Homoseksuallıq utanılası bir şey deyil – Ziqmund Freydin məktubu
08.04.13
Ziqmund Freyd 1935-ci ildə oğlunun xəstəliyinə əlac axtaran anadan məktub alır. Onun oğlu homoseksual idi. Freyd düşünürdü ki, bütün insanlarda bəzi hallarda hər iki cinsə qarşı meyl olur. O, homoseksual oğlanın anasına aşağıdakı məktubla cavab verir. Məktub sonradan Alfred Kinseyin (tər. Amerikalı seksopatoloq) əlinə keçir və 1951-ci ildə Amerika Psixatriya jurnalında yenidən dərc olunur.
Əziz xanım (məktubda ad silinmişdir) Məktubunuzdan belə başa düşdüm ki, oğlunuz homoseksualdır. Oğlunuz haqqında məlumat verərkən, nədənsə bu termini məktubda qeyd etməmişsiniz, yəni utanırsınız, bu isə məni mütəəssir etdi. Soruşmaq istəyirəm ki, sizə niyə belə edirsiz? Əlbəttə homoseksuallıq heç də yaxşı şey deyil, amma eyni zamanda bundan utanmağa da gərək yoxdur, bu, qüsur deyil, buna görə üzülməyə dəyməz. Homoseksuallığa hər hansısa bir xəstəlik kimi baxmaq olmaz. Biz bunu seksual fəaliyyətin bir növü hesab edirik və bu, cinsi istəyin boğulması nəticəsində meydana gəlir. Qədim zamanlarda və elə indilərin özündə elə şəxslər vardır ki, onlar da homoseksual olmuşlar, bunlardan məşhurlar Platon, Mixelancelo və Da Vinçini misal göstərmək olar. Homoseksuallığı cinayət hesab etmək ən böyük ədalətsizlik və qəddarlıq olardı. Əgər mənə inanmırsınızsa o zaman Havelok Ellisin (tər. Britaniyalı fizik, yazıçı, homoseksuallıq üzrə dərsliyin müəllifi) kitablarını oxuyun. Əgər mənim köməyimi istəyirsizsə, onu deyim ki, homoseksuallığı aradan qaldırası olsam, bunun əvəzində heteroseksuallıq yaranacaq. Və bu nəticəyə nail olacağımıza söz vermirik. Bir neçə dəfə homoseksuallarda görünən heteroseksual meylin çürümüş rüşeymlərini inkişaf etdirməkdə uğur əldə etmişik. Bu isə fərdin xarakteri və yaşından asılı olan bir şeydir. Müalicənin nəticəsi yaxşı olmaya da bilər. Oğlunuzun analizi bir neçə xətt üzrə inkişaf edəcək. Əgər o, özünü bədbəxt hiss edərsə, sinir sistemində və sosial həyatında problemlər yaranarsa, bu analizlər ona özünü yaxşı hiss etməsində kömək ola bilər. Bu analizlər ya ona harmoniya gətirəcək, ya onu homoseksual olaraq saxlayacaq, ya da onu dəyişəcək. Əgər siz oğlunuzun analiz almasında qətiyyətlisinizsə, – doğrusu mən buna əmin deyiləm – o, təcili olaraq Viennaya təşrif buyurmalıdır. Hələ ki, burdayam. Cavab yazmağı unutmayın. Ən xoş arzularla Freyd
P.S: Sizin məktubunuzu oxumaq mənə çətin olmadı, güman edirəm sizə də mənim məktubumu oxumaq çətin gəlməz, onu deyim ki, ingiliscəm bir qədər zəifdir. 1955-ci il, 9 aprel Prof. Ziqmund Freyd
Tərcümə: Namiq Bağırlı Kult.az
|