Seyid Ramin - Balzak məsləhəti
06.11.12

Günlərin bir günü gənc yazıçılardan biri yeni yazdığı əsərini götürüb Balzakın yanına məsləhətə gəlir. Balzak əsərlə tanış olduqdan sonra ona deyir ki, sən bu əsəri çap etdirməyə tələsmə. Onu məşhurlaşandan sonra çap etdirərsən. Yoxsa bu əsər sənin məşhurlaşmağına mane olacaq.

Görəsən, Balzak bununla gənc yazıçıya nə demək istəyirdi? Şübhəsiz, Balzakın məqsədi onu məşhurluğa həvəsləndirmək deyildi. Dahi yazıçının bu sözləri gəncə deməkdə əsas məqsədi bu idi ki, ədəbiyyat aləminə qədəm qoyan istənilən gənc yazıçı ortaya tutarlı bir yaradıcı işi ilə (yəni kitabla) gəlməlidir. Çünki yazıçının ilk kitabı ədəbiyyat aləmində, belə demək mümkünsə, onun vizit vərəqi hesab edilir. Yazıçı bəzən ilk kitabı ilə yaddaşlarda qalır. Əgər ilk kitab uğursuz olsa (təbii ki, söhbət yaradıcılıq keyfiyyətindən gedir), sonradan uğurlu kitab çıxartsa belə, ilk uğursuzluq uzun müddət çoxlarının yaddaşından silinmir.

Balzakın verdiyi məsləhətin alt qatında, şübhəsiz, başqa bir önəmli mətləb də yatır. Həmin o mətləb də bundan ibarətdir ki, yazıçının yaradıcılığı onun məşhurlaşmasına deyil, əksinə, məşhurlaşması yaradıcılığına xidmət etməlidir. Yəni yazıçı ilk kitabı ilə özünün yüksəkkeyfiyyətli qələm məhsulunu ortaya qoyduqdan və ədəbi brendə çevrildikdən sonra o, keyfiyyət cəhətdən zəif olan kitabı da (ümumiyyətlə, bir yazıçının bütün kitabları keyfiyyət cəhətdən yüksək sənət nümunəsi də olmaya bilər) ilk kitabının qazandığı uğurun köməyi ilə öz oxucularına oxutdura biləcək. Dünya ədəbiyyatında buna misal olacaq çox hadisələrin şahidi olmuşuq; məsələn, dünyanın dahi yazıçılarından olan Dostoyevski 1846-cı ildə ilk kitabını “Yoxsul insanlar” adı ilə çap etdirir. Kitabı oxuduqdan sonra bu əsər haqqında öz təəssüratlarını bölüşmək üçün dövrünün tanınmış tənqidçilərindən biri Dostoyevskiyə yazdığı məktubda bunları qeyd edir: "Siz problemin dərinliklərinə enmiş və bir neçə xətt boyu böyük bir həqiqəti ortaya qoymusunuz. Sizdən xahiş edirəm, qabiliyyətinizi qiymətləndirin və ona qarşı həmişə dürüst olun. Beləcə, böyük bir yazıçı ola bilərsiniz".

Bu kitab oxucu kütləsinin rəğbətini qazanmaqla yanaşı, tənqidçilərin də rəğbətini qazanır. Tanınmış rus tənqidçisi Belinski “Yoxsul insanlar” romanını oxuduqdan sonra Dostoyevskinin gələcəkdə böyük bir yazıçı olacağına şübhə etməyərək roman haqqında xeyli müsbət fikirlər söyləyir. Məşhur rus şairi Nikolay Nekrasov isə Dostoyevski haqqında öz məşhur fikrini deyir: “Yeni bir Qoqol doğuldu"...

Göründüyü kimi, ilk kitabın uğuru Dostoyevskini qısa bir müddətdə məşhurlaşdırır. Baxmayaraq ki dahi yazıçı bu romandan az müddət sonra “Oxşar” romanını çap etdirsə də, bu kitab onun ilk kitabının uğurunu təkrarlaya bilmir. Hətta əsəri Belinski də bəyənmir. Dostoyevski bundan sonra da daha bir neçə kitab yazıb çap etdirsə də (“Ev sahibəsi”, “Bəyaz gecələr” və s.), heç cür ilk kitabının uğurunu üstələyə bilmir. Bundan çox məyus olan Dostoyevski hətta yazıçılıqdan ümidini belə üzür. O, yazıçılığı bir kənara qoyub siyasətlə maraqlanmağa başlayır.

Hazırda dünya oxucusu üçün Dostoyevski adı, şübhəsiz, ədəbi brendə çevrilib. Yazıçının “Cinayət və cəza”, “Karamazov qardaşları”, “İdiot”, “Şeytanlar”, “Ölülər evindən qeydlər” kimi sonradan yazdığı yüksək keyfiyyətə malik dünya şöhrətli romanlarına xatir oxucular onun uğursuz əsərlərini belə sevə-sevə oxuyurlar. Çünki o əsərləri Dostoyevski yazıb. Belə misallar dünya ədəbiyyatında yetərincədir.

Bəs bizim müasir ədəbi mühitdə vəziyyət necədir? Söhbət gənc nəsildən gedirsə, burada vəziyyət çox acınacaqlıdır. Bir sıra gənc yazıçılar öz yaradıcılıqlarından daha çox, şəxsi həyat tərzləri ilə məşhurdurlar; məsələn, elə yazıçı var ki, adı dillər əzbəri olsa da, oxucu onun bircə kitabının adını belə bilmir. Şühbəsiz, belə müəlliflər də ədəbiyyatın şou-biznes nümayəndələridir. Elə yazıçı da var ki, onun hansısa jurnalda çap etdirdiyi əsər oxucular arasında əl-əl gəzir.

Təəssüf ki, əksər gənc yazıçılarımız (burada istisnalar da var) əsərlərindən daha çox öz imzalarını tanıtmağa meyillidir. Şou-biznesin “soyuqdəyməsi ilə xəstələnən” belə yazıçılar otraya uğurlu kitab qoya bilmədiklərinə görə hansısa qeyri-adi davranışları ilə gündəmdə qalmaq istəyirlər. Bu tip yazıçıların öz piarlarını aparmaları və sadə oxucu kütləsi toplamaları hələ bir yana qalsın, bunlar heç dünya ədəbiyyatında gedən prosesləri belə doğru-düzgün izləmirlər. İnanmıram ki, heç bu tiplər müasir dünya yazıçılarının yaradıcılıqlarını da ciddi şəkildə izləsinlər. Bu onların dünya ədəbiyyatı haqqında olan bəsit məlumatlarından da bəlli olur. Bununla bərabər, onlar ortaya uğurlu bir əsər də qoya bilmirlər. Amma unudurlar ki, insan məşhurluqla deyil, çətin zəhmət, ədəbi təcrübə, intellektual səviyyə və istedad hesabına əsl yazıçı ola bilər. Yoxsa necə deyərlər, utanmasan, Koelyo olmağa nə var ki...

P.S. Görəsən, yazının əvvəlində barəsində söz açdığım o gənc yazıçı kim idi? Maraqlıdır, o, Balzakın məsləhətinə qulaq asıb məşhur yazıçı ola bildimi? Yəqin, məşhurlaşa bilməsə belə, naməlum əsgər məzarı kimi yaddaşlarda qala bildi...

Avanqard.net

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.