insan amili. Darıxan insan...
 
Deməyin ki, Ərtoğrulun tamaşasının və Çexovun hekayəsinin darıxmağa dəxli yoxdu. Bütün sənət elə bu mahiyyətini izah edə bilmədiyimiz, özündən qurtula bilmədiyimiz məşum və xoşməramlı hissdən yaranır. Məşum və xoşməramlı. Kim hansı seçsə...
 
Çexov da, Ərtoğrul da ikincini seçiblər, mərc gəlmirəm, uduzmaq sizin üçün də xoş olmaz...
 
Səhnədə, sadə dekorasiyalarda, geyimlərdə iki rəng görünür: ağ və qara. Həyatın rəngi ölüb, daha doğrusu, qəhrəmanlar rəngləri itiriblər. Niyəsini düşünməyə vaxtımız olacaq. Səhnədə qadın və kişi. Qadın - Yaqut Paşazadə, kişi - Amid Qasımov.
 
Ömürlük cəza yoxsa, edam? Əzab çəkmək yaxşıdı ya ölmək? Allahın verdiyini hakim - o da insandı - ala bilərmi? Hər şey bu sualdan başlayır, amma burada bitmir. Növbəti suallar silsiləsi yaranır: 2 milyon manata həyatının 15 ilini qurban verməyə dəyərmi? Və silsilə davam edir.
 
Bir tərəfdə naz-nemət içində yaşayan bankir qayğısızlığı (bir az sərt də deyə bilərik, harınlıq), ikinci tərəfdə cavan hüquqşünasın asan yolla mənfəət əldə etmək arzusu (acgözlüyü). Süjeti bir neçə kəlmə ilə anladım: bankir və hüquqşünas mərc gəlirlər - əgər cavan hüquqşünas 15 il məhbusluğa döz bilsə, müddət bitən iki  milyon əldə edəcək. Cavan hüquqşünas asanlıqla razılaşır, bu 15 ildə xeyli bədii və elmi kitablar oxuyur, dil öyrənir və müddətin bitməyinə cəmi 5 saat qalmış həbsdən qaçır. Qaçır - çünki hər şeyə, həyata, azadlığa, mərcə, pula insanlara nifrət edir. Çünki onun illəri 2 milyon manata dəyməzdi...
 
İnsan həyata və azadlığa nə üçün, hansı halda nifrət edə bilər? O halda ki, onun azadlığın imkanlarından istifadə etmək haqqı və ya şansı yoxdu... Azad yoxsul adam daha bədbəxtdir, yoxsa zəngin məhbus? Cavab verməyə tələsməyin, çox həssas məsələdir, düşünməyə dəyər... Məsələn, sağlığını uşaqlarına qurban edən adamlar var, orqanlarından imtina edən azad adamlar... Həyat heç bir suala asan cavab tanımır... Amma hamı yaşamaq istəyir, hamı yaxşı yaşamaq istəyir...
 
Süjetdən belə nəticə çıxarmaq olar ki, 15 il dözən adam 5 saatı da asanlıqla dözə bilərdi. Amma zaman azaldıqca səbir tükənir. Kim deyir ki, hüquqşünas yalnız dözüm və qürur nümayiş etdirib, bəlkə, əksinə, son anda dözüm onu tərk edib? Ola bilər, hər şey ola bilər...
 
Bəs, niyə tamaşada Çexov öz əsərini tanımaya bilərdi?
 
Ümumiyyətlə, bu məsələ uzun mübahisə mövzusudur: rejissor müəllifin əsərini olduğu kimi səhnələşdirməlidir, ya onun əlavələrə haqqı var? Bu, təhrifdi, yoxsa mənanın qüvvətləndirilməsi? Tamaşa tamaşaçıya hesablanır, ya peşəkarlara. Yəni: sənət sənət üçündür, yoxsa?..
 
Bu sualları açıq buraxıram, çünki istənilən küncdə dayanıb baxmaq mənzərənin tam görmək imkanlarını azaldır. İstənilən kəskin ucda yanılmaq ehtimalı güclənir.
 
Konkret bu tamaşaya gəlincə, əsərlər tamaşa arasında cüzi süjet fərqi var: səhnədə bankir görünmür, hadisələri mələk - Yaqut Paşazadə danışır. bankirin öz əməlindən peşman olması və mərc müddətinin bitməsinə az qaldığı bir vaxtda məhbusu öldürmək istəməsi səhnədə əksini tapmır. Amma bu nə dərəcədə vacibdi? Bu, mahiyyəti dəyişirmi? Düşünmürəm...
 
Ərtoğrul pyesi deyil, hekayəni səhnələşdirib, cəhdin özü maraqlıdır. İkincisi, hekayənin yozumunu verib. Qəhrəmana musiqi alətindən istifadə etməyə icazə verilir ki, rejissor bu məqamdan uğurla istifadə edib, aktyor da bu məqamı uğurla icra edə bilib. Yəni, nə tamaşa da qazanıb, Amid də - zaldakıların əksəriyyəti onun əsrarəngiz səsindən xəbərsiz idilər. Bundan başqa, səhnə əsərində təcrübəli aktrisa ilə cavan aktyorun tandemi uğurla alınıb. Yaqut xanım həmkarını üstələməyə çalışmır, gənc Amid özünü, yetişdiyini xüsusi vurğu ilə nümayiş etdirmir, ikisi də situasiyanı, hadisəni, qəhrəmanın yaşantılarını ötürür...
 
Sanki, rejissor-aktyor üçlüyü səssiz-sözsüz "mərc"ə girib: biz bacaracağıq... İki milyonluq mükafat ortada yoxdu, tamaşaçıların olanı yalnız alqışdı... Bu sarıdan isə "YUĞ" heç vaxt korluq çəkməyib... /kulis.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.