"Yazmaq, ərə getmək və yenə də yazmaq"
25.01.13

Amerika yazıçısı, "Tom dayının daxması" əsərinin müəllifi Harriyet Biçerin həyat hekayəsi


Harriyet Biçer 1811-ci il, iyunun 14-də ABŞ-ın Konnektikut ştatının Litçfeld (Litchfield) qəsəbəsində dindar bir ailədə anadan olmuşdu Harriyetin atası Liman (Lyman) Biçer Konqresin üzvü idi. Liman Biçer tanınmış teoloq və Amerika İncil Cəmiyyətinin əsasını qoyanlardan biri hesab edilirdi. O da köləliyə qarşı açıq şəkildə mübarizə aparırdı. Harriyetin anası Roksana Fut (Roxana Foote) da dindar bir qadın idi və uşaqlarının qəlbinə ilahi sevgi və insanlara xidmət duyğularının salınmasını dönə-dönə dua edirdi. Hadisələrin gedişi göstərdi ki, onun bu duaları qəbul edilib. Amma Harriyet 4 yaşında olanda anası dünyadan köçdü. Atası bundan sonra yenidən evləndi. Amma Roksananın uşaqları heç vaxt ögey ananın nəzarəti və təsiri altında olmadılar. Onlar üzərində nəzarət atalarının əlində idi. Harriyet yaxşı təhsil ala bildi. 8 yaşında ikən atası onu miss Sarah Pierce məktəbinə qoydu. 5 il burada oxuduqdan sonra 13 yaşında ikən bacısı Yekaterina tərəfindən əsası qoyulan Hartford Qız Akademiyasına daxil oldu. O burada fransız, italyan və latın dillərini öyrəndi. Həmin dövrdə Harriyet atasının təşkil etdiyi dini bir məclisdə iştirak etdi. Bundan sonra bütün həyatını Həzrəti İsaya həsr etməyi qərara aldı. Bu qərarla da o gələcək həyatının əsasını qoydu.


Yazmaq, ərə getmək və yenə də yazmaq

1833-cü ildə "Vestern Monthly Magazine" adlı bir dərgidə nağıl müsabiqəsinin keçirildiyi barədə elan oxudu. Əvvəlcədən də sinəsində yazmağa böyük bir həvəs duyan Harriyet kiçik bir nağıl yazaraq müsabiqəyə göndərdi. Amma heç gözləmədiyi halda müsabiqədə birinci yeri tutdu. 1834-cü ilin aprel ayında onun bu nağılı "Vestern Monthly Magazine"də dərc olundu. Bu, Harriyeti yazmağa daha da həvəsləndirdi. 1836-cı ildə özündən 9 yaş böyük olan professor, din xadimi, həm də köləliyə qarşı mübarizə aparan Kalvin Stov (Calvin Stove) ilə ailə həyatı qurdu. Bu evlilik Harriyetin tanınmış yazar olmasını illərlə ləngitdi. Bu evlilikdən onların 7 uşaqları oldu. Amma həyatları daim maddi sıxınti içində keçdi və uşaqlarından biri kiçik ikən öldü. Buna baxmayaraq, onlar bir-birilərinə dayaq olmağı və çətinliklərə sinə gərməyi bacardılar. Harriyet əri haqqında: "Əgər sən mənim çox sevdiyim həyat yoldaşım olmasaydın, səni yenə də sevərdim", - demişdi. Onların gecə-gündüz çalışmalarına baxmayaraq, ailənin maddi durumu ağır olaraq qalmaqda davam edirdi. Bunu görən Harriyet qələmini əlinə aldı və bu yolla ailənin ağır maddi durumunun aradan qaldırılması üçün az da olsa ərinə yardım etmək fikrinə düşdü. Beləliklə, Harriyetin yazıları müxtəlif qəzet və jurnallarda dərc olunmağa başladı. Yazıları dərhal diqqəti cəlb edərək, onu minlərlə oxucunun sevimlisinə çevirdi. Aldığı qonorarlarla ailənin maddi durumunu yaxşılaşdıran Harriyet daha irihəcmli əsərlər yazmağa girişdi. Bu işdə onun ən böyük dayağı və ilhamvericisi yenə də əri idi.


Amerikanı ikiyə bölən kitab

ABŞ Prezidenti Avraam Linkoln onunla üz-üzə gəldikdə: "Demək, bu böyük savaşı başladan kitabı yazan kiçik qadın sizsiniz", - demişdi. Linkolnun həvəslə oxuduğu "Tom dayının daxması" kitabında köləlik rejiminin kəskin tənqid edilməsi və bu sistemin saxlanmasının həm ağlar, həm də qaralar üçün ləkə olduğu həssas bir şəkildə təsvir edilmişdi. O da vardı ki, Linkolnun "kiçik qız" deyə müraciət etdiyi bu böyük yazıçının adıçəkilən əsəri dərhal satılmışdı və naşirlər məcbur olaraq onun tirajını artıraraq, 3 milyon nüsxə çap etməyə məcbur olmuşdular. Lakin yenə də oxucuların ona olan tələbatını ödəyə bilməmişdilər. Əsərin təsiri altında ABŞ-ın şimalında köləliyə qarşı mübarizə başlamışdı. Bu isə köləliyin saxlanılmasının qızğın tərəfdarı olan Amerikanın cənubunda etirazlarla qarşılanırdı. Nəticədə, belə bir vəziyyət ABŞ-ın cənubu ilə şimalı arasında vətəndaş müharibəsinin başlamasına gətirib çıxardı. Bu mübarizədə minlərlə insanın qanı axıdılsa da, son nəticədə köləlik əleyhdarı şimalın köləlik tərəfdarı cənub üzərində qələbəsi ABŞ-da yeni, demokratik bir dövrün təməlini qoydu. Bununla da Harriyet Biçer, özünün də dediyi kimi, qələmi ilə qılıncın görə bilmədiyi böyük bir zəfərə imza atdı və adını tarixin axarını dəyişən qadınlar sırasına yazdırdı.


Amerikanı sarsıdan kitab

1850-ci ildə Amerikanın əhalisinin sayı 23 milyon nəfər idi. Onların arasında 2,3 milyon nəfər kölə zənci də vardı. Hələ 19-cu əsrin 30-cu illərindən Amerikada köləliyə qarşı mübarizə başlamışdı. Bu mübarizənin taleyini isə Harriyetin yazdığı və bütün Amerikanı sarsıdacaq "Tom dayının daxması" kitabı həll edəcəkdi. O, bu kitabında gördüklərini, şahidi olduqlarını, kölə sahiblərinin pula ehtiyacları olanda zənciləri doğmalarından ayıraraq satdıqlarını və onların başlarına gətirilən dəhşətli işgəncələri ürəkağrısı ilə qələmə almışdı. Qeyd edək ki, "Tom dayının daxması" əsəri qələmə alınan illərdə ABŞ-da ağasından qaçan kölələr təqib edilərək ələ keçirilir və onlara amansız işgəncələr verilirdi. Harriyet köləliyi ifşa edən və Amerika və Avropanı silkələyəcək bu əsərini yazarkən kiçik qızı hələ südəmər idi. Ona görə də gündüz işlərini qurtarıb görəndən və gecə körpəsini yatdırandan sonra yuxusuz gecələr keçirə-keçirə bu əsərini yazdı. 1851-ci ildə o, yeni əsərinin ilk bölümünü dərc olunmaq üçün Vaşinqtonda nəşr edilən və köləlik əleyhdarı olan "National Era"ya göndərdi. Orada üç ay ərzində bu əsəri nəzərdən keçirdilər və sonda serial şəklində dərc etdilər. Harriyet romanını kitab halında çap etdirmək istəyirdi. Hərçənd ki, bu kitabın ona şöhrət və ya əlavə qazanc gətirəcəyinə inanmırdı. Bostondakı iri bir nəşriyyat köləliyə qarşı çıxan bu romanı dərc etməyə qorxdu. Nəşriyyat ölkənin cənubunda nəşr etdiyi digər kitablarının satışına qadağa qoyulacağından ehtiyat edərək, Harriyetin əsərini geri qaytardı. Harriyet çox çətinliklə də olsa, yenicə fəaliyyətə başlayan bir nəşriyyatı əsərinin çap edilməsi üçün razı sala bildi.


Kitabın satışı 3 milyonu ötdü

Yeni roman ilk satışa çıxarıldığı gün 3 min ədəd satıldı. Amma kitaba maraq böyük idi. Ona görə təcili olaraq onu yenidən 300 min ədəd çap etməli oldular. Amma bu da bəs etmirdi və dünyanın hər yerindən kitab üçün sifarişlər gəlirdi. Ona görə də gənc nəşriyyat gecə- gündüz bu romanı çap etməklə məşğul olurdu. Az sonra kitabın tirajı 3 milyona çatdı və onların hamısı satıldı. Kitab dünyanın 50-dən çox dilinə tərcümə edildi. Amma köləlik tərəfdarları Harriyetin yalan yazdığını iddia edirdilər. Bunu görən Harriyet əsəbiləşərək "Tom dayının daxmasınin açarı" adlı əsərini yazdı. O, bu kitabında o dövrdə kölələrin məruz qaldıqları zülm barədə və onların heyvan kimi alınıb-satılması barədə qəzetdə verilən yazıları sübut kimi ortaya qoydu. Bu əsərin ona böyük şöhrət gətirməsindən ruhlanan Harriyet Biçer 1856-cı ildə "Dred" romanını yazdı. Bu əsər də tezliklə satıldı və müəllifinin şöhrətini daha da artırdı.


"Tom əmi" köləliyi sarsıtdı


Bu əsərdən sonra Amerikada köləliyə qarşı yeni savaş başladı.1854-cü ildə köləliyə qarşı mübarizə geniş vüsət aldı və ölkədə yeni demokratik təməllərə sahib olacaq Respublikaçılar Partiyası yaradıldı.1860-cı ildə Avraam Linkolnun başçılıq etdiyi bu partiya hakimiyyətə gəldi və köləliyi qoruyub saxlamaq istəyən cənuba qarşı müharibə başladı. Müharibə şimalın qələbəsi ilə başa çatdı və köləlik rəsmən ləğv edildi. Harriyet bu qələbədən sonra Linkoln ilə görüşdü. Linkoln: "Demək o böyük savaşı başladan kitabı yazan kiçik qadın sizsiniz", - deyərək onunla salamlaşdı. Vətəndaş müharibəsi başa çatandan sonra Harriyet ailəsi ilə birlikdə bir müddət Floridada yaşadı. O burada qadınların hüquqlarını müdafiə edən adamların arasına qatıldı. Harriyet "Heart and Home" adlı dərgidə qadınların haqlarını müdafiə edən yazılar yazdı. Floridadan geriyə Hartforda dönən Harriyet burada "Müqəddəs tarixin qadını" ("Voman in Sacred History") adlı əsərini yazdı. Köləliyin ləğv edilməsində böyük əməyi olan və qələmi ilə böyük bir ordunun görə bilmədiyi işi görən Harriyet Biçer1896-cı ildə 85 yaşında vəfat etdi.

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.