Rafiq Tağının xanımı: "Ərimi həkimlər öldürüblər"
13.11.12

Yazıçı Rafiq Tağının ölümündən bir il ötür. Ailəsi, yaxınları yazıçının il mərasiminə hazırlıq görürlər. Özümüzə borc bildik bu ailəyə baş çəkməyi. Necə yaşayırlar, gün-güzəranları necə keçir?

Yazıçının həyat yoldaşı Mailə xanımla iki saata yaxın söhbət etdik. Əslində, buna söhbət yox, dərdləşmə də demək olar. Ürəyində nə varsa hamısını bölüşür, sonra xahiş edir ki, şəxsi söhbətlərin bəzilərini yazmayım, şəkilləri bir də incələyir, məsələn, Rafiq müəllimin siqaretlə olan, dənizdə çəkdirdiyi şəkillərini tez gizləyir. “Mənə tapşırmışdı, bu şəkilləri cır at, utanıram”.

Söhbətimiz yekunlaşanda Qəmər də hazırlıqdan gəlib çıxır. Atasının şəklini öpür, bir tərəfə çəkilib sakit-sakit dayanır, sonra deyəsən qırışığı açılır. “Bu il tibb institutuna qəbul olacaq ki, atasının sənətini davam etsin, onun da ruhu şad olsun” - bunu da Mailə xanım deyir.

Nə isə, qoy hər şeyi Rafiq Tağının qadını özü danışsın. Özü...

Yaralı-yaralı beşinci mərtəbəyə qalxmaq...

- Rafiq rəhmətə gedəndən sonra dolanışığımız çətinləşib. Allah qayınlarımdan razı olsun, kömək edirlər, anamın pensiyasını alıram, birtəhər yaşayırıq. İnanırsan, onlara da qıymıram, ailələri var, çətindir. Bir də Rafiqin dostları sağ olsunlar, bizə əl tuturlar. Qızım Qəmər bu il on birinci sinifdə oxuyur, hazırlıqlara gedir. Müəllimlərin pulunu Vaqif Bayatlının yoldaşı Tamam xanım verir. Üst-üstə 300 manatdan çox eləyir. Sara Nəzirova ilə tez-tez gəlirlər, söhbət edirik, dərdləşirik, bir az ovunuram. Rafiq rəhmətə gedəndə oğlum Asiman Qərb Universitetinin dördüncü kursunda oxuyurdu. Axırıncı ilin təhsil haqqını “Turan” agentliyi verdi. Bir də Əjdər Olun adını çəkməyi özümə borc bilirəm. Rafiqin sağlığında da, indi də bizim ailəyə çox köməkliyi dəyib. Əjdər müəllim Rafiqdən sonra heç bir bayramda bizim ailəni yaddan çıxarmır. Özü gəlir, bazarlıq edib göndərir. Allah haqqı, umu-küsü eləmirəm, köməkliyə görə də demirəm, Rafiq rəhmətə gedəndən sonra bəzi yaxın dostları bizi heç itirib-axtarmadılar. Məsələn, Baba Vəziroğlu ilə yaxın dostluğu vardı, tez-tez zəngləşib görüşərdilər, amma indi... hərdən adamın dost təsəllisinə ehtiyacı olur. Rafiqə görə 175 manat pensiya alıram, hələ işığın, liftin pulunu verə bilməmişəm. Liftin pulunu onsuz da verməyəcəm, Rafiqin harayına gəlməmişdi, yaralı-yaralı beşinci mərtəbəyə qalxmışdı.

Anası oğlunun ölməyini hələ də bilmir

Rafiqin anası oğlunun ölməyini hələ də bilmir. Deyirlər, xaricə kitabını çıxartdırmağa gedib. Azərbaycan kanallarını da ayırıblar ki, xəbər tutmasın. Məni də arvadla danışmağa qoymurlar. Səsini eşitsəm, dözə bilməyib ağlayacam, biləcək. Bu yaxınlarda deyirmiş ki, Rafiq Bakıda olanda Mailə tez-tez zəng edirdi, elə ki xaricə getdi, bir dəfə məni axtarmayıb. O gün baldızım gəlmişdi, deyir anamın yuxusuna ancaq ölülər gəlir, bir dəfə deyib, Rafiq də onların içindəydi, çağırdım, mənə cavab vermədi, qurban demişəm, gəlsin kəsərik.

Rafiq uzun müddət Moskvada yaşamışdı. Orda vaxtilə xəstəsi olan bir rus qadını ilə ailə qurmuşdu, Leyla adlı bir qızı da vardı. Sonra həmin qadınla yaşaya bilmədi, ayrıldı. 89-cu ildə kəndə qardaşının toyuna gələndə anası deyib ki, səni evləndirməmiş heç yerə buraxmayacağam. Mənə qədər üç qız göstəriblər, istəməyib. Bacısı da zarafatla deyib, özün adama oxşamırsan, heç kimi bəyənmirsən. (Gülür) Rafiqgillə bizim evimizi çay ayırırdı, məndən böyük olduğuna, Rusiyada yaşadığına görə üzünü görməmişdim. Bizi tanış etdilər, evləndik. Toyumuz olmadı, qohum-qonşu yığışıb balaca məclis düzəltdik, sonra Rafiqlə bir yerdə Moskvaya yollandıq. Orda çox darıxırdım, işdən tez çıxanda kinoya, teatra aparardı məni. Rusların arasında yaşaya bilmirdim, əvvəlki yoldaşının ruhi xəstəliyi vardı, bizi narahat edirdi. 1990-cı ildə Rusiyadakı evimizi satıb Bakıya köçdük. Qızının 18 yaşına qədər alimentini göndərirdi, deyirdim uşağındır, çətinliyi olmasın. Hətta istəyirdim gəlsin Bakıya, bizimlə qalsın. Bakıya köçəndə, evini satıb qızı üçün yaxşı bir ev aldı, yerləşdirdi.

Həmişə deyirdi sənə minnətdaram, məni Bakıya gətirtməsəydin, Allah bilir orda başımıza nə iş gələcəkdi. Deyərdi, mənə heç kim dözməzdi, sən səbr elədin: kasıblığıma da, çətinliyimizə də. Rəhmətə getdiyi günə qədər dolanışığımız çətin olub. Maaşı az idi, xəstələrə pulsuz baxırdı, yazı yazanda qonorarı ilə maraqlanmırdı. Kitabları çıxanda hamısını dost-tanışına payladı.

Yazılarına görə Rafiqin taleyi üçün çox narahat olurdum. Tək mən yox, uşaqlar da, qohumlar da narahatlıq keçirirdilər. Əbülfəz Elçibəydən yazanda problem yaranmışdı, sonra Heydər Əliyevdən yazdı. Həbsdən çıxandan sonra çox dedim Rafiq, problemli yazılar yazma, səni qaralayıblar. Həmişə də söz verərdi ki, daha yazmayacağam, rahat olun."Xarici ölkələrdən yardım istəyəcəm"

Bıçaqlanan günü tər-təmiz geyinib işə getdi. Qəməri “Araz” kursuna aparmışdım, pulqabım onun çantasına düşüb qalmışdı deyə, evə qayıda bilmədim, oturub gözlədim. Axşam zəng gəldi, Qəmər telefona cavab verdi. Mənə dedi ki, ata dərsdən tez gəlməyimə sevinib, bizim evdə olmağımıza inanmadı. Həmişə gələndə, Qəmərə deyərdi ki, qızım kompüteri yandır, anaya de, süfrəni hazırlasın. Qəmər təəccübləndi ki, bu dəfə heç nə demədi, tapşırmadı.

On beş dəqiqə sonra qapı döyüldü, sakitcə girdi evə. Bir adəti vardı, evə girən kimi Qəməri qucaqlayıb öpür, bir-birinə sarılırdılar. Bu dəfə nə məni xəbər aldı, nə qızı öpdü. Lal-dinməz keçdi evə, soruşanda Qəmərə görə demədi. Mətbəxə keçdi, güzgünü götürüb paltosunu açanda gördüm qan içindədi. Həkimlər deyirdi ki, guya ürəyi zəif olub. Yalandı. Rafiq ömrü-boyu heç vaxt səhhətindən şikayətçi olmayıb. Həmişə demişəm, deyəcəm də: mənim yoldaşımı həkimlər öldürüb. Qatili də həmin gün xəstəxanada olub. Həkimlər xəstəxananı karvansaraya döndərmişdilər, kim gəldi yanına buraxırdılar. Sonradan dedilər, guya vəziyyəti ağır idi. Yaxşı, vəziyyəti ağır idisə, niyə palataya köçürürdülər? Neçə dəfə demişəm, həkimi, ölümündən on beş dəqiqə əvvəl yoldaşıma iynə vuran tibb bacısını gətirin, mənim onlara sözüm var, suallarıma cavab versinlər. Qaynım İlqar həkimindən soruşmuşdu ki, xəstəyə nəyə görə süni nəfəs verməmişdiniz? Cavab verə bilməmişdi ki, onu mən deyə bilmərəm.

Prezidentə müraciət edəndən sonra Daxili İşlər Nazirinin müavini bizi qəbul etdi. Hamısı bir ağızdan deyir, qatil iz buraxmayıb. Necə olur, gündə bir qatili tuturlar, mənim yoldaşımı öldürən adam isə hələ də azadlıqda gəzir. Müstəntiq maraqlanmır, deyirlər işi bağlamaq istəyirlər. Qatil tapılmasa, Allaha and olsun, uşaqlarımı da götürüb, Prezident Aparatının qabağında üstümə benzin töküb özümə od vurub yandıracağam. Mənim dövlətim kömək eləməsə, xarici ölkələrdən yardım istəyəcəyəm. Mehriban Əliyeva milyon uşağa kömək edib, bir dəfə maraqlanmayıb ki, Rafiq Tağının balaları necə yaşayır, necə oxuyurlar. Asiman Yasamaldakı “Bizim market”də işləyirdi, indi Gəncədə əsgərlikdədir. Yeri yaxşıdır, amma bizim üçün narahatdır ki, necə yaşayırıq. Asiman marketdən həmişə yaxşı şeylər gətirərdi yeməyə. Atasının xoşuna gəlirdi, deyərdi, Asiman yekə oğlandır, mən pensiyaya çıxacam, bizi o dolandırar.

Deyir, ana, atamın ruhu mənə kömək olur...

Uşaqları həmişə başına yığıb deyərdi ki, bizim ailədən xoşbəxt ailə harda var? Oğlum, qızım, yoldaşım yanımdadır, bir-birimizi başa düşürük, çox istəyirik. Düzünü deyim ki, onu heç kimə qısqanmazdım. Başa düşürdüm ki, yazıçıdır, gec də gələ bilər, kimsə ona zəng də edə bilər. Amma o məni hədsiz qısqanırdı, çox yerə buraxmazdı.

Xəstələri onun yazıçı olduğunu bilmirdilər, gözütox, vicdanlı həkim kimi tanıyırdılar. O qədər rahat, könlü toxtaq adam idi, deyərdi narahat olmaq üçün varım yox, dövlətim yox, başımı atıb rahat yatıram, səhərə çıxıram.

Qəmər bu il instituta imtahan verəcək. İnan, uşağın bir dəqiqə dincliyi yoxdur, bir müəllimin yanından çıxıb o birinə gedir. İşləri yaxşı gedəndə o qədər sevinir ki... O gün deyir ana, dərslərim yaxşıdır, elə bil atamın ruhu mənə kömək olur, həmişə yanımdadır, qoymur əziyyət çəkim.

Qəmər...atası ilə
​​

P.S.Respublika Prokurorluğu bildirir ki,araşdırma zamanı Rafiq Tağıyevi müalicə edən tibb işçilərinin məsuliyyətsizliyini təsdiqləyən faktlar aşkarlanmayıb. /oxuzali.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.