Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i

03.05.24

Ramil Mərzili poeziyası sözün düzünə də, düzəngahına da söz düzür. Sözün düzü, bu onun öz yöntəmidir. Hətta bir sətrində deyir ki, “Yalanlara boyun əymə, Sözün düzü qorxsun səndən”. Sözün nəinki düzünü, heç ÖZünü də qorxutmaq asan iş deyil. Sözü yalandan mühafizə etmək yalanı sözsüz söyləmək kimi bir şeydir. Yalan olmasa da, söz olur. Amma söz olmasa, yalanın ifadə vasitəsi qalmır. Bəlkə də, sözün yalana daha çox ehtiyacı var, nəinki yalanın sözə. Söz özünü həqiqətdə necə ifadə edirsə, yalanda da o cür ifadə edir. Bəzən yalanın yaratdığı gözəlliyin qarşısında mat qalırıq: “Bu işıqlı dünyada, Zülmət gözümü deşir” – misralarında olduğu kimi. İşıq və zülmət antitezaları Məlikməmmədin dövründən üzü bəri nağılbazlığındadır. Nağıllar gerçəkləşdikcə insan öz işığını – elektrikini kəşf etdi. Gecələrin zülməti insanın yaratdığı işığa təslim oldu. Nəticə etibarı ilə “işıqlı dünyanın” biri də artdı. Buna baxmayaraq şair zülmətin göz deşməsindən gileylənir. Əslində dilimizdəki ifadə “işıq gözümü deşir” formasındadır. Ramilin bu metaforasında zülmət işığın əlamətlərini oğurlayıb. ZÜLMətə göz yummaq olmaz. Gözqamaşdırıcı işıqlar isə çox şeyə göz yummağımıza şərait yaradır.

Ramilin şeirlərində özü ilə mübarizənin çalarları kifayət qədərdir. “Qürurum dolaşır ayaqlarıma, Qalxıb sənə doğru qaça bilmirəm” – sətirlərində məğlubiyyətin qələbəsi obrazlı şəkildə verilmişdir. “Xəfif pıçıltımda da – ömrü boyu kar olan, Şeytanın qulaqları gəlib səsimə çatır” – ifadəsi isə maraqlı söz düzülüşündən yaranıb. Əslində “Səsim gedib şeytanın qulaqlarına çatır” – formasında olan söz sırası elə bir inversiyaya məruz qalmışdır ki, şeytanın belə ağlına gəlməz. Ramil Mərzili ritorikadan da bacarıqla istifadə edir. “Ayrılıqlar səmimi, Həsrət niyə rəsmidir?” – sualına hərənin öz cavabı vardır. Lakin ayrılıq və həsrət sözlərinə səmimi və rəsmi təşbehlərini layiq bilmək yenilik əlamətləridir. Bu əlamətlərə başqa bir bəndində də rast gəlirik:

Dörd yandan savaba bürünsən belə,
Bilməzsən ölüsən, dirisən belə.
Ömrü girov qoyub çürüsən belə,
Ən gözəl qadınlar - günahlarındı. -

Maraqlı mühakimələrdir. Qadın gözəlliyinin vəsfinə saysız bənzətmələr qurban verilib. Lakin gözəlliyin günahkarlığını boynuna qoyan başqa bir şeir ağlıma gəlmir. Oxşar mövzunun Ramil şeirlərində fərqli təqdimi tez-tez müşahidə olunur. “Bir də bizə yaxın düşməsin deyə, Bir “kağız al” sənsizliyin dilindən” – fikirləri öz planlarına zəmanət verməkdir. Məqsəd sənsizliyi zərərsizləşdirməkdir. “Kağız almaq” ifadəsi isə ədəbi dil üçün keçərli söz deyil, daha çox şifahi nitq forması kimi istifadə olunur. Ramil həmin sözü şeirə müəllif məsuliyyəti ilə sənədləşdirib. Onun şeirlərində yaşamın fəlsəfəsindən də söz düşür:

Bu ömür müəmma “OL”dan “ÖL”ədək,
Gah ürək ağrısı, gah sinə dağı.
Qəm, kədər boyunu aşan dünyada,
Sevincin topuğa çıxar uzağı. -

Bənddə diqqət çəkən əsas fikirlər sevincin ölçü vahididir. Sevincin azlığını və ya çoxluğunu göstərmək üçün ədəbiyyat çox icadlara imza atıb. Lakin onun topuğa qədər boy atmasını bu şeirin orjinallığı kimi qəbul etmək olar. Başqa misralarında da yaşamağın zaman kəsiyi hüdudlandırılır: “Gözü yumub, açdın – çiyinlərdəsən, Gözü açıb, yumdun – yuxusan artıq”. Əslində həyatımızda ən vacib hadisələr bir göz qırpımında baş verir. İyirmi dörd saatdan ibarət olan bir günün hansısa bir saniyəsi özəl olur. Digər saniyələr dəqiqələri yaratmaqdan başqa bir işə yaramır. Ramilin şeirlərində mənatutumlu misralar kifayət qədərdir: “Gözümdə intihar eyləyər zaman”, “Ayağım altına kədər yığmışam, Kənardan baxanlar ucadır deyir...”, “Arzular tökülür, bağrımmı dəlik?!”, “Çatmağıdım arzuların qismət qoydum adını mən”, “Bir gün gələr mən gedərəm, mən gedəndə gün gələrmi?!” misraları onun sözünün iç üzüdür. Bəndlərində də eyni mənzərəni müşahidə edirik:

Qısılar dodağa sözün,
Bürünər kədərə üzün.
Bulud kimi dolan gözün
Sıxdıqca leysan ələrmi?

İlk misranın heyrətamizliyi danılmazdır. Sözün dodağa qısılması onu qoruyur. Üz kədərə bürünübsə, gözlər bulud kimi dolubsa, dodağını tərpədib sözünü deyə bilmək hünər istər. Sözmü aciz olar, yoxsa onu ağuşuna alan dodaqmı, bunu ayırd etmək çətinləşir. Lakin şairin bu ifadəni peşəkarlıqla işlətməsi danılmazdır. “Qadağan olunmuş şeirlər”dəki başqa ifadələr kimi.

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.