İranda Anarın yeni kitabı nəşr edilib
05.03.13
İranda Anarın “Mən, sən, o və telefon” adlı hekayələr toplusu nəşr olunub.
Kitaba eyni adlı novella, habelə “Gürcü familiyası”, “Vahimə” və “Yaxşı padşahın nağılı” hekayələri daxildir. Kitabı nəşrə hazırlayan Heyva Muğanlı ona önsöz yazıb.
Önsözdə Anar və onun nəsli, valideynləri haqqında bioqrafik məlumat verilir. Bu, Anarın İranda – Azərbaycan və fars dillərində nəşr olunmuş beşinci kitabıdır. /525.az/
|