Mövlud Süleymanlının 70 illiyi qeyd olunub
19.03.13

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Xalq yazıçısı Mövlud Süleymanlının 70 illik yubileyilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Xalq şairi Fikrət Qoca Mövlud Süleymanlının layiqli bir ömür yaşadığını, zəngin mənəviyyata, yüksək şəxsiyyətə malik bir qələm sahibi olduğunu bildirib. AYB-nin sədri Xalq yazıçısı Anarın təbriklərini çatdıran Fikrət Qoca Yazıçılar Birliyinin hədiyyəsini ona təqdim edib. Tədbiri idarə etmək üçün söz Xalq şairi Sabir Rüstəmxanlıya verilib: “Mən çox sevinirəm ki, gənclik dostumun 70 yaşa gəlib çatmasının şahid olmuşam. Mövludla biz universitet auditoriyalarında tanış olmuşuq. Mövlud orijinallığı, özünəməxsusluğu ilə o vaxt yaşıdlarından seçilən bir şair idi. Heç ağlıma da gəlməzdi ki, o cür şeirlər yazan adam birdən-birə qopub nəsrə keçə bilər. Amma Mövlud poeziyadan tamamilə uzaqlaşmadı. Onun nəsrlə bərabər bir neçə şeir kitabları da çap olunub. Mövlud Süleymanlı doğrudan da Azərbaycan nəsrində ədəbi hadisə idi. İstedad üslubdan başlayır. Yəni yazıdan və yazının təsirindən onun hansı qələm sahibinə aid olduğunu bilmək olar. Mövludun da nəsrdə özünəməxsus bir üslubu var. O, həm də Azərbaycan nəsrinə doğma ana dilimizi gətirən yazıçılardandır”.

Xalq şairi Zəlimxan Yaqub deyib: “70 illiyinin işığına yığışdığımız Mövlud Süleymanlı xalq üçün, millət üçün çox işlər görüb. Hətta onun ən balaca şeirlər kitabı belə, mənim üçün cild-cild kitablardan dəyərlidir. Çünki onun yazdıqları xalqın taleyidir, tarixidir. Mövlud ədəbiyyatı ədəbiyyata gətirdi. Mənim kitabxanamda Mövludun bütün kitabları var, onlar mənim stolüstü kitablarımdı və o kitabların vərəqlərində mənim göz yaşlarımın izi var. O, xalqı, milləti yaxşı tanıyır. Xalqın mədəniyyətini, mənəviyyatını, tarixini çox gözəl bilir.  Mövlud Süleymanlı yaradıcılığı sözün əsli mənasında Azərbaycan xalqının özüdür”.

Yazıçı Səyyad Aran Mövlud Süleymanlının çağdaş Azərbaycan nəsrinin ən görkəmli nümayəndlərindən olduğunu və təkrarsız yaradıcılıq aləmi ilə, fərdi üslubu, dili ilə məhşur 60-cılar nəslini təmsil edən yazıçılar içərisində özünməxsus yer tutduğunu deyib. Onun 70-ci illərdə dərc olunan hekayə və povestlərdən ibarət “Ayın aydınlığında” kitabı yazıçını xalqın, cəmiyyətin problemlərini zamanında görüb əks etdirən dəyərli bir nasir kimi tanıtdığını bildirib: “1979-cu ildə “Dəyirman” əsərinin Yazıçılar Birliyinin həmin bu Natəvan klubundakı müzakirəsi yaxşı yadımdadır. Sovet yazıçısı, sosialist realizimi prinsiplərinə sadiq köhnə yazarlarla bir sıra qabaqcıl yazıçılarımız, o sıradan məhşur 60-cılar nəsli tərəfindən dəstəklənən yenilikçilər arasında kəskin qarşıdurma bütün qabarıqlığı ilə məhz “Dəyirman” əsərinin müzakirəsində üzə çıxdı. Mövlud Süleymanlının nəsri təkcə özünəməxsus yazıçı üslubu, toxunduğu problemlərin dərinliyi və aktuallığı ilə deyil, həm də janr rəngarəngliyi ilə seçilir”.

AYB-nin katibi Arif Əmrahoğlu isə Mövlud Süleymanlının “Dəyirman” əsərinin onun yazıçı mövqeyinin, bütünlüklə qabaqcıl milli düşüncənin rəmzinə, həqiqi sənət əsərlərinin yaşamaq haqqı uğrundakı mübarizəsinin simvoluna çevrildiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən digər natiqlər yazıçının şəxsiyyəti və yaradıcılğı haqqında fikirlərini bildiriblər, yubilyarı 70 yaş münasibəti ilə təbrik ediblər.

Sonda çıxış edən Mövlud Süleymanlı, başda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar olmaqla, bütün AYB üzvlərinə, tədbirdə iştirak və çıxış edən dəyərli qonaqlara öz minətdarlığını bildirib, bu tədbirin keçirilməsini onun yaradıcılığına və şəxsiyyətinə verilən yüksək dəyərin təzahürü kimi qiymətləndirib. /525.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.