Səlim Babullaoğlu: “Reklam mətnləri hər gün insanları təhqir edir”
24.10.12

Səlim Babullaoğlu ilə bu dəfə ədəbiyyat haqqında yox, ədəbiyyatın və kitabın televiziyada təbliği, televiziyada dilin istifadəsi, reklam və bu kimi başqa problemlər haqqında danışdıq.

- Necə bilirsiz, televiziyalarımızda ədəbiyyat və kitab kifayət qədər təbliğ olunurmu?

-Bir dəfə demişəm, indi bir dəfə də deyim: mən ədəbiyyatçıyam, soyuducuda da ədəbiyyat görmək istəyirəm, ona görə suala cavab verərkən ehtiraslı ola bilərəm. Bir sözlə cavab versəm sualınıza, onda deməliyəm ki, yox, kifayət qədər təbliğ olunmur. İnsanın havadan sonra ən çox istifadə elədiyi sözdür. Sözün toplandığı ən yaxşı vasitə kitabdır. Amma sabunun, şampunun təbliğinə baxın, kitabın təbliğinə baxın. Fərq məlumdur. Əlbəttə, bütün telekanallarda kitab, ədəbiyyat, ədəbiyyatçılarla bağlı verilişlərə rast gəlmək olar. AzTV-də, İTV-də də, ATV-də də, “Space”də də, Regional TV-də də… yeni nəşrlərlə bağlı proqram var, “Mədəniyyət saatı” var, “Ortaq məxrəc “, “Qərib axşamlar” var, məsələn, Regional TV-nin Xaçmaz bölməsi çoxlu dəyərli, baxımlı proqramlar edir… “Mədəniyyət” kanalı Nobel mükafatçıları ilə bağlı silsilə hazırlayır. Demək olar ki, əksər TV-lərin Səhər proqramları ədəbiyyata lazım bilinən qədər yer verilir.

Hamısı sağ olsun, amma bu fikirdəyəm ki, bunlar azdır. Televizya mütəxəssisləri, menecerləri unutmamalıdırlar ki, mətbu söz, TV sözü bədii sözün övladıdır. Övladlar isə atalarının yanında güclü olurlar, onlara sayğıyla yanaşanda daha hörmətli olurlar.

- Televiziya dili, reklam çarxlarındakı dil, dublyaj… bu sahədə vəziyyəti necə qiymətləndirirsiz?

- Bilirsiz, əslində dünən ATV-də “Gün keçir” proqramında da bu mövzu müzakirə olunurdu. Məni də dəvət etmişdilər. Buna görə onlara təşəkkür edirəm. Orda da eynən həmin məsələlər müzakirə edilirdi. Tutalım, orta məktəb şagirdlərinin gündəliklərindəki reklam səhifələri məsələsi. Məncə bu, biabırçılıqdır. Bunlar niyə gündəliklərdə olmalıdır axı? Olmazmı, həmin reklam və elanların yerinə ədəbiyyat və mədəniyyət dünyasından dərsliklərə düşməyən əlavə məlumatlar salınsın? Olmazmı uşaqlar kompüter reklamı yerinə Məhəmməd əl Xarəzmin həyatından bir maraqlı faktla tanış olsunlar?

Ya da tutalım, “Qarqantua və Pantaqruel” haqqında, Fransua Rable haqqında nəyisə öyrənsinlər… İndi kimsə pul qazanacaq deyə gündəliklər reklam posterlərinə çevrilməlidir? Reklamlar, reklam mətnləri hər gün insanları təhqir edir. “Ana, sən qabyuyan, yaxud paltaryuyan deyilsən, sən qadınsan?” – bu nə məntiqdir, bu nə deməkdir? İndi kimsə varlanacaq deyə qadın obrazı belə bayağıcasına təhqirmi olunmalıdır? Kiminsə qabyuyan, paltaryuyan maşını yoxdursa neynəsin? Yaxud bu maşınlar icad olunana qədər yaşamış insanlar, qadınlar necə olsunlar? Sabah da “samosval” maşınları reklam edib desinlər ki, ata, sən hambal deyilsən…Gülüncdür bütün bunlar. “Susuzluğuna etibar et!”. Bu nə deməkdir? Bu hansı dildədir? Belə misallar sonsuzdur. Konfetləri animasiya ilə hərəkətə gətirirlər, onlardan obraz düzəldirlər, sonra da onları yeyirlər. Bu ki hannibalizmdir…

Nə vaxta qədər aparıcılar Azərbaycan dilində baş tutmadı, mümkün olmadı, yaxud elə olmadı yerinə “alınmadı” sözünü istifadə edəcəklər. Yaxud ruscada “kotoriy”in kalkası olan “hansı ki” kəlməsini işlədəcəklər? Alınmadı, alındı, bizim dildə pərt olmaq, qızarmaq, yaxud utanmaq mənasını verir. Deyirlər, filankəs alındı. Yəni pərt oldu. Belə misallar onlarcadır. Mən bu fikirlərin bir çoxunu verilişin aparıcısı Nanə xanımla söhbətimdə dedim. Onlar da sağ olsunlar ki, bu məsələləri qabartmışdılar. Ümumiyyətlə, son 4-5 ayda ATV-nin siması dəyişir, şəxsən bu məni sevindirir. Ağıllı, düşündürücü verilişlər artır. Studiyalar, dekorasiyalar yenilənir. Bunu informasiya proqramlarında da hiss eləmək olar, başqa verilişlərdə də. O toyxana estetikası aradan çıxır, inanıram ki,Vüqar Qaradağlı və komandası daha xeyirli işlər görəcəklər.

Bir məqamı da deyim. Bəzən olur ki, bir kanalda gözümüzü döyənək edən bayağı veriliş ya ictimai qınaq, ya sadəcə rəhbərliyi tərəfindən haqlı olaraq bağlanır. Bir-iki həftə sonra görürsən ki, həmin o bayağı veriliş başqa kanalda efirə çıxır. Buna yol vermək olmaz. Yalnız reytinq xətrinə işləmək, cılız rəqabət aparmaq olmaz. Əgər bir bayağı veriliş bağlanırsa, başqa kanalda onun peyda olması peşə əxlaqına ziddir. Nə olsun ortada hansısa reklam və sponsor pulu var. Axı veriliş sonucda Azərbaycan tamaşaçısının əleyhinə işləyir. Bilirsiz, xaricdə belə bir təcrübə var. Bir adam işə girəndə ondan əvvəlki iş yerindən xasiyyətnamə istəyirlər. Yəni dolayı yolla peşəkar kriteriyalar var. Yox, mən demək istəmirəm ki, kimsə şəxsi problem zəminində iş yerindən gedibsə, o başqa yerdə işləməsin. Söhbət proqramdan gedir. Bir kanalda özünü doğrultmayan bayağı verilişin başqa kanalda təkrar peyda olması peşəkar əxlaqa ziddir. Bu şeylər olmayınca nəticələrdə axsayacağıq.

-Necə bilirsiz, toxunduğumuz bu məsələlərin həlli üçün mərkəzləşmiş struktur olmalıdır?

-Əslində bu struktur var. Televiziya Şurası var və bir çox məslələlərə o nəzarət edir. Amma son toxunduğum məsələ məncə onların diqqətindən yayınıb. Qaldı dil məsələlərinə , ölkə başçısının bu ilin may ayında bir sərəncamı oldu. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında. Məncə bu istiqamətdə mövcud komissiya işləyir və noyabr ayından sonra bu məsələlərə aydınlıq gələcək, əlbəttə.

“525-ci qəzet”

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.