Gənc yazar Tural Balabəylinin yeni çıxacaq "O" kitabından şeirlər
01.11.12

****

Dünən də beləydi ,
bu günün sənə olan həsrətini yaşayırdım...
Dilimdəki nəğmələr,
gözlərimdəki yaşlar da
bu həsrətin nişanəsi idi …
Bu bədən - bu əl, bu barmaqlar,
adını pıçıldayan dodaqlar
həsrət idi sənə...
Yatağımda xəyallarının gətirəcyi istiliyin
soyuqluğundan üşümüşdüm dünən..
Bu gün də eləcə...
Yastığımın da həsrət qaldığı sənə
toxuna bilmirəm.
Mən sənə əski əlifba ilə
yazılmış məktubam,
oxuna bilmirəm...


****

Xatırlamıram səni,
görmədim heç,
tanımıram səni.
Güya səninlə gəzmişəm
bu küçələri.
Hardan uydururlar bu yalanları
bilmirəm ki?!
Mən səni tanımıram!
Mən bir az sənə bənzəyən,
lakin daha vəfalı
birini xatırlayıram-
köhnə sevgilimi...


****

Hər yağış damlasında sən varsan…
Pəncərəmin önündə oturub,
payızın ilk yağışını izləyirəm…
Çox darıxmışdım
yağışın səsi

yağışlı xatirələr üçün...
Hər yağış damlası ilə
xəyallarım da böyüyür...
Və hər yağış damlası
səni mənə gətirir,
məni də sənə ...
Birdə hər yağış damlasında
sən varsan,
bunu bilirdinmi...
Yanımda olsaydın
birlikdə izləyərdik yağışı...
Bilirəm, sən də sevirsən yağışı...
Bu yağan yağışla
mən də yağdım xəyalına ...


****

Bəzilər gedər…
Həyatdı....
Oturub saatlarca
ağlamağına
səbəb olmuş
hadisələr,
bir müddət sonra
sadəcə
gözlərinin dolmasına
səbəb ola bilər…
Küçədə yanından
keçən birinin ətri…
Başqasının səsini
ona bənzətmək...
Onunla
dinlədiyiniz mahnılar. ..
Bərabər
getdiyiniz yerlər...
" Unutdum " deyirsən artıq
ətrafındakılara …
Sən kimi aldadırsan?
O qədər asandır unutmaq ?
Hər " Unutdum "
cümləsinin altında
" Çox darıxıram, unutmadım…"
cümləsi var…
Bütün gücünlə
qışqırmaq istəyirsən...
O başqa qollarda
dinclik tapmışkən
sən onun
sevinciylə kifayətlənməyə
çαlışırsan…
Sonra bilmədən
bir başqa dünya
yaradırsan özünə.
Və onu başqasıyla gördüyün,
eşitdiyin hər saniyə
dünyan başına yıxılır.
Yenidən,
yorulmadan
təkrar
yaradırsan dünyanızı.
Öz əllərinlə yıx
son dəfə
o dünyayı…
Bu dəfə
onun üçün
darıxdığını deyil,
güclü olduğunu
qışqır
gerçək dünyaya…
Bacarmırsan?- Sadəcə darıxırsan?!


****

"Qara şəhər" silsiləsindən... Vaqif Səmədoğluna ithaf

Bu şəhər
bu gecə
vurulmalıdır.
Yoxsa
vuracaq
bu şəhər
səni…
Sonra
sən
olmayacaqsan…
Bu şəhərdə
kimlərisə
sevəcəksən,
kimlərisə
itirəcəksən…
İtirdikcə də
küsəcəksən
bu şəhərdən…
Bu şəhər
bu gecə
vurulmalıdır.
Yoxsa
vuracaq
səni
bu şəhər…
Sonra
sən
olmayacaqsan…


Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.