Alpay Azərin ilk hekayələr kitabı çap olundu
02.11.12
Gənc yazar Alpay Azərin ilk kitabı - “Şax yeriyənlər” adlı hekayələr toplusu çap olunub.
Kitabda şəhər həyatını, qadın-kişi münasibətlərini, uşaq və yeniyetmə psixologiyasının həssas məqamlarını, eləcə də bəzi adət-ənənələrimizə yumoristik-ironik yanaşmanı əks etdirən hekayələr yer alıb.
Kitaba şair Səlim Babullaoğlu ön söz yazıb. Kitabı gələn həftədən etibarən “Ali və Nino” kitab mağazaları, eləcə də Akademiya Kitab Mərkəzində satışa çıxarılacaq.
Avanqard.net
|