Aydın Dadaşov - Tənha cütlüyün harmoniyası
09.05.13

A.P.Çexovun eyniadlı hekayəsi əsasında İosif Xeyfitsin öz ssenarisi ilə çəkdiyi “İt gəzdirən qadın” (1960) filmində  xəfif dalğaların çırpıldığı qayalıq sularında görünən boş butulka, sahildəki ağ-qara keçiler ve qarşıdakı yeməkxanada badə dolduraraq darıxdığını söyləyən Qurovun haqqında söhbət gedən it gəzdirən qadının keçdiyini görməsi əsas personajları qarşılaşdırır. Sahilə tərəf uzanan dumanlı yamaca doğru yönələn fanarlar arasındakı səki ilə hərəkət edən it gəzdirən qadının qarlı, ümümi planda arxadan görsənməsi onu məhrumiyyətin simvoluna çevirir. Uzaqdakı gəminin fiti ilə marş sədaları altında sahil yeməkxanasındakı ilk qarşılaşmada Qurova yaxınlaşan bəyaz it ünsiyyətin açarına dönür. Ətrafdakıların nəzərləri altında dumanlı sahilda gəzişmələrinin əksi dənizə sərilməklə günəşi seyr edən cütlükdə; Yaltanın darıxdırıcılığından söhbət açan Peterburqu atıb əri ilə Saratova getməsinin üzə çıxan Anna ilə, Moskvadan, ora yağan qardan filoloq olsa da, bankda çalışdığından söz açan Qurovun arasındakı izdivacın sosial qatı da canlanır.   Otaqda qalstukunu açan Qurovun Annaya yazıgı gəldiyini bildirməsi teatrallıq yaratsa da onların dalğalara çırpılan dənizi seyr etmələri fonunda sahildə küləyin kişinin papağını uçurması təsviri canlandırır.

Sahilə yan alan paraxoddan düşənlər arasında gözlədiyi ərini tapmayan Annanı güdən Qurovun qadını öpüşlərə qərq etməsi, mehmanxanaya gətirməsi münasibətləri intim müstəviyə gətirir. Otağın havasızlığından titrəməyən şamın yanındakı pərişan saçlı Anna ilə üzü divara çevrilmiş siqaret tüstülədən, oturub qarpız yeyən Qurovun etinasızlığı kontrapunkt yaradır. Saratovdakı yeknəsək həyatından, lakey ərindən bəhs edib göz yaşları axıdan Annanı sakitləşdirən soyuqqanlı Qurovla dəhlizdə vurnuxan bəyaz it müdaxiləyə müqavimətin mənzərəsini yaradır. Sahildə xəfif dalğaların səsini dinləyən cütlüyü gözləməklə namazını da qılan faytonçunun fonunda başlarına keçirilən torbadakı arpanı yeyən atların təsviri ilə danışmağa söz axtaran hər iki personajın baş verən intim olayı  araşdırmaları şərəfli, nizamlı həyatı pozulmuş qadınla özündən müştəbeh kişinin qarşılaşdırılmasının davamını yaradır. Səhər gəzinti gəmisindəki orkestrin sədaları altında öpüşərkən daxili iztirablarını dilə gətirən Annanın ərinin məktubunda gözlərinin  xəstələnməsini bildirməsi ilə geri dönməsi Yalta sərgüzəştini sona çatdırır. Qurovla Annanın oturduğu karetanın damında hürən bəyaz it bu vidalaşmanı uğurla sonuclayır. Faytonun açıq pəncərəsində vidalaşan ömürlük ayrıldıqlarını deyən Annanın gedişi ilə perronda tək qalan Qurovun yerdən tapdığı əlcəyi itiuclu hasarın üstünə keçirməsi soyuqqanlılığın göstəricisinə çevrilir.

https://mail-attachment.googleusercontent.com/attachment/?ui=2&ik=4d6b9aa274&view=att&th=13e8799e46deaf9b&attid=0.3&disp=inline&safe=1&zw&saduie=AG9B_P83Dlo3I-_9vWz7iB_o1p5t&sadet=1368078426811&sads=q6sCqpDio-zvspHZyN6gFLGLwH4

Moskvada xizək qoşulmuş zınqırovlu atların keçdiyi qarlı küçədəki yeməkxanadakı Qurovun Yalta sərgüzəştləri ilə maraqlanan  tanışına it gəzdirən qadının dumana çevrilməsini deməsi laqeydliyi bir daha vurğulayır. Evdəki qonaqlıqda pianoda çalarkən Qurovun xəyalında Annanın canlanması isə daxili təlatümdən xəbər verir. Xizəkli karetada işə gedən Qurovun səki ilə gedən bəyaz iti görməsi ilə karetadan yerə atılması, yanıldığını bilib dilxor olması təlatümün dərinləşdiyini göstərir. Gəldiyi restoranda arvadından gileylənən dostu ilə həyatın mənasızlığından danışması və iztirab çəkməsi, romansın sədaları altında Yalta nisgilini xatırlaması mövzunu davam etdirir. Ziyafətlərdə qumar məclislərində darıxan Qurovun sevgi mövzusunu daim dilə gətirməsi daxili təbəddülatlardan xəbər verir. At qoşulmuş xizəkdə yox, piyada gedən ailə həyatından təngə gələn Qurovun yeni il şənliyini laqeydliklə seyr etməsi ilə Peterburqa onu yola salan arvadının ayrılmağı sevmədiyini deməsi yad notlarla səslənir. Peterburq əvəzinə Saratova gedən Qurovun Annaya məktub göndərmək niyyəti istəyin qarşısıalınmazlığını göstərir. Saratovun qarlı küçələri, damları, evlərin taxta fasadları, navalçaların sırsıralarındakı ardıcıllığı burada tənha gəzən Qurovun daxili  vəziyyətinə uyğun gəlir. Əvvəlcə səsi sonrasa özü gələn itin Roland çağrılması dramatizmi daha da  artırır. Soyuqdan donsa da gözləyən Qurovun içəridən eşitdiyi musiqi sevgililər arasındakı məsafəni yaxınlaşdırır. Nəhayət ki, tamaşa salonunda əriylə yanaşı oturmuş Annanı durbinlə tapan Qurovun sevinci, fasilədə imkan tapıb ehtiyatla sevgilisini tapması hadisələrin düyününü açır. Adamların arasından uzun - uzadı  keçib xəlvəti bir guşəyə çəkilən sevgililərin görüşərkən teatrın yeməkxanasına daşınan qutular, açıq qapıdan əsən küləyin hiss olunması audiovizual obrazlılıq yaradır.

 Anna Sergeyevnadan aldığı məktubda “Slavyan bazarına gəlib, eyni nömrədə qalacağam” cümlələrini oxuyan Qurovun daxili çırpıntılarını əriyən gölməçədə vurnuxan göyərçinlər uğurla səciyyələndirir. Qızını dərsə ötürərək Annanın yanına tələsən Qurovun daxili vəziyyətini küçə musiqiçisinin tütəyi davam etdirir. Musiqiçiyə pəncərədən pul atan Qurovla Annanın ünsiyyətində insani məqamların araşdırılması doğmalığın miqyasını göstərir. Onların söhbəti fonunda açıq yatağın göz önünə gətirilməsi intim həyatın münasibətlərdə qeyri-əsas rolunu vurğulayır. Güzgüdəki təsvirdə özünün qocalığını dərk edən Qurovun etiraflarının artıq solğunlaşan Annanın passiv müqaviməti ilə qoşalaşması ayrılıqda tənhalığını dərk edən cütlüyün harmoniyasını seciyyələndirir. Hardasa çalınan zəngin evə tələsmək vaxtını bildirməsi ilə kameranın pəncərənin çölünə çıxması sevgililəri qəfəsdəki quşa çevirir. Qarlı gecədəki küçə fanarı hesabına yaranan kölgə finalı dünyanın faniliyi kontekstində sonuclayır.

Avanqard.net

                                                                                                                              

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.