Aysel Əlizadənin yeni kitabı çap olunub
09.03.13
Gənc yazar Aysel Əlizadənin "Təkliyə düzəliş" adlı yeni kitabı çap olunub.
Müəllifin yeni kitabı belə başlayır "Başlayaq…"
“O vaxt qarşıdan gəlirdi sənsizlik”, onu hələ ötüb keçməmişdik. “İndi hər gün geridə qalır”. Geridə qalmağına qalır, amma “azalmır sənsizlik, azalmır”.
“Mistik və izahsız olmazlar yaxamızı buraxmır”. Əslində, izahsız da deyil, “olanlardan” fərqli, bütün “olmazlar”ın izahı var. Bəlkə əksinədi. Bütün olanların izahı var, olmazlardan fərqli…
Bütün hallarda “izah” tapmaq mümkündü. Məsələ heç bu da deyil.
Dörd tərəfdən “olar”, “olmaz”la əhatələnmiş adada yaşamaq nə deməkdi? Poeziya bundan danışacaq bu dəfə…
"Qanun" nəşriyyatnda çap olunan kitab 192 səhifədən ibarətdir. Kitabın redaktoru isə Rəbiqə Nazimqızıdır.
Avanqard.net
|