“Şah və Şair” Milli Dram Teatrında
21.05.13

Mayın 22-də Milli Dram Teatrında “Şah və şair” tamaşasının premyerası olacaq. Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Yazıçı Kamal Abdullanın “Yarımçıq Əlyazma” əsərinin motivləri əsasında səhnələşdirilib.

Kamal Abdullanın postmodern estetikayla qələmə alınmış «Yarımçıq əlyazma» romanı nəşr olunduğu vaxtdan bu yana istər Azərbaycanda, istərsə də xarici ölkələrin mətbuat səhifələrində geniş müzakirələrə və polemikalara yol açan ədəbi hadisə kimi yadda qalıb. Romanın Rusiya, Fransa, Türkiyə, Braziliya, Misir, Polşa, ABŞ, Qazaxıstan kimi zəngin ədəbi ənənələri olan ölkələrdə işıq üzü görməsi, şübhəsiz, Azərbaycan ədəbiyyatının uğurudur. Ədəbiyyatşünas-alim Andrea Brinyonun təbirincə desək: «Bu kitabı detektiv roman, mifologiyaya giriş, ən vacibi isə, öz daxili aləminizə səyahətnamə kimi oxuya bilərsiniz».

2004-cü ildə nəşr olunandan müxtəlif ədəbi müzakirələrə səbəb olan romanın motivləri əsasında səhnələşdirilən “Şah və şair” tamaşasının cəmiyyətdə maraqla qarşılanacağını söyləməyə əsas var. Əsərdə iki zamanın – orta əsrlərin və müasir dövrün çuğlaşması və bunun vizual olaraq səhnədən tamaşaçıya çatdırılması mürəkkəb texniki vasitələrin köməyi ilə mümkün olacaq. Tamaşa boyu dekorasiyalar, işıq effektlərinin dəyişməsi, musiqi və videoçarxlardan istifadə onu daha baxımlı və maraqlı edəcək.

Tamaşanın quruluşçu rejissoru Musiqili Komediya, Pantomim, Yuğ Teatrlarında rejissor və aktyor kimi çalışmış Mikayıl Mikayılov bizimlə söhbətində bildirdi ki, əsər tarixi dram deyil.

- Tamaşada baş verənlərə tarixi aspekdən yanaşmaq düzgün deyil, bu, daha çox bədii təfəkkürün məhsuludur. Əsərdəki olaylar gerçəkliklə tarixin kəsişməsində baş verir. Klassik janrların təyini artıq geridə qalıb, bu tamaşa xəyali oyundur, burada yuxu estetikasından istifadə olunur. Müasir dövrdə yeni teatr ədəbiyyatı formalaşır. Ümumiyyətlə, təkcə bizdə deyil, xaricdə də bu, yeni bir üsul, yeni bir dalğa sayılır. Bu tipli əsərləri səhnələşdirərkən klassik dramaturgiyanın qanunlarını sındırmaq lazım gəlir. Xəyali əsərləri teatra gətirmək o qədər də asan deyil. Aktyorlar da artıq fərqli bir oyun tərzi nümayiş etdirir. Rejissura da köklü olaraq fərqlidir. Şəxsən mənim üçün bu əsər çox maraqlıdır. “Şah və şair” təcrübə olaraq yaradıcılığımda yeni imkanlar açır. Ümumilikdə tamaşa həm texniki, həm də yaradıcılıq baxımdan bizim teatr üçün yenilikdir. Tamaşada həm də video artdan istifadə olunub.
Mikayıl Mikayılov premyeradan öncə aktyor oyunu barədə çox söz demək istəməsə də tamaşada Vidadi Həsənov, Elşən Rüstəmov, Hikmət Rəhimov, Ayşad Məmmədov kimi aktyorların rol aldığını söylədi. Tamaşanın ərsəyə gəlməsindəki mərhələlərdən danışdı.

- Müəlliflər, ümumiyyətlə hər zaman tamaşanın məşqlərində iştirak edir, rejissora öz məsləhətlərini verir. Bu, normal yaradıcı prosesdir. Nümunə üçün deyim ki, Stanislavski tamaşanı quranda Çexov özü şəxsən məşqlərdə iştirak edirdi, razı qaldığı, narazı qaldığı məqamları bildirirdi. Bu baxımdan yazıçı Kamal Abdullanın da məşqlərdə iştirakı, verdiyi tövsiyələr əsərin səhnə üçün hazlanması prosesində çox önəmli oldu. Bu tamaşada məntiq böyük rol oynayır. Gerçəkliklə xəyal arasında məntiqi düzgün qurmaq lazım gəlir. Burada aktyor və rejisorlardan fərqli fəaliyyət gözlənilir. Tamaşanı maraqlı edən də əslində elə budur. O dövrün ruhunu saxlamaq, xəyali hadisələr və gerçəklik arasında dramaturji körpü yaratmaq mürəkkəb məsələdir. Əsərin dili çətin olsa da, mətni olduğu kimi saxlamağa, mənimsəməyə çalışmışıq. Səhnəyə də bu cür gətirmişik. Tamaşaçı özü bunun tezliklə şahidi olacaq.

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.