Çarlz Bukovskinin “Qadınlar”ı - Azərbaycan dilində!
24.10.12
Amerikan yazıçısı Çarlz Bukovskinin “Qadınlar” romanı Azərbaycan dilində ilk dəfə “Alatoran Yayınları” seriyasından nəşr olunub.
Roman öz kəskin istehzası, yumoru, səmimiliyi ilə diqqəti cəlb edir.
Romanın qəhrəmanı, 50 yaşı tamam olmuş sərxoş yazıçı Henri Çinaskini içki içməyə, ədəbi gecələrdə onunla görüşən, ona məktublar yazan, onun kitablarını oxuyan qadınlarını dəyişməyə təhrik edən nəydi?
Bəlkə tənhalıq arzusu? Bəlkə sərgərdan həyat tərzinin cazibəsi?
Romanı Azərbaycan dilinə Ramil Rahiboğlu tərcümə edib. /Azadlıq radiosu/
|