Rəşad Məciddən Nigar Köçərliyə sərt ittihamlar
07.06.13

“Nigar Köçərli Şahbazın sözü ilə oturub-durub və münsiflərlə münasibətdə qadağan olunmuş metodlardan istifadə edib. Mən Zakir Sadatlıya ölümündən sonra ayrıca bir mükafat verilməsinin tərəfdarı idim”. Bu sözləri açıqlamasında Milli Kitab Mükafatının münsifi Rəşad Məcid deyib.
 
Rəşad Məcid mükafatın Zakir Sadatlıya verilməsini insanların duyğularından istifadə kimi qiymətləndirib: “Dünyasını dəyişmiş insanla diri adamları yanaşı qoymaq düzgün deyil. Münsiflərin verdiyi qiymətləri dəyişdirirsən ki, bu adam öldüyünə görə mükafatı onun almasını istəyirəm. MKM xeyriyyə fondu deyil. Vahid Qazı mükafat almağa layiq idi, ancaq qaldı qıraqda. Nigar da dedi ki, Rəşadın nüfuzu var və o, kimlərəsə təsir edir. Bəli, mən də hansısa münsifə fikrimi, hansı əsəri bəyəndiyimi deyirəm. Mən açıq rəqabətin tərəfdarıyam. Bir münsif fikrini deyə bilmir. Nədən qorxurlar bilmirəm. Mən Sayman Aruz, Şəhriyar, Tural haqda fikirlərimi demişəm. Malik Dursunovun əsəri yaxşı əsər idi. Mən ona 5 bal yazdım. Ona görə ki, istəmədim rusdilli əsər birinci yerə çıxsın. Düşündüm ki, Nigarın bu əsərin qalib olmasında marağı ola bilər. Sağ olsun, Cəmil müəllim dedi ki, 10 balı Malik Dursunova verib. Əkrəm Əylisli 3 dəfə qiymət yazıb göndərib. Hər axşam kimsə yadına düşür, kövrəlir, yazdığı qiyməti dəyişir. Belə olmaz axı”.
 
Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli R. Məcidin keçən dəfə də bu cür açıqlamalar verdiyini söylədi: “Rəşad Məcidi kreativ bir insan kimi tanıyırdım. Bu il başqa şey deyəcəyini düşünürdüm. Belə açıqlamalar vermək münsiflərə qarşı hörmətsizlikdir. Çünki onlar çox nüfuzlu, ədalətli insanlardır. Kim kimə səs verib, məlum olacaq. Biz xeyriyyə cəmiyyəti deyilik. Mən istəmirəm ki, belə fikir formalaşsın ki, azərbaycanlı yazar ancaq həyatını dəyişəndən sonra mükafat ala bilər. Münsiflərin Zakir Sadatlının əsəri haqda fikirləri yüksəkdir. Qiymətləri münsiflər verdiyi üçün onların adından danışa bilmərəm. Ballar iki həftədən sonra açıqlanacaq”. /kulis.az/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.