Xanəmir Telmanoğlu: Şeirin və Allahın ölümü olmur
30.11.99

"İmperializmə, hegemonluğa, şərə, təkəlçi siyasi düzənə qarşı savaşan bir güc varsa, o da İslamdır"

Xanəmirlə təxminən iki ay əvvəl söhbətləşmişdim. Quzey Kıbrıs səfərindən qayıtdığı dönəmlər idi.Səfərdən, yaradıcılıqdan danışmışdıq. Bu dəfə, söhbətimiz ədəbiyyat, sufizim və təsəvvüf üzərinə oldu.


-Necəsən Xanəmir?

- Yaxşıyam.Yəni zamanın üç halındayam. Demək istəyirəm ki, sözlərim isimin bütün hallarında da heç bir nitq hissəsini gözdən qoymur.

-Bəzi qələm adamları şəxsi söhbətlərdə sənin şeirdə yeni mərhələ yaratdığını etiraf eləsə də, nədənsə yazıya gələndə susurlar... Xanəmir haqqında susanlara münasibətin necədir? Bu münasibətin kökündə nə dayanır?

- Ancaq həqiqət hər zaman belə mühitdə "bütün" olaraq deyilməz, olsa - olsa yarım yamalaq söylənə bilir. Kimlərinsə susması isə, susanlarin böyüklüyüdür. Kamyu esselərinin birində yazırdı: "Bir insan söylədiklərindən daha çox, söyləmədikləri ilə insandir." Bu da mənə sərf eləyir. (gülür)

Ədəbiyyat fəlsəfəsinin belə bir yazılmamış formulu varmiş sanki:- toplumun və fərdlərin mədəniyyət səviyyəsi əlçatmaza doğru ucaldıqca (bəlkə də göylərə), Homo sapiensin instinktinin uğursuz və mənasiz, dağıdıcı ünsürlərin instinkti üzərində nəzarəti ağir, güclü olur. Bəzən də əksinə baş verən bu qarşıdurma daha net və qabarıq görsənir. Homo-sapiens instinkti azınlıqda qalırmı əcaba, yoxsa, mənasızların instinkti çoxunluq təşkil edir? Homo-sapiensin instinkti mədəniyyətə çəkildiyindən görünmürmü, yoxsa, fərdlərin mənasızlığının instinkti çoxunluq olaraq mədəniyyət təməldə-altda zənn edib üzərini kölgə, yaxud öz cəsədləriylə örtürlər. Mənə elə gəlir ki, bu gizli qarşıdurma prosesində kamil instinktlər mənasız instinktləri deyil, mənasız instinktlər kamil instinktləri kəmiyyət və fərd baxımından azaldır. Eləcə də kamill instinktlər də boş qalmayaraq mənasız, uğursuz instinktləri (anlaşılmazlıqlarından) çoxaldırlar. Bu da mühitdə yaradıcılıq prosesinin bir varinatidir.

-Sənin qəliz yazdığını deyənlər çoxdur. Sən necə düşünürsən, səni anlamaq çoxmu çətindir?

- Mən sözləri, simvolları spirtual məna aləminə dəvət edənlərdənəm.Şairin bir görəvi də belə dönəmlərdə dünyada qopan həngamələri nəzərə alıb, "ideyalari seyr etməsi"dir ki, bu həm də iç gözlə içərini görməkdir. Ziddiyyət budur da... İç gözlə içəri aləmin rabitə halı, dış gözlə dış, ətraf aləmin yadlıq kompleksini "təzələyir".

Karl Marks: "Ölü nəsillərin adət- ənənəsi, gələnəyi, yaşayanlarin beyninə bütöv ağırlığı ilə çökmüşdür" - deyirdi. Burdaki ölü nəsil kimlərdir? Diltehyin dediyi kimi, "İnsani elmi, ilahi elmdən ayıraraq insanı bəlli bir dəyişim sürəci içində və tarixi inkişaf seyriylə dəyərləndirən nəsil"dirmi əcaba? Hər kəsin çevrəsində, inanmışların çevrəsində ölü nəsil əskik olmayib heç vaxt. Mənə, ya sənə görə ətrafın, çevrənin ölü görüntüsü qüssədən daha çox, əsəb və qəzəb sindromunu böyüdür. Ona görə ki, mənə, ya sənə görə sənin sənətdə verim imkanların artıq yenidən içinə, mənbəyinə qayıdır sanki. Çünki ünvan ölü zonadır. Oralar mənə, ya sənə görə çoxdan minalanmışdır. Bu başa düşülməni, anlamaları net hala gətirməyin yolu minalanmış zonalarda eşşəkləri qurban verməkdən başqa bir çıxış yolu görmürəm.

Ancaq bu minalanmış zona və qurbanlar, ölü şikarlar... anlayiışının sonucu "Xanəmir qəliz yazır" bəstənməsi və bəsitliyi ilə qurtarsa, şükür...

-Təsəvvüf ədəbiyyatı haqqında bizim oxucuların çox az məlumatı var. Bu barədə qısaca məlumat verə bilərsənmi? Ümumiyyətlə, modern çağda təsəvvüf ədəbiyyatı ilə məşğul olmaq hansı perspektiv vəd edir?

- Türkiyə Cümhuriyyəti bu gün dünyanın içinə Fətullahla girdi, onunla girir, hələ çox şeylər olacaq. Türkiyə Cümhuriyyəti bugünkü dünyanın yuxusuna eynən Osmanlı havası, təmkini, türk insanının inancıyla girdi. Fətullahçılar təsəvvüfdən- Anka quşunun külündən törəyənlərdir. Deməyim odur ki, mən kimçi olmasam da, təsəvvüfün həngaməsinin anlaşılmasını istəyirəm.

Təsəvvüfdə belə bir məqam var: gerçəkliyi bilmək dərəcəsiylə, gerçəkliyə şahidlik etmək dərəcəsi. Bu halda "onlara ölümlərindən sonrakı halları aşkar olur." Sən öz ədəbi-bədii estetik təvazökarlığını bu ruhda köklərsən ortaya ayrı mənzərə çıxar.

Təsəvvüf ədəbiyyatı ölü necə dirilərsə, eləcə də ölmüş bədii fikirlərin, düşüncələrin yenidən qiyamiının baş verməsidir. Çağdaş dünyada hər hansı bir dildə təsəvvüf mahiyyətli energetik bədiyyatın təzahürü, birbaşa yazı epoxasında mətn qiyamı, mətnlərin məhşər günüdür, yenidən dirilişidir. Bu reankarnasion poetikanın təfəkkürü deyil əsla. Burda cərəyan edənlər energetik müstəvidə gerçəkləşdiyindən mətnlərin ictimai mahiyyəti də o dərəcədə maraq doğurmur və sanki önəm kəsb etmir. Ancaq təsəvvüf içərikli söz, cümlə, misra, mətnləri "eksponat" halından, məhkumluğundan qurtarmağımız gərəkir. Onları qəbul etməliyik. Əgər bu əsrdə Amerikaya qarşı İraqda, ruslara qarşı Çeçenistanda savaşan islamın olduğunu bilib də söyləməmək, sonucda yanlış fikirlərin yönləndirməsindən sonsuz fəsadların təzahürüylə qarşılaşmalı olursan.

Bu gün imperializmə, hegamonluğa, şərə, təkəlçi siyasi düzənə qarşı savaşan, dirənən bir güc varsa, o da islamdır. Bütün dinlər zatən sadaladığım bu şəri, hegemonluğu, zoru, imperializmi dəstəklədi, bizzat özünə çevrildi, onlarla eyni cəbhədə durdu. İslam isə bunu etmədi, edə bilmədi.

Təsəvvüfdə tayyi-məkan denilən bir yaklaşım var. Zaman içində zaman yaratmaq: -yer məsafəsi daraldıqca, qısaldıqca, yerin yiığılması ilə yaranan uçuş, kəramət... Əslində Homo-sapiensin əsl tavrı bu günün prizmasından yanaşsaq tayyi-məkanlıqdır. Biz bütün yaşınmışları, gəlib keçmişləri bu gün son nəsil olaraq özümüzdə cəmlədik.

- Dostlar deyir ki, Xanəmiri başa düşmək üçün onun yaşadığı həyatı yaşamaq lazımdır. Bəlkə necə yaşadığından danışasan oxuculara?

- Mən yaradıcı insanın özgür və hürr həyatının əbədiyyətə köklənməsinin kökündə dediyi sözün necə, nə cür, hansı ritmlə, hansı az ritimlə, hansi şüuralti təlqinlər, göndərmələr qoruyan ritmlə deməyinin də fərqindəyəm. Maraqli olan odur ki, yaradıcı insanı ilahi yayınma, qaçma, "gizlilik" həmişə izlədiyindən, qələm sahibi burda ilahi yayınmanı, ədəbi yayınmaya transfer edə bilsin. O zaman ortadaki mətnin energetik əhliləşməsini nəinki bir sözdə, o mətnin hər hərfində, səsində də aramaq, görmək gərəkir. Niyə deyirsən? Bizlər "ədəbiyyatdaki gizli təklifləri" "gizli etibarlılıqla", " qapali mərdliklə araşdırmasaq", etnosun nəsillər arası şüur axarına yad planetlilərin şər güclərinin soxulma ehtimalı həmişə olduğu kimi, yenə də olacaq. H. Cavidi vaxtinda dəyərləndirmək mümkün olsaydı, (1918-də qurduğumuz dövlətin mahiyyəti də anlaşılacaqdı.) Azərbaycanın düşünən beyinlərini 1937-ci il məhv etməyəcəkdi. Sadəcə bir ildə 41 min düşünən beynin etno-mədəniyyətdən çəkilişi, yoxluğu hələ də istənilən uğurumuzun alayapısında yerini alıb.

Mən məcali-i külliyəmi işə saldığımı zənn edirəm. Qapalı qapıların kilidlərini açan açarlar və bunların mahzarları mənim mətnlərimdə erkəkcə durub oxucusunu gözləyir. Burda artıq kim kimə gedəcək məntiqi də "dağ və Məhəmməd" ibarəsində də həllini tapır.

Bir də ki, "Allah, hidaayətə edirmək istədiyi kimsənin köksünü islama açar." (Ənam, 6125)

Mən təsəvvüf üçün ilkin sayilan bir yolu da keçmişəm; bədəl-kərdən, yəni məqsəd olmayan şeyi tərk edib əsas məqsədə keçmək.

-Müasir Azərbaycan ədəbiyyatının bugünkü durumunu necə görürsünüz? Ədəbiyyatımızda nə baş verir? Kimin əlinin kimin cibindən çıxdığını görə bilirsənmi?

- Kim nə yazırsa, min bərəkət. Əsas olan bu gün üçün nəsə, yazmaqdır.

Zaman axıb gedir. Təəssüf ki, ədəbiyyatı bu ölkədə çoxları alət edib, alət etməyə də çalışırlar. Oysa ədəbiyyat alət olunduğu yerdə mədəniyyətin torpağında (nəinki ədəbiyyatın) çoxlarının şüurunun xortlamış olduğunu görəcəksiniz.

- Yaradıcılığın çoxşaxəlidir, Şeir, esseistika, nəsr, ədəbi tənqid... Hal-hazırda nə yazırsan?

- Əlimin altında çiıxara biləcəyim ən aşağısı 5 kitabim yatıb qalır. Bir də Azərbaycan əlifbasının bir neçə variantını yenidən hazırlayıram. Öz əlifbamız olmadan mədəniyyətdə çox dəyərli energetik imkanların üzərindən adlayıb keçirik. Mən bu əlifbanı Qarabağa, Təbrizə, heç o gur axıb gedən neftə də dəyişmərəm.

- Sən şeirin ədəbiyyatdan ayrıldığını, ayrılmalı olduğunu iddia edirdin. İndi şeirin ölməsindən danışırlar. Buna münasibətin necədir? Şeir öldümü?

- Dövr, zaman, içində bulunduğumuz düşüncə sferası, -bunlar hamısı millətin içindəki sözlərin, danışıqların ritminə metafiziksəl bir ritim də çəkib qoşar. Azərbaycanlıların içindəki ideya və ideolojilərin, o cümlədən siyasi, ictimai durumun ritmində bayatının, qoşmanın, gərayalının ritmi yetərincədir. Min illərin ritmi, havası, bu torpaqlardakı, iqlimlərdəki ritmi, havası bulunduqları "ölçülərin" qanunauyğunluğuna yenilərək öz sakrallığını lap erkəndən işə salib, qatıb. Bizə-danışana, düşünənə, yazana etdiyini edir. Azərbaycanlıların sərbəst, özgür düşüncə tərzinin formalaşmasında muğamla birgə, bayatı və qoşmanın ritm olaraq böyük, sonsuz əhəmiyyəti vardır. ( bunlar uzun-uzun söhbətlərdir. Bayati-şiraz yazımda da bu məsələyə toxunmuşam.). Şeir öldü demək, allah öldü təfəkküründən, düşüncəsindən qaynaqlanır həm də. Şeirlər və allahlar ölə bilər. Şeirin və allahin ölümü olmur. Allah və şeir ölsə, gərək biz meyminlarla milli - genetik- metafizik bağlarımızdakı tarixi köklərimizi araşdırmaq üçün tarix instutlarındakı proqramları cıraq, yaxaq, dərsliklərin külün göylərə sovuraq. Oysa, təhsil nazirliyindən də hələ ki, bir səs-səmir çıxmadığına görə, demək bu ölkədə allah ölməyib, demək ki, şeir ölməyib.

-Bu yaxınlarda AYB-dən sənə ev verildiyini eşitdik, təbrik edirəm. Ancaq bu qalmaqallarda nədənsə adın hallanmadı. Hətta çoxları bu bölgüdə sənin kimi simaların adının olmasını AYB-nin özünü sığortalamaq taktikası hesab edir. Bu barədə nə düşünürsən?

- Məncə, bu ev məsələsini əgər Azərbaycan dövləti deyil, Soros fondu, ya Amerikanin, İsrailin, Fransanin, İngiltərənin hansısa missioner təşkilatları etmiş olsaydı, yüz faiz əmin ola bilərsən, adı siyahıya düşənlər qəhrəman elan edilər, şəninə dastan qoşular, gedib hələ bir aşiq zad da gətirərlər.

Məncə, kimsə kimsədən üstün deyil. Azərbaycan dövlətinin gücü və imkanı çatar ki, hər bir yazara, hər bir jurnalistə ev versin. /Ədalət qəzeti/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.