Aqşin Yenisey - Gülavazla Hitlerin davası
02.05.13

1938-ci il. Hitler Almaniyanın bütün avaralarını başına yığıb faşist düzəldir və Birinci Dünya müharibəsindən məğlub çıxan vətəninin ləyaqətini özünə qaytarmaq üçün İkinci Dünya müharibəsini başlayır.

2013-cü il. Bizim ev və kənddən əlizənbilli bir qohumum gəlib, gözlərini həkimə göstərəcək. Ayaqlarını yuyub divanda televizora baxır. Mənsə arvadla əl-ələ verib mətbəxdə ona cay dəmləyirəm, kənddən gətirdiyi toyuğu qaynadıram və s. Bu vaxt qonşu otaqdan məni haraylayır: “Ə, gəl, izah elə görüm bu zənənlər nə danışırlar”. Televizorda 20-30 nəfər qadın uşaqların qeysəriyyə yolu ilə götürülməsinin fəsadlarını müzakirə edir. Ömründə kitab üzü açmayan, hərf görəndə qanı qaralan, dünyanın kürə şəklində deyil, üç öküzün belində yastı-yapalaq olduğuna əminliklə inanan bu kişi indi məndən soruşur ki, qeysəriyyə nə deməkdi? Dedim, əmican, keysəriyyə bətndəki uşağın dədə-baba qaydası ilə deyil, cərrahi yolla kəsilib götürülməsidi.

- Necə yəni kəsilib götürülməsi, uşağı da kəsib götürərlər?

- Uşağı yox, ananı kəsirlər, indi sizin vaxtınızda olduğu kimi dədə-baba qaydasıyla doğulmaq dəbdə deyil.
Kişini od götürdü, yumdu gözünü, açdı ağzını: “Ə, qurumsaq, - zarafatımız var, deyə məni belə çağırır – mənim nənəm (analarına “nənə” deyirlər) on dörd uşaq doğub; on oğlan, dörd qız. Hamısını da dədə-baba qaydasıyla, palazın üstündə. Hamısı da turp kimi”.
Soruşdum ki, arvad özünü niyə belə zülmə salıb, heç toyuq toyuqluğuyla bu qədər yumurtlamır, qaz il ərzində 6-7 dənə yumurta ancaq çatdıra bilir. İnək cəmisi bir bala verir. Nə olmuşdu bu arvada ki, dalbadal on dörd uşaq doğub? Hə, söhbətin məğzi burda məlum oldu: demək, Hitler Sovet imperiyasına hücum eləyib camaatı qırmağa başlayanda, xəbər gəlib çatır Gülavaz xalanın qulağına. Gülavaz da and içir ki, Hitler, sən sən ol, mən də mən! Sən qırdığının ikiqat artığını doğmasam, dədəmin qızı deyiləm və bu söhbətdən sonra Hitlerlə Gülavazın arası dəyib, bir ucdan Hitler milləti qırırmış, bir ucdan da Gülavaz doğurmuş. Axırda Hitler görüb ki, belə getsə Almaniyanın hərb sənayesi Gülavazın gəlhagəlinin qarşısında duruş gətirə bilməyəcək, odur ki, üzüsulu müharibəni uduzduğunu boynuna alıb, hətta arvad xeylağına yenildiyi üçün 1945-ci ildə intihar edib.

İndi bizim evdə divana uzanıb televizorda arvadların qeybətinə baxan kişi deyir, Hitlerlə o vaxt inada girən nənəsi Gülavaz 1941-ci ildən bu yana faşizmin acığına o qədər doğub-törəyib ki, doğma övladlarını özü də tanımır. Deyir hətta nənəmin bir neçə qızı var ki, yaşca nənəmin özündən böyükdürlər. Müharibə vaxtı doğub və ara qarışıb, məzhəb itib, yaddan çıxıblar.
Qohumumun qanlı-qadalı illərdən bəhs edən söhbətlərinə qulaq asa-asa televizordakı arvadlara da göz qoyurduq. Adamın dediklərində də klassik bir həqiqət var; deyir doğa bilməyəcəksinizsə, niyə soyunursunuz?
İstədim Əlmərdan əmiyə deyəm ki, bu, hələ harasıdı? İndi dünyada uşaqlar süni mayalanma yoluyla dünyaya gəlirlər, ancaq kişini ihfarkt vuracağından qorxub demədim.

Əslində, bu uşaq-muşaq söhbətlərinin loru şəkildə izahı bizim folklorumuzdan gəlir; uşağı hacıleylək gətirir, uşaq, guya, yırtıq zənbillə göydən düşür və s.

Dünya praktikasında belə bir statistika var; müharibə vaxtı ölkədə daha çox oğlan uşaqları doğulur. Ancaq indi bu adama bu reallığı necə izah edim, necə izah edim ki, tikiş maşını onu icad edən adam haqqında nə qədər bilirsə, insan da onu yaradan Tanırı haqqında o qədər bilir.

2013-cü il. Nə dəxli var uşaqlar dünyaya haradan gəlirlər, əsas odur ki, gəlirlər, gələcəklər. /simsar.az/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.