Günel İmran - Rəssam möhürü 


21.12.12

Esse

Apokalipsis haqqında söhbətlərin tez-tez gündəmə gəldiyi yaşamımızda  əsl “Ruh rəssamı” olan zamanın unutdurduğu və yalnız təqribən 300 il sonra modernistlərin sayəsində yenidən kəşf edilən El Qrekonun (Domenikos Teotokopulos) əsərlərini xatırlamaq yerinə düşərdi. Çox zaman  sənətkarların  yaradıcılğı ilə şəxsi həyatının eyni müstəvidə araşdırılmasına inad El Qrekonun  həyatı haqqında dəqiq faktlara istinad edən məlumat  çox azdır.

İncəsənətin Katolik kilsənin mövqeyini möhkəmlətməyə xidmət etdiyi zamanlarda El Qreko Bizans stilində ikonalar çəkirdi. Yunan əsilli (Krit adası) rəssamın  İtaliya səyahətini əhatə edən yaradıcılıq mərhələsində çəkilən rəsmlərdə öz rəssam stilini tapma səyi ilə bərabər italyan rəssamları Mikelancelo, Tintoretto və  İtaliyada El Qrekoya müəllimlik etməsi ehtimal olunan Tisianın  təsiri duyulur. El Qrekonun həmin dövrü əhatə edən ən parlaq əsəri “Tacirləri qovan İsa” rəsmidir.


Bundan sonra El Qreko həmin dövrdə müxtəlif ölkələrin sənətkarlarının üz tutduğu İspaniyaya köçür və rəssam olaraq tarixə adını elə bu ölkədə yazır. Paytaxtın Madridə köçürülməsinə baxmayaraq öz siyasi gücünü qoruyan, inkivizisiyanın beşiyi sayılan Toledo şəhəri rəssamın ömürlük vətəni olur və El Qreko həyatını bu şəhərdə başa vurur. Renesansdan barokkoya keçid dövru arasında yaranan maniyerizm cərəyanında öz stilini tapan rəssamın əsərləri renesansdakı ölçü, simmetriya anlayışına qarşı çıxması və miflərə, İncil mətinlərininə müasirlik qatması, eyni zamanda impressianizm elementləri ilə seçilir. El Qrekonun rəsmlərindəki qeyri mütənasib, dartılıb uzanmış, deformasiyaya uğramış fiqurlar hətta bəzi tədqiqatçıların  rəssamın gözündə problemi olması fərziyəsini irəli sürməsinə səbəb olmuşdu. Onun  incə, uzun çöhrəsi, iri, dalğın baxışlı gözləri olan fiqurları göylərə, tanrı ilə qovuşmağa can atır. Onun rəsmlərindəki insanlar qeyri mütənasibl ölçüləri, dağınıq halları ilə fanilikdən çox ruhsallığı xatırladırdı.

El Qrekonun rəsmlərində digər özəllik rəssamın öz yaşadığı zamanla keçmiş zamanları qarışdırmasıdir. Buna misal “Müqəddəs Mavrikinin şəhid edilməsi” və “Qraf Orqasın dəfn mərasimi” kimi rəsmlərini qeyd etmək olar. “Qraf Orqasın dəfn mərasimi” tablosunda El Qreko 14 əsrdə olan hadisənin süjetini təsvir edərkən dəfndə iştirak edənlər qismində özü də daxil olmaqla Toledonun o zamankı ruhanilərinin, zadəganlarının, tanınmış simalarının rəsmini çəkmişdir. Rəsmin bir küncündə təsvir edilən az yaşlı oğlan isə rəssamın tək evladı olması kimi məlum olan Xorxe Manueldir.

 

El Qrekonun yunan mifləri mövzusunda çəkdiyi yeganə rəsm ömrünün son illərində çəkdiyi Laokoon  rəsmidir. Mifin məzmununa görə Laokoon döyüş zamanı yunanların hiyləsini duyub Troya atını şəhərə buraxmamaq üçün  troyalıları xəbərdar etməsinə qarşı ona heç kim inamır, əvəzində Apollonun qəzəbinə gəlir. Dənizdən çıxan iki ilan onun və iki oğlunun üzərinə  atılır. Bu mif əsasında yaradılan  üçlüyün birgə mübarizəsini əks edən heykəldən fərli olaraq El Qrekonun rəsmində deformasiyaya uğramış canlar öz həyat mübarizəsini tam təklikdə aparır. Arxa fonda mifdəki Troyanın yerinə Toledonun mənzərəsi görünür. Rəsmdəki insanların hər biri təklikdə öz əcəli ilə vuruşur. Tablonun sağ kənarındakı iki müşahidəçi bütün bunları laqeyidcə izləyir. Digər mistik məqam müşahidəçilərin birinin iki başı görünür. Bunun mənası günümüzə kimi sirr olaraq qalıb. Rəsmdə deformasiyaya uğramış, böyük ölçülü bədənlərdən fərqli olaraq kiçik Troya atı Toledoya doğru irəliləyir. Sanki Laokoon əsəri ömürünün son illərinini yaşayan yunanlı rəssamın səmasında inkivizisiya buludları dolaşan Toledo şəhərindəki ölümlə baş-başa qalmasını anlatır. Hər kəs ölüm qarşısında təkdir.Onun hər bir əsəri mistik xarakter daşıyır. Bir zamanlar inkivizisiya tərəfindən mühakimə olunan rəssam bəlkə də öz dövrü üçün imkansız sayılsa belə bəraət qazanır, edamdan xilas olur.         

         Apokalipsis mövzusunda çəkdiyi qiyamət gününü bütün tragediyasını “5möhürün açılışı” mistik əsəsrində təsvir etmişdir. Əsərdə Bibliyanın son kitabı olan “Vəhy”-də qeyd edilən  həvari Yəhyaya verilən  vəhydə həyatın axırını gətirəcək və açılışının insanlar üçün tragik hadisələrlə müşahidə olunacaq 7 möhürdən beşincisinin açılışını təsvir edib. Vəhydə qeyd edilib:

                   Quzu beşinci möhürü açanda qurbangahın altında Allahın kəlamına və etdikləri şəhadətə görə kəsilənlərin ruhlarını gördüm.

          Onlar uca səslə fəryad edirdi: “Ey müqəddəs və haqq olan Pərvərdigar, nə vaxta kimi mühakimə etməyib yer üzündə yaşayanlardan qanımızın qisasını almayacaqsan?”

         Onda hər birinə ağ xalat verilib deyildi ki, onlar kimi öldürüləcək özləri ilə birgə qulluq edən qardaşlarının sayı tamam olana qədər bir az vaxt da rahat olsunlar.

         Tablonun solunda qollarını havaya qaldırıb, üzünü göylərə tutmuş evangelist təsvir olunmuşdur. Məzarlardan çıxıb göylərə doğru qıvrılan və alov kimi titrəyişli insan vücudları Qiyamət günü diriliş üçün yalvarmaqdadır. Göy üzündə isə mələklərin daşıdığı ağ libasları təsvir edən  bu rəsm əsəri  sonun dəhşətini əks edir. El Qrekonun bu əsəri sonrakı nəsl rəssamlarının həmişə maraq göstərdikləri əsələrindən olub.

Həyatını sonunu kasıbçılıq içində, təklikdə keçirməsi ehtimal olunan El Qrekonun həyatı  haqqında informasiya qıtlığı ədəbiyyat, kinomatoqrafiya sahələrində də rəssam haqqında fərqli əsərlərin yaranmasına səbəb olmuşdur. Rəssam haqqında ilk  ekran əsəri 1966-cı ildə, ikinci film isə 2007-ci ildə çəkilmişdir. Hər iki filmdə  eyni insandan bəhs edilməsinə baxmayaraq fəqrliliklər çoxdur. İlk filmin sonunda rəssam uzun sürən inkvizisya məhkəməsindən qalib kimi çıxdıqda onun sorğulandığı vaxtda sevgilisi Heronimanın həyatdan köçməsini öyrənir. Son kadr iztirablı, kədərli həyatını sürdürən El Qrekonun ruhi xəstələrin arasında oturub,onların ruh işığını çəkdiyi arada tanışlıq üçün oğlunun yanına gətirilməsi ilə bitir. Yarım əsr sonra ekranlaşdırılan ikinci film inkvizisiya sorğusunda olan El Qrekonun  həyat hekayəsini yazması ilə başlayır və o, öz həyatını danışır. Filmdə ruhunun təmiz, işıqlanmış görmək istəyi ilə rəsminin çəkilməsinin inadla istəyən dövürün ən qəddar inkivizitoru Nino De Gevara çəkilən rəsmdə öz inkivizitor kabusunu gördükdən sonra El Qrekonu edam etmək istəyir. Filmin son səhnəsində məhkəmə zamanı inkivizitorun gözünə görünən mələklər El Qrekonu edamdan qurtarır. Onu inkivizisiya qapıları ardında çoxlu sevənləri, sevdiyi qadın, oğlu, qardaşı, bütün yaxınları qarşılayır. Film xoşbəxt sonluqla bitir.

Görünür 21-ci əsr insanı real həyatda apokalipsis haqqıdan tez-tez danışmağı və filmlərdə isə “Happy end” görməyi çox sevir.


Avanqard.net

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.