Pablo Neruda - Yavaş-yavaş ölür ehtiraslardan uzaq duran
26.04.13
Svetlana Turanın tərcüməsində
Yavaş-yavaş ölür Yavaş-yavaş ölür səyahət etməyən, Kitab oxumayan, Musiqini dinləməyən, Özü ilə harmoniyada ola bilməyən. Yavaş-yavaş ölür Özünə olan inamını itirən, Ona uzanan kömək əlini geri itələyən. Yavaş-yavaş ölür məhəbbətin özünü öldürən, Ömrünü gah bəxtsizlikdən, gah da aramsız yağışdan Sonsuz şikayətlərlə keçirən. Yavaş-yavaş ölür planlarını yarımçıq qoyan, Onları həyata keçirməyə heç başlamamış. Ona bəlli olmayan məfhumları sual etməyən. Soruşduqda belə, bildiklərini deməyən. Yavaş-yavaş ölür alışqanlıqlarının köləsi olan, Hər gün eyni istiqamətdə gedib yolunu dəyişməyən Paltarlarının rəngini dəyişməyə risk etməyən, Yadları dindirməyən. Yavaş-yavaş ölür Ehtiraslardan uzaq duran, Əsnəməni təbəssüm kimi göstərə bilən. İstər səhvlər, istərsə də hislər nəticəsində Ürəyi döyünməyə vadar edən Və gözləri parlamağa sövq edən Emosiyalarla dolu olmaq əvəzinə, Ağın üzəri ilə qara yazmağı, “i”-nin nöqtəsini qoymağı sevən. Yavaş-yavaş ölür masanın altını üstünə çevirməyən, Sevgidə, ya da işdə xoşbəxt ola bilmədikdə Talenin zərbələrini dəf etməyən, Arzusunun arxasınca düşərsə, Başına gələ biləcək naməlumluqlar üzündən Əlində olanları təhlükəyə atmayan, Ömründə heç olmasa, bircə dəfə Ağıllı məsləhətlərdən can qurtara bilməyən... Elə isə gəlin yaxa qurtaraq Kiçik dozalarla yaxınlaşan ölümdən, Sağ qalmağın Nəfəs almaq kimi, Böyük və davamlı səy tələb etdiyini Hər zaman xatırlayaq. Bu gününü yaşa! Bu gün risk et! Bunu bu gün et! Yavaş-yavaş ölməyə cürət etmə! Özünə xoşbəxt olmağı qadağan etmə! /kulis.az/
|