Səlim Babullaoğlu ilə MÜSAHİBƏ
13.06.13


- “Polkovnikə heç kim yazmır” kitabınız yenidən nəşr olundu. Amma onun nəşri haqqında iki ay əvvəl xəbər yayılmışdı. Gərək ki, facebook səhifənizdə məlumat da vardı.

- Elədir. Hətta daha əvvəl, 3-4 ay əvvəl hazır idi kitab, üz qabığı, içi-çölü, nəşr olunmalı idi. Mən saxladım kitabın nəşrini, bəzi qaçılmaz məsələlər vardı.

- Eyni kitabın təkrar nəşrinə nə ehtiyac vardı?

- Siz yəqin 3 il əvvəl “525 kitab seriyası”ndan çap olunan kitabı nəzərdə tutursunuz. Amma indiki,- bu, təkrar nəşr deyil,- fərqli nəşrdir. 3 il əvvəl “525 kitab seriya”sından eyniadlı kitab nəşr olunmuşdu, düzdür. O kitab, lap dəqiq desəm, kitabça seriyanın bütün digər kitabları kimi məhdud səhifə sayına malik idi, 56-60 səhifə arasında idi. Və mən 3 il əvvəlki variantda kitabı 3 ay əvvəl nəşr etdirsəydim, siz deyən olacaqdı, siz deyən kimi bu olacaqdı təkrar nəşr. Bu kitab isə eyni adı daşısa da başqa formatdadır, dizaynı bambaşqadır, həcmcə iki dəfə böyükdür. Mündəricə başqadır. Bilirsiniz, mənim elə şerlərim var ki, misraları uzundur, kitabın dizaynı vaxtı formata uyğun gəlsin deyə şerlərdə misraların süni şəkildə bölünməsi məni ciddi şəkildə hirsləndirirdi. Yəni əvvəlki nəşrdə. 3 ay əvvəl nəşrini saxladığım kitab da əslində bir ay əvvəl nəşr olundu, artıq bütün tirajın içi vurulmuşdu, səhifələnmişdi, hətta 60-70-i üzlənmişdi, mənə verilmişdi də. Gecə oxudum, gördüm xeyli orfoqrafik səhv var və sair və ilaxır. Sabahı nəşriyyata dedim ki, çap olunmuş nüsxələri doğrasınlar, təkrar nəşr olunsun. Ümumiyyətlə, bu kitab başıbəlalıdır. Düzünü deyim də, kitabın pulu 8-9 ay əvvəl köçürülmüşdü, amma mən mətbəədən xahiş eləmişdim ki, kitabın nəşrini müvəqqəti saxlasınlar, çünki bir problem vardı, bir kitab çap olunmalı idi, mənim kitabım deyildi, o adama kömək eləmək lazımdır, mən o pulun əsas hissəsini mətbəədən götürüb həmin adama verdim. Yəni borc kimi yox, eləcə verdim, hesab elədim o kitab daha vacibdir. Sonra isə yavaş-yavaş o pulun bir hissəsini mətbəəyə təkrar ödədim, onlar da kitabı çap elədilər. Düşünürəm ki, qalan hissəni də satışdan sonra ödəyəcəyəm. Bilirsinizmi, mənim vəziyyətim dərzilər kimidir, hamını bəzər, öz lüt gəzər. Nə isə, bu başıbəlalı kitab yenidən nəhayət ki, nəşr olundu. Amma nəticə budur, iki gün əvvəl mənə təhvil verilən kitab, tiraj mənim ürəyimcədir.

- Neçə kitabınız nəşr olunub?

- Yəqin şer kitablarını nəzərdə tutursunuz. Xaricdə nəşr olunan 5 kitabı saymasaq ana dilində 4 kitab nəşr olunub. 17 il əvvəl “Tənha” adlı şerlər və hekayələr. 2009-da “İlyas Göçmənin şəkil dəftəri”, 2010-cu ildə “525 kitab seriyası”ndan məlum kitabça və indiki “Polkovnikə heç kim yazmır”. Amma məncə, bu, mənim ikinci kitabımdır. Çünki ilk kitab peşəkar mənada uğursuzluqdu, eklektikdir, tələskəndir, əlbəttə, bioqrafiya kimi danmıram. Düzdür, orda çoxlu diqqətəlayiq şeylər də vardı. Amma daha çox məşqdir həmin kitab. Bir də həmin kitabın çox ciddi qüsuru vardı. Mən o kitabı öz hesabıma çap elətdirmişdim.

- Bu, qüsurdur ki?

- Hə, bu, çox ciddi qüsurdur, ciddi məqamdır.

- Niyə?

- Bu haqda danışmayaq.

- Bəs sonrakı kitablar, öz hesabınıza nəşr olunmayıb?

- Yox, mən yalnız bir dəfə öz hesabıma kitab nəşr elətdirdim. Bu da 17 il əvvəl olub. 3 il əvvəl nəşr olunan kitab isə, yenə deyirəm, seriyanın formatlarına uyğunlaşdırılmışdı, redaktə səhvləri və sairə çoxdur. Mən öz mətnlərimi heç oxuya bilmirəm. “İlyas Göçmənin şəkil dəftəri” və indiki kitabə nəzərə alsaq, mənim iki kitabım var.

- Bəs “On”, “Kapelhausda bir axşam”?

- Onlar kitab yox, daha çox art-proyektlər idi. Birinci Elxan Zalla birgə, ikinci isə Elçin Hüseynbəyli və Elxan Zalla birgə icra olunan proyektlər idi. O proyektlər zamanı adamlara paylamaq üçün nəzərdə tutulan broşürlərdi. Bioqrafik məlumatlarda o adların qeyd olunması qətiyyən çoxlu kitabı çıxmış kimi görünmək istəyi yox, sadəcə tərcümeyi-hala sədaqət duyğusundan irəli gəlib. Vəssalam. Yəni belə deyək də, mənim bir-birini təkrarlamayan, məni qane edən iki şer kitabım var.

- Az deyil?

- Yəni?

- Sanki haqqınızda səs-küy çoxdur, amma kitab az.

- Səs-küy... Deməzdim.

- Sizi şair kimi məhsuldar hesab eləmək olar?

- Düzü, heç bilmirəm nə deyim. Bir şeyi dəqiq bilirəm ki, son illər mənim öz yazılarıma, özüm üçün mütaliəyə çox az vaxtım qalır. Bu da məni əsəbiləşdirir. Şikayət deyil bu, reallıqdır. Qaldı ümumiyyətlə məhsuldarlıq məsələsinə, bu ifadə nədənsə məndə sənaye, iqtisadiyyat termini kimi görünür. Bir misal deyim. Krakovda ədəbiyyat üzrə Nobel mükafatçısı Miloşun evini ziyarət edəndə, mənə onun bircildlik “bütün şerlər” kitabını hədiyyə elədilər. 93 il yaşamış, 17 yaşından yazmağa başlamış şairin bütün şerləri 1000 səhifədən bir az artıq idi. Bu 76 il yazmış bir şairin təcrübəsində ildə 13-14 səhifə deməkdir. Yəni ildə 10-12 şer deyək. Bu məhsuldarlıqdırmı, deyilmi, bunu qoy, hərə özü üçün müəyyənləşdirsin. Yalnız onu deyə bilərəm ki, Miloş şair kimi çox uğurlu nümunədir, örnəkdir.

- Niyə öz hesabına kitab çap eləməyi qüsur bilirsiniz?

- Bilirsinizmi, mənim gənc ikən həmişə müəllimə ehtiyacım olub. Amma müəllimim olmayıb. Bu çox pisdir. Bir də baxdım ki, artıq gecdir, artıq mənim yanıma məsləhətə, öyrənməyə gəlirlər, saçlarım da ağarıb. İndi mən həmin o gənc adamlara söz deyəndə bunu bir az da o vaxt müəllim axtaran Səlimə, özümə deyirəm. Ona görə çalışıram, həmin adamlara yalan danışmayım, yəni özümü aldatmayım. Nə təqdir edəndə onların istedadlarını şişirdim, nə də irad edəndə qəlblərinə dəyim. Bunlar təhlükəli şeylərdir. Və elə indi onlara deyirəm ki, qoy, öz hesablarına kitab çap eləməsinlər. Çünki öz hesabına kitab çap eləmək - “kitabım çıxdı!” demək üçündür, kitabın öz-özünü ərsəyə gətirməsi bu artıq ədəbiyyat üçündür. Bəzən bu əbədiyyət üçün də ola bilir.

- Bəs sizin kitab nə üçündür: ədəbiyyat, ya əbədiyyət?

- Ədəbiyyat üçün.

- Çağdaş şerimizi izləyə bilirsiniz?

- Əlbəttə. Mütləq.

- Ad çəkmək istəmirsiniz?

- Bu dəfə qalsın, gəlin qeybət eləməyək.

- AYB-dəki son istefalar haqqında nə düşünürsünüz?

- Düşündüklərimi bölüşmüşəm. Qismətlə, Rəbiqə ilə, Elnazla. Yəni kiminlə söhbət eləmək imkanım olubsa, demişəm.

- Kitabınızın uğuruna inanırsınızmı?

- Uğur sözü mənim bu kitabım üçün uyğun deyil indiki halda. Çünki həmin kitabdakı şerlər mətbuatda çap olunub. Yəni peşəkarların münasibətini bir azca bilirəm.

- Hər halda bir az qabaq dediniz ki, kitab ürəyinizcədir.

- Mən məzmunu demirdim, bu haqda hər bir oxucunun öz fikri ola bilər. Yalnız onu deyim ki, bu kitabda şerlərin sırası təsadüfi deyil. Son üç şerlə mən həyatımın bir əsas mərhələsinə xitam verdim. Və təkcə həyatımın yox. /virtualaz.org/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.