Akif Abbasovun “Samsundan başlanan yol” romanı çap olundu
15.11.12
“Mütərcim” nəşriyyatı Akif Abbasovun “Samsundan
başlanan yol” kitabına çap olunub.
Kitaba “Samsundan başlanan yol” romanı və “Atatürk”
pyesi daxil edilib. İstər romanda,
istərsə də pyesdə heyrətamiz şəxsiyyət və sərkərdə, qibtə doğuracaq siyasət və
dövlət xadimi, türk dünyasının fəxri və milli iftixarı, Türkiyə Respublikasının
qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün həyat və fəaliyyətindən,
onun başçılığı altında aparılan milli azadlıq hərəkatından, müstəqil və azad
Türkiyə uğrunda xarıcı və daxili düşmənlərə qarşı mübarizəsindən söz açılır.
Müəllifin hər iki bədii yaradıcılıq məhsulunda
milli ordu quruculuğu məsələləri, birinci və ikinci İnönü döyüşləri, Sakarya
Meydan müharibəsi, Böyük türk hücumu, İzmirin yunanlardan azad olunması və s.
bu kimi məsələlər parlaq boyalarla təsvir olunub.
Romanda, eyni zamanda Atatrürkün uşaqlıq illəri,
uşaqların və mənəvi övladlarının əhatəsində yaşanan sevincli anları
işıqlandırılıb.
“Atatürk” pyesi “Samsundan başlanan yol” romanının
motivləri və materialları əsasında işlənib. Pyesdə Atatürkün silahdaşları
Fevzi Çakmak paşanın, İsmət İnönünün, Rüfət və Dərviş paşaların, baş yavər
Salih Bozokun, vətənpərvər türk qızı Aydanın, Azərbaycandan Türkiyədəki milli
qurtuluş hərəkatına qoşulan Fərhad, Azər və Baycanın yaddaqalan obrazları
verilmiş, həmçinin Levon və Sərkis kimi xəyanətkar ermənilər, Çərkəz Ədhəm kimi
daxili düşmən, yunan generalı Papulas təsvir olunmuşdur. Pyesdə yunan
generalları Trokopis və Diyenisin əsir düşmə səhnələri ilə də tanış olmaq
mümkündür. Kitabın redaktoru şair Ənvər Əhməddir.
Avanqard.net
|