Üç dəfə evlənən bəxtsiz rus şairəsi
01.03.13

Anna Axmatova 1889-cu ilin 23 iyununda Odessada, zadəgan ailəsində dünyaya göz açıb. Atası mühəndis-mexanik olub. Anna özünü ana tərəfdən Qızıl Orda xanı Əhməd xanın nəslindən hesab edirdi və məhz buna görə sonradan Axmatova təxəllüsünü götürmüşdü. Amma bunun əfsanə olduğu deyilir.

Marinskiy gimnaziyasında təhsil alıb. "Rekviem" adlı avtobioqrafik poeması (1935-40 cı illərdə yazılıb, 1987-ci ildə çap olunub) 1930-cu illər repressiyalarına həsr olunmuş ilk bədii əsərlərdən hesab olunur.

"Qəhrəmansız poema" əsərində isə Axmatova rus ədəbiyyatının "Gümüş dövrü"nün epoxasını yaratmağa çalışıb.

Anna Axmatova istedadlı şair Nikolay Qumilyovla evlənmiş və bu evlilikdən gələcək tarixçi Lev Qumilyov doğulmuşdur. Bu evlilik xoşbəxt olmamışdır, həm Nikolay, həm Lev repressiyaya uğramış, Nikolay məhv edilmiş, Lev həbsxanalarda xeyli vaxt keçirmişdir.

1922-ci ildən başlayaraq Anna Axmatovaya qarşı ciddi senzura tətbiq olunmağa başlandı. 1922-1966-ci illər müddətində onun bütün kitabları düzəlişlərlə çap olunmağa başlandı.


1900—1905 — Tsarskoye Selo Marinskiy Gimnaziyasında təhsil alır.
1906—1907 — Kiyev Fundukleyevski Gimnaziyasında təhsilini davam etmişdir. Müəllimləri sırasında gələcəkdə tanınmış filosof Şpet Qustav Qustavoviç ona dərs demişdir.

1907 – N.Qumilyov özü redaktor olduğu Sirius jurnalında Axmatovanın “Əllərində onun parlaq üzüklər...” kimi tərcümə edilə biləcək (Na ruke eqo mnoqo blestaşih kolets...) adlı şerini Anna Q. imzası ilə ilk dəfə olaraq çap edir.

1908—1910 —Ali təhsilini Kiyev Universitetində, sonradan N.P. Rayevin Sankt-Peterburqda təsis etdiyi Qızlar üçün Ali Tarix-Ədəbiyyat Universitetində davam edir.
1910 — Nikolay Stepanovich Qumilyov ilə ailə qurur.

1910—1912 — N. Qumilyov ilə Paris və İtaliya səyahəti, Amedeo Modilyani ilə tanışlıq şairənin gələcək fəaliyyətinə öz təsirini göstərir.
1911 — "Аnna Axmatova" təxəllüsü ilə əsərlərinin ilk dəfə çap etməyə başlayır.

1912
Oktyabr ayında oğlu Lev Nikolayeviç Qumilyov dünyaya gəir.
Mart ayında “Axşam” (Veçer) adlı ilk şerlər kitabı 300 nüsxəli tirajla çap olunur.
1914 — “Təsbeh” (Çetki) adlı kitab 1000 nüsxəli tirajla çap olunur.
1917 — sırada üçüncü “Ağ qanadlı Qatar” (Belaya Staya) adlı kitabı 2000 nüsxəli tirajla çap edilir.

1918
Avqust ayında Axmatovanın N. Qumilyov ilə həyat yolları ayrılır.
Axmatova alim-assiroloq və şair Şileyko Vladimir Kazimiroviç lə ailə qurur.

1921
Aprel ayında "Petropolis" nəşriyyatında “Bağayarpağı” (Podorojnik) şerlər məcmuəsi 1000 nüsxəli tirajla çap olunur.
V.K. Şileyko ilə ayrılır. Bu nigah pozulduqdan sonra şairə ilk dəfə rəsmi olaraq Axmatova soyadını qazanır.

4 Avqust tarixində gecə N.Qumilyov həbs olunur və üç həftədən sonra güllələnir.
Oktyabr ayında Petropolis nəşriyyatında Axmatovanın “Anno Domini MCMXXI” (lat). adlı kitabı nəşr olunur.

1922 – incəsənətşünaş Nikolay Nikolayeviç Puninlə nigaha daxil olur
22 Oktyabr 1935-ci ildə — N. N. Punin və Lev Qumilyov həbs olunurlar və bir həftədən sonra buraxılırlar.

1938 – Oğlu Lev Qumilyov beş il müddətinə azadlıqdan məhrum edilir.
1923 – 1934 – Bu illərdə Anna Axmatovanın şerləri çap olunmur. Çukovski Lidiya Korneyevnanın Anna Axmatova haqqında qeydlər (Zapiski ob Anne Axmatovoy) kitabında yazdıqlarına görə, bu müddət ərzində yazılmış şerlərin çoxu daimi köçmələr zamanı yollarda itirilmişdir. Bu barədə Axmatova özü “Qısaca özüm haqqında” (Korotko o sebe) qeydlərində yazırdı: "20-ci illərin ortalarından mənim yeni şerlərim çap olunmurdu, köhnələri isə təkrarən çap edirdilər".
1935-1940 — Bu illərin repressiyaları və Axmatovanın ağır həyatını əks etdirən məşhur Rekviem əsəri yaradılır.

1938 — Anna Axmatova N.N. Punin ilə ayrılır.
1940 — Yeni, “Altı kitabdan” (İz shesti kniq) adlı altıncı şerlər toplusu işıq üzü görür.
1941 — Müharibə illərini Sankt-Peterburqda, sonralar isə həkimlərin tövsiyəsi ilə Moskvaya, Çistopola, oradan Kazan şəhərinə, və, nəhayət, Daşkəndə evakuasiya olunaraq keçirir. Daşkənddə onun yeni şerlər kitabı çap olunur.

1943 — Lev Qumilyovun Norilsklagerdə həbs müddəti sona yetir və onu Zapolaryeya sürgün edirlər. 1944-cu ilin sonunda o, İkinci Dünya müharibəsinə gedir, Berlinə kimi döyüşlərdə iştirak edir. Müharibə bitdikdə Leninqrada dönür və elmi dissertasiyasını müdafiə edir.
1945 — 15 Mayda Axmatova evakuasiyadan Moskvaya dönür.

1946 — SSRİ KP MK-nin TB “Ulduz” (Zvezda) və “Leninqrad” jurnalları haqqında 14 Avqust 1946-il tarixli qərarına əsasən, Anna Axmatova və Mixail Zoşenkonun yaradıcı fəaliyyətləri kəskin tənqidə məruz qalırlar. Hər ikisi SSRİ Yaziçilar İttifaqından kənarlaşdırılırlar.

1949 — 26 Avqust tarixində N.N. Punin həbs edilir. 6 Noyabr tarixində isə Lev Qumilyov yenidən həbs olunaraq 10 il müddətinə düşərgələrdə cəzaçəkməyə məhkum edilir.
Oğlunun cəza çəkdiyi müddətdə Axmatova onu azadlıqa buraxdırmaq səylərini durmadan davam edir.

1951 — 19 Yanvar tarixində Aleksandr Aleksandroviç Fadeyevin təklifi ilə Axmatova SSRİ Yaziçilar İttifaqına yenidən qəbul edilir.
1956 — Lev Qumilyov həbsdən reabilitasiya olunur.
1958 — "Şerlər" ("Stixotvoreniya") adlı kitabı çap olunur.

1965
Oksford Universitetinın Fəxri Doktor Diplomuna layiq görülür.
"Zamanın uçuşu" kimi tərcümə edilə biləcək "Beq Vremeni" adlı kitabı nəşr edilir.

1966
5 Mart — Domodedovo şəhərində vəfat etmişdir.
7 Mart — 22:00 saat radələrində Ümumittifaq radiosu dahi şairənın vəfatını elan etmişdir.
Anna Axmatova Sankt-Peterburq şəhərinin yaxınlığında Komarovo qəsəbə qəbristanlığında dəfn edilmişdir.

Axmatovanın məzarında üzərində barelyef olan daş divar oğlu Lev Qumilyov tərəfindən tikilmişdir. Bu divar Anna Axnatovanın "Kresti" istintaq təcridxanası qarşısında günlərlə oğlu üçün yemək çatdırmaq niyyəti ilə dayandığı divarın simvoludur.

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.