Kənan Hacı  - Adamlar üçün darıxanda...
25.10.12

Sahilə İbrahimova maraqlı yazıçıdı. Onun imzasıyla tanışlığım “Varlı kişinin portmanatı” hekayəsiylə başlayıb. 

Gənc yazıçı bir insanın acı taleyini kiçik hekayəyə sığışdıra bilib. İndiki halda mən öz qənaətimi oxucuya sırımaq istəmirəm, sadəcə, bu hekayəni zəngin insanların, varlıların oxumasını istərdim.

Bu hekayəni oxuyan hansısa zəngin bir adam heç olmasa, düşünəcək ki, mən bu geniş aynabəndli, kondisionerli otağımda yumşaq kresloda oturub isti çay içəndə yağışın altında islanan, evinə bir tikə çörək apara bilməyən, ayaqqabısı su buraxan talesiz insanlar var... Həmin hekayəni iki il bundan öncə oxumuşam, hələ də o sarsıntını unuda bilmirəm.

Bir müddət sonra Sahilə xanımın “Varlı kişinin portmanatı” adlı hekayələr kitabı çıxdı. Neçə vaxt idi ki, bu kitab oxumağı planlaşdırdığım kitablarla birgə yazı masamın üstündə öz növbəsini gözləyirdi. Nəhayət, bu günlərdə həmin kitabı oxuya bildim. Lap sonda isə həmin tanış hekayəni bir daha yenidən oxudum və bu hekayə həmişə kasıbçılıq içində yaşayan köhnə tanışım kimi (qadın və ya kişi, fərq etməz, söhbət insandan gedir) məni kədərləndirdi. Oxumayanlar üçün deyim ki, hekayədə söhbət “Avropa” otelinin qarşısına fahişəlik üçün çıxmış bir qadının həmin ərazidə varlı bir adamın portmanatını tapmasından gedir. Portmanatda on iki min dollar pul var və bu iri məbləğ qadının çox problemlərini həll edə bilər, evdə uşaqları acından ağlaşır, amma onun vicdanı bu pulu mənimsəməyə imkan vermir. Hekayənin qısa məzmunu bundan ibarətdir.

Xanım yazıçı hər bir adamın rastlaşacağı təsadüfi bir hadisəni sadə dillə nəql edir. Bu hekayədə hadisənin ictimailəşdiyinin şahidi oluruq, o qadının faciəsinə səbəb olan toplum hədəf götürülüb və konkret bir insanın, bir qadının timsalında sosial təzadların ağrılı nəticəsi ön plana çəkilir. Faciənin kiçik bir modeli təqdim olunur və müəllif öz qəhrəmanını yenə də o çırkabın içinə atır. Çünki başqa çıxış yolu yoxdur. İnsanlar mərhəmət hissini itiribsə, bu qadının fahişəlikdən başqa yolu qalmır...

Sahilənin “Ən uzaq gələcək” hekayəsi birinci şəxsin dilindən yazılıb. Tankın içində can verən əsgər yoldaşının ölümünə şahid olan adamın təzadlı düşüncələr içində vurnuxduğunu görürük. Saşa oğrudur, amma onun totuq qızı məktəbə yamaqlı, cırıq paltarda gedir, bu cırıq, yamaqlı paltar ölən adama bəraət qazandırmaq üçün hekayəni nəql edən adamın əlində bir tutalqadır. Müəllif qəhrəmanının diliylə yazır:

“Mənə elə gəldi ki, dünya elə o balaca qızın cırıq paltarının yamağındadı. Mən bir zamanlar Saşa haqqında pis düşündüyüm üçün xəcalət çəkdim”.

Hekayənin nüvəsi o cırıq paltardır, o cırıq paltar Saşanın bütün əclaflıqlarına haqq qazandıra bilməsə də, ona münasibətdə azacıq bir xəcalət hissi yaradır; bu əclafın qızı məktəbə yamaqlı paltarda gedirmiş...

Sahilə xanımın az qala bütün hekayələrində bir predmet, əşya xarakterlərin açılması üçün bir açar rolu oynayır. Portmanat (“Varlı kişinin portmanatı”), cırıq paltar (“Ən uzaq gələcək”), çamadan (“Tanış ritm”), əlcək (“Qara əlcəyin əhvalatı”) və sair.

“Adamlar üçün darıxan adam” hekayəsi məndə nostalji hisslər oyatdı. Gecənin bir aləmində bir qadın yazıçının ev telefonuna zəng gəlir, qadın fikirləşir ki, bu vaxt kim ola bilər? Sən demə, iyirmi ildən bəri görmədiyi tələbə yoldaşıymış. Bu qadın həkim yoldaşında təsadüfən onun kitabını görür və oxumaq üçün götürür, gecədən xeyli keçməsinə baxmayaraq öz rəfiqəsinə zəng etməyi qərara alır. Bu iki qadının söhbəti həyat qarşısında məğlub olmuş insanların çarəsizlikdən doğan ağrısını ifadə edir. Onlara elə gəlir ki, indi insanlar robotlaşıb, onlar adamlar üçün darıxırlar... Və bu söhbətin sonunda yazıçı qadın yazı masasındakı vərəqə bu cümlələri yazır:

“Əvvəllər xoruzlar banlayanda ayılardıq, indi itlər hürəndə ayılırıq. Əvvəllər taleyimiz bizim arxamızca sürünürdü, indi biz taleyimizin arxasınca sürünürük...”

Bütün bu hekayələrdə ifadə və yanaşma tərzi yenidir. Bu hekayələrin qəhrəmanları özləri zamana məğlub olsalar da, qəhrəman ola bilməsələr də bu qəhrəmanlığı gələcək nəsildən gözləyirlər. Sahilə xanım kitabına yazdığı girişdə haqsızlıqlara, ədalətsizliyə yazıçı sadəlövhlüyü ilə yanaşan əsərləri sevdiyini yazır. Bəlkə elə buna görə o, öz hekayələrində hadisələrə, insanlara yazıçı sadəlövhlüyü ilə yanaşır. Özünün yaratdığı obrazların mənfi xüsusiyyətlərinə də hardasa haqq qazandırmağa çalışır.

Bununla belə bir məqamı qeyd etməsəm olmaz. Əgər yazıçısansa, dili mütləq bilməlisən. Bu, aksiomadır. Sahilə xanımın bəzi hekayələrində dilin qramatik qaydaları çox kobud şəkildə pozulur. “Elə deyilmiş” hekayəsində belə bir cümlə var: “Günəş şüaları köhnə kinoların məhəbbət səhnələrindəki kimi dalğaların üstündə qayğısız-qayğısız yellənirdilər”. (səh. 146) Uzlaşma əlaqəsi şəxsə və kəmiyyətə görə uzlaşa və ya uzlaşmaya bilər. Cansız əşyalarda uzlaşma əlaqəsi əksər hallarda şəxsə və kəmiyyətə görə pozula bilir. Məsələn: “Yarpaqlar tökülürlər” deyə bilmərik, “yarpaqlar tökülür” yazılmalıdır. Xanım yazıçının bir neçə hekayəsində də eyni qüsur gözə çarpır.

Yuxarıda adı çəkilən hekayədə yazıçı yazır: “Atanın bir-birinə dolaşmış dodaqları güclə aralanır”. Dodağın bir-birinə dolaşmasını mən heç cür təsəvvür edə bilmədim.

Bu kiçik qüsurları qeyd etməmək də olardı. Amma söhbət artıq üslubu formalaşmış, özünəməxsus yazı manerası olan, istedadlı bir yazıçıdan gedirsə, bunları mütləq onun nəzərinə çatdırmaq lazımdır.

Mən bu kitaba toplanmış hekayələrdən zövq aldım.

Sahilə taleyinin arxasınca sürünənlərin yazıçısıdır.

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.