Sevinc el Sevər - Kənd qızının ər tapmağı
14.01.13

Paytaxtdan uzaq bir əyalətin ucqar  kəndində yaşayan qızcığazla tanış olmuşam. Dediyinə görə, onun kiçik ömrü, demək olar ki, artıq faciələrlə doludur. Cəmi iyirmi yaşında olan bu qıza mən uşaq kimi yanaşmaya bilmirəm, baxmayaraq, iyirmi yaşımdan məni vur-tut on il ayırır, amma mənə elə gəlir ki, iyirmi yaşında həyat haqqında indi bildiklərimin heç yarısını da bilmirdim, insanları tanımırdım, çox məsum, safdım. O qədər saf olmalı deyil adam, necə ki, mənim təzə tanış olduğum qız dəhşətli dərəcədə safdır, “bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da” dediyi kimi dahi Nizamimiz, adam gərək çox saf da olmaya, bir az da hiyləgər ola, bir az da biclik işlədə. Düz ola-ola düzdə qalmaya.

Kəndli qız çox gözəldir, sarışındır, maviyə çalan gözləri var, sağ yanağında qəmzəsi, uzun da hörükləri. Ev qızıdır, yəni evdən çıxmır, qonşuya da ayaq basmır. Elçiləri çoxmuş, qohumlar sürüylə. Əmisinin, bibisinin, xalasının ailəsiylə araları dəyib, qız oğlanları bəyənməyib deyə. Düşmənçiliyin kökünə baxın hələ. Sözüm onda yox.

Gözəl qız rəfiqəlik elədiyi sinif yoldaşının Rusiyadan kəndə evlənmək üçün qayıtmış qardaşına vurulur. Əlbəttə, oğlan da buna vurulandan sonra, yoxsa həddi nədi qız başına. Elçilik-filan, nişan-mişan. Qız xoşbəxt olur. Günlərin bir günü şeytanın qıçını sındıraraq, evdən çıxıb nişanlısıyla paltar bəyənməyə gedən qızla oğlanın qızın ətəyinin qısalığı üstündə davası düşür. Demə, qız evdən çıxmadığı ərəfədə boyu artıbmış, beş-altı dəfə də lənətə gəlmiş donunu yuyubmuş, çin malı yığılıb balacalaşıbmış. 

Nə qız, nə anası fərqinə varmayıbmışlar, ola bilsin sevindiklərindən gözləri ayaqlarının altını görməyibmiş. Zarafat deyil, oğlan qızı alıb birbaş Moskvaya yollanacaq. Nə yemisən, turşulu aş. Oğlan qızın ətəyinə o qədər aludə olur ki, qızın gətirə bildiyi bütün bəhanələrin üstündən xətt çəkir. Səni hələ Moskvaya aparmamışam, belə geyinirsən, aparsam, özünü çölə qoyarsan deyib nişanı atır. Qayıdır Mariya və Tanyalarının yanına. Paho, kənd yeri, düşmənin biri də artır, əvvəlki düşmənlər sevinir. 

İkinci nişanlı da Rusiyadan gəlir. O da qonşu kənddəndir,  bir toyda qızı görüb klassik qaydayla aşiq olur qıza, anası gəlir, bacısı gəlir, qızın bütün dişlərinin yerində olub-olmadığını yoxlayandan sonra bəyənirlər. Nişan-mişan, yemək-içmək. Qız qorxusundan bir dəfə nişanlı olduğunu deməyibmiş.  Bu oğlan da onu almasa, bu qədər düşmənlə evdə qalasıdır. Aha, düşmənlərdən biri fürsəti fövtə vermə, oğlanı hansı yollasa tap, qulağına pıçılda ki, nişanı qayıdıb bir dəfə. Paho, bu oğlan da nişanı atır ki, indidən mənə yalan deyən qız  evlənəndən sonra nə bilim neylər. 

İndi qız üçüncü dəfə rayon mərkəzindən bir oğlana nişanlanıb. Qızın evdən çıxmaq, hansısa oğlana özünü bəyəndirmək şansı sıfırdır. Azıb-tazıb həyətlərinə gələn alverçi qadın qızı bəyənib oğlan evinə xəbər salıbmış: “Kənddə bir qız var, aya deyir sən çıxma mən çıxım, günə deyir sən çıxma, mən çıxım. Belə deməyinə baxmayın, evdən addımını bayıra atmaz, atası qıçlarını qırar”.

Qız elə kədərli, elə ümidsizdir, nişanlanmağına sevinmir də, yasa batıb oturub. Özündən balaca bacısı da “Küləklə sovrulanlar” filminin qəhrəmanı Skarletin bacısı kimi o, artıq üçüncü dəfədir nişanlanır, mənsə bir dəfə də nişanlanmamışam deyə darıxır.  Keçən dəfədən gözü qorxub nişanlarının qayıtmağı haqqında təfsilatıyla indiki nişanlısına danışıb. Di gəl, inanmır ki, bu toy da baş tuta. 

-Yenə bir bəhanə tapıb oğlan aradan çıxsa, gərək bu kənddə oturmayaq. Anam inəkləri, torpağımızı satıb şəhərə köçəcəyimizi deyir belə olsa - deməli, heç ananın da ümidi azdır. Hər an qorxu içindədirlər. Dəhşətdir sadəcə. Arada Məhərrəmlik var, bir çıxsa, bir çıxsa, bu toyu eləsək deyə çırpınır ürəklər. 

Bu əhvalatı eşidəndən sonra öz-özümə fikirləşirəm. Qızlarımı bu ölkədən hara göndərim, nə qədər uzağa göndərim ki, bu qədər mutsuz olmasınlar oturduqları yerdə. Həm də cəmi iyirmicə yaşlarında. /publika.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.