AYB-də “Yoxluğuna və sağlığına” kiatbı təqdim olunub

16.02.13

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda gənc yazar Nuranə Nurun “Yoxluğuna və sağlığına” kitabının təqdimatı keçirilib. 

Kitabın təqdimat mərasimində Xalq şairi Vaqif Səmədoğlu, Xalq yazıçısı Çingiz Abdullayev, şair Qəşəm Nəcəfzadə, bəstəkar Xanım İsmayılqızı, tənqidçi Əsəd Cahangir, yazıçı Sayman Aruz, şair, tərcüməçi Səlim Babullaoğlu, şair Oktay Rza, tənqidçi Vaqif Yusifli, tanınmış diktor Eldost Bayramov və digər tanınmış ədəbiyyat, incəsənət xadimləri, eləcə də media nümayəndələri iştirak edib. 

Təqdimata açılışı və aparıcılığı tanınmış tənqidçi Əsəd Cahangir edib. O,  ilk növbədə gənc şairə Nuranə Nurun şeirlərinin orijinal üslubu, dili, yeni düşüncə tərzi ilə müasir ədəbi prosesin diqqətini çəkdiyini vurğulayıb. Həmçinin qeyd edib ki, Nuranə Nur gənc olmasına baxmayaraq, artıq kifayət qədər oxucu auditoriyası qazana bilib. 

Daha sonra Xalq şairi Vaqif Səmədoğlu gənc şairənin yaradıcılığı haqqında düşündükləri söyləyib. Onun sözlərinə görə, Nuranə Nurun şeirlərinin lirik qəhrəmanının duyğu və  istəkləri rəngarəngdir. 

Bəstəkar Xanım İsmayılqızı onun şeirlərinində olan musiqi ahəngindən danışıb. Sonra Xalq yazıçısı Çingiz Abdullayev, şair Qəşəm Nəcəfzadə, Oktay Rza, Eldost Bayramov və başqaları şairin şeirlərinin məna müxtəlifliyindən, yaradıcılıq yeniliklərindən söz açıblar. Onlar Nuranə Nurun həyat münasibətlərini çox səviyyəli və peşəkarlıqla qələmə aldığını vurğulayıblar.

 Qeyd olunub ki, kitabda cəm olan şeirlərin quruluşu, deyim tərzi, dramaturgiyası müasir ədəbi prosesdə tamamilə yeni dəst-xətdir, münasibətlər əksliklərlə zəngindir.

Qeyd edək ki, kitabın redaktoru və ön sözün müəllifi  Xalq şairi Nəriman Həsənzadədir. /teleqraf.com/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.