Bakıda Əziz Nesinin yeni kitabı çap edildi
04.03.13
Sovet dövründə Bakıda "Futbol kralı", "Kor döyüşü" və s. kitabları çap edilmiş ünlü Türk yazarı Əziz Nesinin bu günlərdə latın əlifbası ilə “Damda dəli var” adıyla hekayə toplusu buraxılıb.
Kitab Hədəf Nəşrlərinin “XAN” (“Xalqımız, Azərbaycanımız Naminə”) tərcümə ədəbiyyatı layihəsi çərçivəsində çap olunub.
Nəşriyyatın mətbuat xidmətindən verilən məlumata görə, kitabın tərcüməçisi Sevinc Xanqızı, redaktoru Oktay Hacımusalı, naşiri Müşfiq XANdır.
Kitaba daxil olan hekayələr satirik ruhda verilib və oxuculara nəsihət xarakteri də hiss olunur.
Hekayələrdə damdan düşmək istəməyən dəlinin məqsədli işlətdiyi siyasət, siyasətçilərin kəndlilərin səsini qazanmaq üçün cəhdləri, bir-birini məhv etməyə çalışan iki bəyin sürücüləri tərəfindən aldadılması, iş üçün gələn insanların üzərində “zarafat məmulatları”nın yoxlanılması, eləcə də, siyasi həyatda olan münasibətlər təsvir olunub.
Türkiyənin lətifə ədəbiyyatının zirvəsi hesab olunan Əziz Nesinin “Bir məzhəkəçinin xatirələri” adı altında verilən 4 hekayəsində o dövrlərdə teatr həyatında sənətçilərin qarşılaşdığı problemlər, maneələr və çətinliklər öz əksini tapıb. /oxuzali.az/
|