Muzaffer İzgü - Bura işəyən eşşəkdir
30.05.13

Hekayə

Ah bir əlimə keçə də o, – bura işəyən adamı deyirəm, – elə ordaca boğub öldürərəm. Bizim divara nə oldusa elə o vaxtdan sonra oldu. Dözə bilməyənlər burnu amonyak iyinə həssas olduğuna görə küçəyə dönən kimi buranı “kəşf eləyirlər”. Düz divarın dibinə yaxınlaşan kimi bir sağa baxırlar, bir sola baxırlar, – ayıb olmasın, – nə lazımdırsa edirlər. Hansı birinin tutasan, bir gün səhərdən axşamacan gözlədim. 38 adamla davaşdım, ağızlaşdım. Hələ gör davaşdığım adamlardan biri nə dedi:
– Bələdiyyə lazımi qədər tualet tikdirmir, biz neyləyək?
Qışqırdım üstünə:
– Onda gəl qonaq otağımıza da işə, heyvanoğlu heyvan.
O adamla o qədər davaşdım ki, yaxınlıqdakı baqqal bizi gücnən ayırdı. Onun gözünün üstünə yumruq dəydikcə deyirdi:
– Nə böyük iş olub axı, dözə bilmədim, həm də savabdı, – Ay axmaq ta evdə otura bilmirik, harası savabdı bunun. – Sonra əlavə etdi:
– Onsuz hamısını eləməmişdim ki!
Baqqal qolumdan tutub çəkməsə, parçalayacaqdım onu. Belədir da, hamı lazım olanı edir, rahatlaşır, axşamüstü o yerləri yuyub-təmizləmək də mənə qalır. Bir əlimdə su qabı, bir əlimdə süpürgə. Dilimdəsə söyüş və qarğışlar. Süpür ki, süpür. Gördüm ki yox, belə davam edə bilməz. Ən yaxşı rənglərdən birini alıb bazar günü, divara yazdım: “Bura işəyən eşşəkdir”. Əlbəttə, divarda bu yazını görən adam, eşşəkliyi boynuna almamaq üçün qadağanı pozmayacaqdı. Amma səhəri gün axşama yaxın qayıdanda nə görsəm yaxşıdır, aman Allah, dünyada nə qədərə eşşək var. Divar suyun içindədir. Baxsan deyərsən ki, bir-biriylə yarışa giriblər. Divarın dibindən, pəncərəyə qədər nəmdir. Ay axmaqlar bu işi necə görürsüz?
– Əstəğfürüllah, yoxsa, ay heyvanlar, oturub işəyirsiz?
Aradan bir həftə keçdi. Baxdım ki, bu yazının heç bir xeyri yoxdu. Bu dəfə daha təsirli olsun deyə belə yazdım:
– Bura işəyən eşşəkoğlu eşşəkdir.
O gündən sonra camaat, sanki atasını eşşək etmək üçün yarışa girmişdilər, – nə vaxt tinə dönsəm azı iki-üç nəfərin canını rahatladığını görürdüm.
– Əclaf, utanmırsan ora...
Adamlarda ar eləmək, utanmaq deyilən şeydən əsər-əlamət yox idi. Bəziləri üzümə baxıb hırıldayırdılar.
Nətərsiz, yaxşısız, yaxşı rahatlaşa bildiz? – deyirəmmiş kimi baxa-baxa hırıldayırdılar.
Ancaq adamlardan biri bir dəfə belə dedi:
– Bağışla qardaş, bu ev sizindir?
Yox, – dedim.
– Onda gəl sən də rahatlaş. Axmağa bax, gör bura nə yazıb, əslində, eşşəkoğlu eşşək elə özüdür. Onsuz da, adamlar buranı qaralayıblar. Bəs bu axmağa nə düşüb, görəsən? Belə yazsaydı yaxşı olardı: Xalqın xidmətindədir, istədiyiniz qədər işəyin.
– Axmaq, rədd ol burdan, – deyib üstünə yeridim. Bir təhər qaçdı əlimdən. O gündən sonra həmin yazının altna bu sözləri əlavə etdim:
– Bura işəyən heyvanoğlu heyvandır.
Səhəri gün gəlib gördüm ki, sözləri höccələyə-höccələyə silməyə çalışır. Həm də şırhaşır işəyir. İşini bitirib ...düymələyəndən sonra üz-üzə gəldik:
– Görürsən da, qardaş, düdük bura nə yazıb. – Deyəsən, elə bildi ki, mən də bura işəməyə gəlmişəm. Cibindən rəngli bir qələm çıxardıb iri hərflərlə yazmağa başladı.
– Bura işəməyən köpəyoğludur. ¬– Mənə sarı çevrilib hırıldadı:
– Yaxşı, yazdım, hə?
Heyrətdən donub qalmışdım. Hırıldaya-hırıldaya çıxıb getdi. Deməli belə, o gündən sonra bizim divar “dilə gəldi”. Bir gün sonra gəlib gördüm ki bu sözləri yazıblar:
– Əclaf, eşşək olmamaq üçün işəmədim, amma bil ki, bunu yazan elə köpəkdir. – Səhəri gün o yazının altında başqa bir yazı var idi: 
– Köpək sənin atandır, nə deyib ki, deyib rahatlaş da!
Ondan sonra, sözün əsl mənasında, tualet ədəbiyyatı yazılmağa başladı.
– “Bunu yazan tosun, oxuyana sorsun”.
Daha sonra didaktik fəsl başladı.
– Hər milləti tualetindən tanımaq olur, cənab. Bura heç nə yazma, bura bir turist də işəyə bilər.
Səhəri gün ona cavab yazmışdılar:
– Əy səfeh, turist buranı görsə, şəklinin çəkib turizimimizi balatlayar.
Divar günbəgün yazıyla dolurdu. Məni də maraq hissi bürümüşdü, “görəsən, indi camaat nə yazır” deyə düşünürdüm. Divar yox, sanki müqəddəs “qara kvadrat” idi. Kimin ağlına nə gəlirdisə yazırdı. Məsələn, biri yazırdı:
“Sağa bax”, deyirdi. Sağa baxdım. Yazılmışdı: “Sola bax”. İndi də sola baxdım, orda da bir ox işarəsi vardı: “Yuxarı bax”. Başımı qaldırıb yuxarı baxdım: “Ay axmaq, sağa-sola baxmaqdansa öz işinə bax”.
Hə vallah, belə vəziyyətdə necə dəli olmayasan. Həmin gün hirslənib polis idarəsinə getdim. Prokurorun otağına qalxdım və dedim: Cənab prokurur, dərdə düşmüşük, bizi bu dərddən qurtarın.
¬Nə olub? – soruşdu.
Bütün olanları olduğu kimi danışdım. Prokuror dedi: – Yaxşı, ay qardaş, bu işə bələdiyyə
baxır, bizim səlayiyyətimizə daxil deyil. 
Üz tutdum bələdiyyə idarəsinə. Bu cür işlərə məsul olan şəxsi tapıb bütün olanları danışdım.
– Siz heç narahat olmayın biz nə lazımdırsa, edərik – dedi.
Aradan bir həftə keçəndən sonra axşamüstü evə gələndə arvadım mənə bir kağız uzatdı.
– Bu nə kağızıdır? – soruşdum.
Bələdiyyə idarəsindən bildiriş gəlib.
– Ay allah razı olsun.
Başa düşmədim? – arvadım dedi.
– Allah bələdiyyə işçisindən razı olsun, bizi bu bəladan qurtaracaq.
– Bir oxu ondan sonra dua elə.
Oxudum, oxuduqca beynimə qan sıçradı. Allah amandı, yolu çirkləndirdiyimizə, gigiyenik qaydalara riayət etmədiyimizə, ətraf mühiti pozduğumuza, küçəni murdarlağımıza görə yüz lira pul cəzası ödəməliydik.
Tez bələdiyyə idarəsinə getdim, bu işlə məşğul olan adamı tapıb dedim: – Ay qardaş, bu nə işdi belə mənim başıma açmısınız? – hirsimdən az qala ağlayacaqdım. Məsul şəxs əvvəl bildirişə, sonra mənə baxıb dedi:
– Siz heç narahat olmayın yoluna qoyarıq, amma gərək siz bu pulu ödəyəsiniz, çünki cəza məbləği təsdiq olunub.
– Allah xatirinə belə eləmə, ay qardaş, evə dinamit qoyub göyə uçuracam vallah.
– Yox, bu qədər əsəbiləşməyə ehtiyac yoxdur. Siz xəzinəyə yüz lira ödəyin, biz bu işi sahmana salacağıq.
Neyləmək olar, yüz liranı ödədim xəinəyə, boynu bükük halda evə sarı gəldim, küçəyə dönən kimi gördüm ki, bir adam üzünü divara tutub işəyir. Var gücümlə qışqırdım:
– Düyməni bağla, – yazıq heç paltarını da düzəltmədən qaçdı.
Bir həftə sonra çərşənbə axşamı arvadım mənə yenə kağız uzatdı, kağıza baxan kimi tanıdım: – Əməllərinizdə israr etdiyinizə görə, tualetə yox divara işəyərək küçəni çirkləndirdiyinizə, bundan əvvəlki xəbərdarlığa riayət etmədiyinizə görə 200 lira pul cəzası ödəməlisiniz”.
Of, of. Of, vallah, dəli olacağam.
Kağızı həmin andaca cırdıb necə pəncərədən tullamışamsa...
“Mən sizə göstərərərm, axmaqlar”.
Səhəri gün divarın döşünə bir masa qoydum, bir də kağız yapıdırdım: “Kiiçik bayır: 25 quruş, kağız 25 quruş, kolonna 25 quruş”. Bir də lövhə asdım: “Kiçik bayıra getmək sərbəstdir”. Bəh, bəh necə gözəl imiş. İndi dünyanın pulunu qazanıram...

Dilimizə uyğunlaşdıran: Fərid Hüseyn

Avanqard.net

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.