Kənan  Hacı: "İstedadı olmayanlar min-bir hoqqadan çıxır ki, populyarlaşsın"
01.03.13

“Mən, kitablarımı yaratmadan əvvəl kitablarım məni yaratdı”.
                                                                  (Michel Montaigne)

 
Fransız yazarı Michel Montaignenin sözləriylə başlamağımız təsadüfi deyil. Müsahibim bu kitabları yaradan və bu kitabların “yaratdığı” insanlardan biri olan, özünü sadəcə Kənan Hacı kimi təqdim edən, “Özündən qaçmaq olmur”, “Çəhrayı qan”, “Quşlar üçün karusel”, “Yağ kimi” və “Atamın sevgilisi” kimi kitabların müəllifi, yazıçı Kənan Hacıdır.
 
-İlk kitabınız nə zaman nəşr olunub?

-İlk kitabım - “Özündən qaçmaq olmur” 34 yaşımda, 2009-cu ildə nəşr olunub.
 
- İndi yazıçı adı çox populyardır. Hər yerindən qalxan özünə yazıçı deyir. Sizcə, yazıçı kimdir?

- Məncə, yazıçı üçün başlıca meyar istedaddır, populyarlıq isə ən sonuncu şərtdir. Əslində belə olmalıdır. Amma indi əksinə, istedadı olmayanlar min- bir hoqqadan çıxır ki, populyarlaşsın. Nəhəng bir makulatura yığını əmələ gəlib. Yazıçı ömrünü sözə sərf edən adamdır. Söz isə yaradıcı adamın bir neçə yerə bölünməsini sevmir, gərək bütünlüklə həyatını sözə həsr edəsən, sözlə nəfəs alasan, sözlə yaşayasan. Ucuz şöhrət dalınca qaçanlar həmişə yarı yolda qalıblar, çünki uzun məsafəni qət etməyə nəfəsləri çatmayıb. Bəzən istedadı olan yazarlardan da bəziləri hansısa qalmaqalla gündəmdə qalmaq istəyirlər. Cəmiyyətdə total şoulaşma gedir və mən belə bir mühitdə gündəmdə qalmağa cəhd edən yazıçını da qınaya bilmirəm. Çünki oxucu brendə çevrilmiş imzaları izləyir, yazıçının isə təbliğatı çox zəifdir. Oxucu ilə yazıçı arasında kontakt lazımi səviyyədə deyil.
 
-Bu gün yazıçıların hansı problemləri var?

-Ən ciddi problem bayaq dediyim səbəblərdir. Bizdə sabit oxucu kontingenti çox azdır, əlbəttə, söhbət ciddi oxucudan gedir. Nə vaxta qədər ki, yazıçı yazdığı əsəri minbir əziyyətlə özü çap etdirib satışı ilə də özü məşğul olacaq, problemlər həllini tapmayacaq. Yazıçılıq bütün Avropa ölkələrində, hətta yaxın qonşumuz olan Türkiyədə belə gəlir gətirən bir sahədir. Bizdə bu marketinq hələ formalaşmayıb və belə görünür ki, buna hələ illər lazımdır.
 
-Sizcə, bu gün yazılan kitablar cəmiyyətin ictimai tələbinə cavab verir?

-Yazıçının hansısa tələbə cavab vermək öhdəliyi yoxdur. Son illərdə yeni ədəbi nəsil yetişib, olduqca gözəl əsərlər yaranıb, amma təəssüf ki, böyük oxucu kütləsi bu əsərlərdən xəbərsizdir. Cüzi tirajla nəşr olunan kitablar əyalətlərə gedib çatmır, əyalət oxucuları Anardan, Ramiz Rövşəndən bu tərəfə heç kimi tanımır. Bakıda yaranan ədəbiyyat əyalətə çıxa bilmir. İstənilən oxucunun tələbatını ödəyə bilən, zövqünü oxşayan əsərlər yazılır, amma o əsərlər gedib oxucuya çatmır.
 
-Cəmiyyətimiz kitab oxumağa nə dərəcədə maraqlıdır?

- Əgər intellektual elitadan başqa heç kim ədəbiyyatla maraqlanmırsa, deməli vəziyyət kritikdir. Azərbaycan keçmiş postsovet məkanında ən çox kitab oxuyan bir xalq sayılırdı. İndi isə biz kitab oxuyanların sayına görə hətta Gürcüstandan da geridə qalırıq. Bizdə də yeni yetişən nəsil əsasən elektron mütaliəyə üstünlük verir.  Bütün dünyada bu proses gedir. Amerikada əhalinin 21 faizi elektron kitab oxuyur. Biz sabit oxucu təbəqəsini itirmişik, amma vəziyyət o qədər də ümidsiz deyil. Son illər kitaba maraq xeyli artıb və avtobusda, metroda kitab oxuyanların sayı hiss olunacaq dərəcədə artıb. Cəmiyyətin kitaba marağı ölərsə, bu, faciə olar. Onda heç yazmağa da dəyməz.
 
-Kitab oxumağı necə təbliğ etmək olar?

-Təbliğatın əsas şərti reklamdır. Bizdə kitab reklamı demək olar ki, yoxdur. Televiziyalar kitaba qətiyyən maraq göstərmirlər. Bu sahəyə pul xərcləyən mesenatlar yoxdur. Adda-budda görülən işlər isə lazımi effekt vermir. Heç kim təmənnasız reklam vermir, məsələn, mən hansısa tanınmış saytda kitabımın reklamı üçün pul ödəməliyəm, buna isə imkanım yoxdur. Söhbətimizin əvvəlində dediyim problemin kökü marketinqə bağlıdır. Kitab bazarı yoxdur, belə olan halda hansı təbliğatdan söhbət gedə bilər?
 
-Hansı mövzuda olan kitablar gənclərimizi daha çox maraqlandırır?

-Gənclər əsasən detektiv, macəra janrında yazılmış əsərləri oxuyurlar. Bu, ciddi ədəbiyyat deyil. İstedadlı oxucu kimi yetişmək üçün “baqaj” olmalıdır. Bayağı əsərlərə meyl bütün zamanlarda olub, amma o əsərlər ədəbiyyatda qalmır, bir dəfə oxunur və unudulur. Gənclərin ədəbi zövqünü formalaşdırmaq lazımdır, onlar bilməlidirlər ki, nəyi oxumaq lazımdır, nəyi yox.
 
-C.Məmmədquluzadə, C.Cabbarlı, M. Ordubadi və s. kimi indiki yazıçılarımız da tarixdə qala biləcəklərmi?

- Bunu zaman göstərəcək, indidən proqnoz vermək olmaz. Amma bizim nəsil içərisində tarixdə qalmaq şansı olan istedadlı yazarlar var və mən onların yazdıqları əsərlərin tarixdə qalacağına ümid edirəm.
 
-Hansı gənc yazıçıları oxuyursunuz?

- Şərif Ağayarı (hərçənd yaşı qırxı haqlasa da onu gənc yazıçı hesab edirəm), Qan Turalını, Seymur Baycanı, Mirmehdi Ağaoğlunu, Cəlil Cavanşiri, Aqşin Yeniseyi daim oxuyuram. Bu yaxınlarda Dilqəm Əhmədin “İmtina”, Şəhriyar Del Geraninin “İntihar hörüyü” romanlarını oxudum, hər iki əsər mənə çox yaxşı təsir bağışladı. Məncə, Şəhriyar əsəri bir az da dolğun yaza bilərdi, müəyyən yerlərdə tələskənlik hiss olunur. Buna baxmayaraq çox bəyəndim. Onların potensialı var, inanıram ki, gələcəkdə daha bitkin əsərlər yazacaqlar.
 
-Bir yazıçının əsərində tənqid və təhqirin sərhəddi olmalıdırmı?

-Yaradıcılıq hüdudsuz bir sahədir. Yazıçı təxəyyülü sərhəd, qadağa tanımır. Yazıçını bədii əsərdə kimisə təhqir etdiyinə görə ittiham etmək gülüncdür, bu, bu, absurd bir şeydir. Söhbət bədii əsərdən gedirsə, orda konkret təhqir obyekti, təhqir elementi axtarmaq diletantlıqdan başqa bir şey deyil.
 
-Bəzən gənc yazıçılar əsərlərində söyüş ifadələri də istifadə edirlər. Buna münasibətiniz?

-Dünya ədəbiyyatında bunun nümunələri var. Məsələn, Çarlz Bukovski. Onun romanlarında kifayət qədər vulqar ifadələrə, jarqonlara rast gələ bilərsiniz. Amma bütün dünyada oxunur. Başqa misallar da gətirmək olar. Məncə, Azərbaycan kimi ölkələrdə bunu həzm etmək bir az çətindir. Hər halda, söyüş bayağı səviyyədə olmamalıdır, mükəmməl bədii əsərdə elə situasiya yaranır ki, onu söyüşdən başqa heç nəylə əvəz etmək mümkün deyil. Amma söyüş xatirinə söyüş yazmaq qeyri-ciddi təsir bağışlayır, oxucu bunu dərhal hiss edir. 

-Sizcə, ədəbiyyata senzura lazımdırmı?

-Ədəbiyyat ən azad sahədir. Müxtəlif zamanlarda ədəbiyyata senzura tətbiq olunub, amma nəticəsiz qalıb. Hansı əsər ki, qadağan olunub, həmin əsər bütün zamanları, sərhədləri aşır və hər zaman oxunur, o əsərə maraq heç vaxt itmir. Ona görə senzura mənasız bir şeydir.
 
-Vətənpərvərlik mövzusunda yeni əsərlər sizi qane edir?

-Vətənpərvərlik mövzusunda kifayət qədər əsərlər yazılıb. Amma çox təəssüf ki, bu əsərlərin böyük əksəriyyəti pafosla yüklənib. Müharibə mövzusunda yazan yazıçı tərəfsiz olmalıdır. Yazıçı kimisə haqlı, kimisə haqsız kimi göstərə bilməz. Hansısa millətə nifrət üzərində köklənmiş əsəri heç kim oxumaz. Yazıçı hadisələrin fövqündə dayanmağı bacarmalıdır. Qarabağ savaşından bəhs edən əsərlər içərisində ən çox Seymur Baycanın “Quqark”ını bəyəndim. Bu əsərdə güclü həyat fakturası var. Əsər insan taleyi haqqındadır. Ədəbiyyatın ən başlıca faktoru insan olmalıdır, o zaman yazılan əsərlər məhəlliçilikdən xilas ola bilər.
 
-Kitabxanaların vəziyyətini necə qiymətləndirərdiniz?

- Bakının mərkəzində Ənvər Məmmədxanlı adına Kitabxana vardı, söküb-dağıtdılar, indi orda deyəsən hansısa bankın ofisi yerləşir. Bu hadisə məni həmişə kədərləndirir. Dövlət dəstəyi olmasa, kitabxanaların hamısı ləğv ediləcək, yerində paltar mağazası, restoran açılacaq. Biz bunun nümunələrini görmüşük.
 
-Gənc yazarlara qarşı yaşlı yazarlar tərəfindən qısqanclıq hissi varmı?


-Mən bu haqda dəfələrlə yazmışam. Köhnə qvardiya möhkəm dirəşmişdi, mövqeləri əldən vermək fikrində deyildi. Amma bu gün vəziyyət tamamilə fərqlidir. Gənc nəsil bütün məhrumiyyətlərə baxmayaraq ədəbi bütləri aşırmağı, onların ədəbi və özlərinə əbədi görünən reputasiyasını sarsıtmağı  bacardı. Ədəbiyyatı dədə malı kimi inhisara alan, dövlətin bütün imtiyazlarına yiyələnmiş, gənc istedadları bütün vasitələrlə məhv etməyə çalışan, kreslodan dördəlli yapışmış adamlar  məğlub olduqlarını gördülər. Bu, yeni nəslin qələbəsidir.
 
-Hazırkı dövrdə kitabların qiyməti sizi qane edirmi?


-Kitabların qiyməti bahadır. ƏDV ləğv olunarsa, kitab nisbətən münasib qiymətə olar. Amma oxumayan adam üçün fərq etməz, o, yenə kitab almayacaq. /veteninfo.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.