Niyazi Mehdi - Gözəl qadınlarda “saxtakarlıq”
13.06.13

Çağımızda tirajlaşmış üzlər

Bir yazımda demişdim ki, biz qəribə adamlarıq, foto obyektivinin qabağında “artistlik edib” gülümsəmirik ki, qeyri-səmimi olarıq. Ancaq səmimiliyə hər an xəyanət edə bilirik və buna görə vicdan əzabı da çəkmirik. 

Alman filosofu Adornonun sözü var: “Çağımızda məsum heç nə yoxdur”. “Məsum” ilkin deməkdir, bəzən “bakirə” onun metaforası olur. Ona görə bundan “çağımızda bakirə heç nə yoxdur” deyimini çıxaranlar da var.  Baxın, üzümüzün tirajlaşıb çoxalması indi necə asanlaşıb. Öncələr, keyfiyyətli foto aparat, video hər adamda yox idi. İndi bir olay baş verəndə dörd yandan ayfonlar sənə tuşlanır. Günəş çilik-çilik olmuş güzgünün hər parçasına tirajlaşdığı kimi, bizim üzümüz də yüzlərlə şəkillərə tirajlanır. Bunun arxiv, yaddaş baxımından önəmi olsa da, mənəvi qorxuları az deyil. 

Şəriət yasağının bir açımı

Yadımdadır, ötən yüz ilin 92-ci ilində bizi jurnalistlər kimi “Amoko” şirkəti Amerikada gəzdirəndə bir bağçaya aparmışdı. Orada kimsə şəkil çəkmək istəyəndə qoymadılar ki, şəkildən uşağı oğurlamaq və ya pis montaja salmaq üçün istifadə edərlər.

Çağımızda foto-şop vasitəsi ilə hamını biabır etmək olar, təki fotosu ələ keçsin. İndi isə ayfonlardan, foto aparat bolluğundan və ucuzluğundan sonra obyektivdən gizlənmək çətin bir işdir. Hətta Ana yasanın maddə 32-də şəxsi toxunulmazlıqla bağlı icazəsiz çəkilişin qadağası belə, bu qorxulardan bizi qurtarmır. Şəriətin əskilərdə şəkil çəkməyə yasaq qoymasını biz İslam dünyasını geriyə salan qadağa sayırdıq. İndi də elə saymaq olar, ancaq hər-halda fotoların, videoların təhlükəsi o yasaqda nəsə hikmət açır.  

Deməli, birinci əsas ideya 

Səmimiyyət bir üz ideyasına söykənir. Hətta bizdə əxlaqi deyim var: kişinin bir üzü olar! Adorno isə açır ki, çağımızda ilkin, məsum heç nə qalmayıb. Yəni məsum görünənlər də işdə məsum deyillər, məsumluğu oynayırlar. 20-ci yüz ildə rəssamlıqda primitivizm geniş yayılmışdı. Modelyaninin, Pikassonun, Lejenin, Şaqalın çəkdiyi şəkillər primitivizm (məsum qavrayış) estetikasına söykənirdi. Ancaq o şəkillərin heç biri Afrika maskaları kimi səmimi primitizm deyildi, hamısı primitivizmi oynayırdı.

Deməli, ikinci əsas ideya

Üzlərin asanlıqla ayfon və videolarla tirajlandığı, foto-şopla min həngamədən keçirildiyi bir dünyada “bir” üz məsələsi ilğıma çevrilir. Bu durum psixoloji nəzəriyyədə özünü belə göstərir: heç kim bir üzlü deyil, insan sosial rolların və ya maskaların toplusudur. İnsanın maskalara paylanması Herman Hessenin “Çöl canavarı” romanında da var. Yazar “adamın bir üzü olar” deyimini boşa çıxarmaq üçün bu məsələni romanına gətirmişdi.

Kann festivalında çoxüzlülər 
         
Orta azərini şoka salan bir video material var. Bitllar (Pol Makkartni, Con Lenon və başqaları) kameranın qabağında “arsız-arsız” gah təəccüb, gah romantik hüzn, gah geniş təbəssüm maskalarını üzlərinə “taxaraq” şəkil çəkdirirlər. Sonralar bu maskaların hər biri hansısa tabloidin üz qabığına çıxaraq fanatları duyğulandırmışdı. Onların heç ağlına də gəlməmişdi ki, maskanı görürlər. Onlara elə gəlmişdi ki, həyatın bir anında qəfil tutulmuş portretə baxırlar.

Batı aktyorları, hətta siyasiləri çoxdan güzgü qabağında dürlü mimikaları, qrimasları, jestləri, baxışları məşq edərək özlərinin effektli görüntülər verməyi hazırlayırlar. Fikir vermisinizmi, gözəl səsli müğənnilər adi danışanda heç də səsləri gözəl olmur. Deməli, onlar məşqlərlə potensiallarını xoş tembrə doğru açıb gəlişdirirlər. Azərbaycan teatrının aktyor səsi baxımından son halı məni çox kədərləndirir: aktyorların səhnə danışığı göstərir ki, onlar öz səsləri üstündə işləyib ilginc tembr yaratmağı heç düşünmürlər. Aktyor Azəryarın səsi indi də mənim yadımdadır. Hələ Həsən Əblucun, Müxlis Cənizadənin, Səməndərin səslərini demirəm…   

Deməli, üçüncü əsas ideya

Kann festivalında qırmızı xalça ilə yeriyəndə foto-obyektivlər üçün utanıb-qızarmadan başlarını elə çevirib-belə çevirib üzlərinə o mimika-bu mimika verən ulduzlar utanmadan “min oyundan” çıxırdılar. Eləcə də, onlar bədənləri ilə dürlü siluetlər cızıb, ayaqlarını paltarlarının yarıqlarından gah elə, gah belə çıxardırdılar. Yanımdakı birisi bunu ələ salanda söylədim: sən görmüsən rəssamlar necə tablolarını çıxarıb göstərirlər? Gözəl qadınlar, bütün səhnə, podium qadınları da elədirlər. Onlar öz bədənləri, üzləri üzərində rəssam kimi işləyirlər - hər gün işləyib dişarı çıxırlar və onlar öz bədənlərini, üzlərini əsərləri kimi çıxarıb tamaşaya qoyurlar. Əski Yunanıstanda Stoya fəlsəfi məktəbi insanın bədənini bədii əsər sayırdı. Çağımızda tatuların artması bədənimiz bədii əsər kimi ideyasının geniş yayılmasına tanıqdır. Ancaq “qadın və ya kimlərsə” bədii əsər kimi məsələsi, deyəsən, çağımız üçün çox şey söyləyən deyən məsələdir. Ona görə əlavə açıqlamalara ehtiyac var. /teleqraf.com/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.