Vüsal Nuru - Qarmaqarışıq sayıqlamalar
04.02.13

Əsər zamanın fövqündə durmağı bacaranda ədəbi və əbədi olur. Burda yazıçının məsələyə, hadisəyə və dünyaya fərqli rakursdan baxması da çox önəmlidi.

Əkrəm Əylisli də məlum hadisələrə öz sonuncu əsərində məhz indiyə qədər heç kimin baxmağa ürək eləmədiyi pəncərədən baxıb.

Və o pəncərədən gələn səs-küylər, qarmaqarışıq hadisələr öyrəşmədiyimiz üçün "bizi" çaşdırdı.

Belə deyim, sanki indiyə qədər başqalarının üzünə tutub onların nə qədər eybəcər olduğunu özlərinə göstərməyə çalışdığımız güzgünü Əkrəm Əylisli ayağının ucuyla vurub aşırtdı və indi biz özümüzü həmin güzgüdə görüb dəhşətə gəlmişik, qorxmuşuq.

Çalışırıq ki, güzgüdə gördüyümüzün biz olmadığına inanaq, amma bizim də eybəcərliklərimiz, şikəst yönümüz var axı. Və bu da əslində çox normaldır. Məsələ burasındadır ki, biz bu normallığı qüsur kimi, anormallıq kimi anladığımız üçün gördüklərimizi qəbul edə bilmirik. Birdən-birə bu böyüklüyündə tikə boğazımızda qalıb, udmağa çalışırıq, həzm eləyə bilmirik

Məlum Sumqayıt hadisələri: Məgər bizimkilər həqiqətən də orda yaşayan erməniləri eyvanlardan aşağı atmamışdılarmı? Hər yerdə azğınlaşıb erməniləri öldürmürdülərmi? Məgər biz onların bilet pulunu alıb, yol azuqəsini də qoltuqlarına verib burdan  göndərmişikmi?

Qarabağ müharibəsi: ağzımızda müharibə deyirik. Əmr verənlərin otaqda oturduğu, dinc sakinlərin həşərat kimi qırıldığı, göydən dolu kimi yağan mərmilərin uşaq, qadın, qoca tanımadığı bir meydanda nə onların naləsini eşidən var idi, nə də bizim. Müharibə allahın olmadığı yeganə yerdi.

Bura müharibə gedən ölkədi. Burda heysiyyatına toxunulmuş adamlar yaşayır və bizim Ermənistandan eyni zülmü, əzabı görüb gələn millətimizin qəzəblənməsi də arzuolunan olmasa da, qaçılmaz idi.

Onlar gördükləri şiddətin eynisini bəlkə də hələ daha azını (ya da çoxunu) törətdilər.

Bu, əslində iki bir-birinə qaynayıb qarışan millətin-ətlə dırnağın ayrılan anı idi. qanamalı idi, qanadı da, ağrımalı idi, ağrıdı da.

Biz - iki millət olaraq yenə bir yerdə yaşayacağıq. Ölkəmizi evimiz kimi satıb, pulunu götürüb başqa qitədə də sərhəd qurub ölkə yarada bilmərik. Zaman boyu yaşayacaq bu iki millət dünya durduqca qonşu olmağa məhkumdu.

Odur ki, silaha, döyüşə, ölümə nifrət eləyən sadə camaatın yaxınlaşması üçün müəyyən addımlar atmağa və gələcəkdəki mehribançılığı sığortalamağa indidən ehtiyac var. İki küsən barışmaq üçün əvvəl öz səhvlərini bir-birlərinə etiraf etməlidir. Bu addımı xalq yazıçısı olaraq, Azərbaycan ədəbiyyatının, ədəbi dilinin nəhənglərindən biri olan Əkrəm Əylisli atdı. Yazıçını topa tutmaqdansa, cəsarətinə görə alqışlamaq lazımdır.

Əslində Əkrəm Əylisli bu romanıyla bizim indiyə qədər göstərə bilmədiyimiz səmimiyyəti, humanistliyimizi sərgilədi. Bəli biz öz günahlarını, öz səhvlərini etiraf eləməyi də  bacarmalıyıq. 

Əslində, Əkrəm Əylislinin "Daş yuxular" romanı başqa konteksdən də bizim üçün olduqca dəyərlidi və dövlətin apardığı müharibə siyasətinə qətiyyən xələl gətirmir. Biz düşmən qarşısında güclü görünmək istəmirikmi? Buyurun, "Daş yuxular"!  Bu da bizim gücümüzün yüzdə biri. Romanda nə göstərilir? Bizim qəddar ermənilərin məzlumluğu? Bəli, biz qəddar da ola bilirik. Və insafən həmin Sumqayıt hadisələrində ermənilər də Yerevandan qaçan azərbaycanlılar kimi zəif, zavallı idilər.

Bu roman ermənilərə mərhəmətli, ipək qəlbli olmadığımızı göstərdi ki, bu da indiki vəziyyətdə çox vacib idi. Ermənilər bu romanla bizim də qəzəbimizin sərhədini, səbrimizin daşan yerini gördülər. Bizim də lazım olanda amansız olduğumuzu anladılar.  İndiyə qədər Ermənistanda biz azərbaycanlılar qorxaq bir millət kimi təbliğ olunurduqsa, bundan sonra erməni oxucuları azrəbaycanlıların qəzəblənəndə ayağının altını görmədiyini anlayacaqlar.
 
Və son nəticədə bizim bildiyimiz kimi, onlar da kiminlə qonşu olduqlarını dərindən anlayacaqlar.  Bu roman onlar üçün də, bizim üçün də gələcəkdə - sülh şəraitində yaşayacağımız bir zamanda  "QADAĞANDIR" işarəsinə çevrilib yollarımıza dikiləcək.

Bir gün bu qarmaqarışıq sayıqlamalar bitəcək. Adamlar öz səslərinə özləri oyanacaq. O zaman, təəssüf  ki, indi ortada klarnet çalıb, tabut daşıyanları, ədəbi zövqü olmadığı halda bədii əsərin estetikasından danışanları, əllərinə kitab dəyən kimi gedib sabunlayan bu  səhifə-səhifə bağıran "oxucuları"  Əkrəm Əylisli abidəyə dönmüş simasıyla şəkillərdəki kimi gülümsəyərək qarşılayacaq. Onun üzündəki ifadə bunlara deyəcək: "Axır ki "Daş yuxular"a hansı pirizmadan yanaşacağınızı bildiniz. Mən sizin yazıçınızam!"  /oxuzali.az/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.