Ömür gəlib keçər, qalan əməldir
30.04.24

Yusif Zeynalov

75 illik yubiley ərəfəsində 

Hər insan Allah tərəfindən ona nəsib olan bir ömür yaşamaqdadır. Bu ömrü savab əməlləri ilə naxışlandıran, gülləndirən, çiçəkləndirənlər də var, ona ləkə gətirənlər də. Botanikçi alimimiz Yusif Zeynalov məhz ilk yolu tutanlardan olub, həyatı boyu alnıaçıq, savab əməlli bir şəxsiyyət kimi onu tanıyanların qəlbində xoş anlar bəxş etmiş, xeyirxahlığı ilə seçilən ziyalılarımızın səfdəsində yer almaqdadır. Yusif müəllimin adını ilk kəs kimyaçı alimimiz professor Rövşən Xasayoğlundan duyduğumu xatırlamaqdayam. Qaziantepə 2007-ci ildə gəldiyim mart ayında, ilk dəfə məni qarışlayıb Konservatoriyanın o zamankı müdiri Fəxri Çepik müəllimlə tanış etdi. Daha sonra çalışdığı Universitetdəki biologiya fakültəsinə apardı. Birlikdə çalışdığı müəllimlərlə, yetirdiyi aspirantlarla məni tanış etdi. Hörmət-izzət sahibi olduğunu özüm üçün təsbit etdim. Daha sonrakı dönəmlərdə Qaziantep Böyükşəhər Bələdiyyə başqanı Asim Gözəlbəyin dəvəti üzrə həmin qurumda yabançı statusunda məsləhətçi vəzifəsinə təyin olundu. Bir müddət bu vəzifəsində uğurla xidmət göstərdiyi zaman bu şəhərdə ilk dəfə “Botanika bağı”nın qurulması da Yusif müəllimə həvalə olundu. “Çörəyi çörəkçiyə ver, birini də üstəlik” demişlər. Asim bəy dosent alimimiz Yusif müəllimin nəyə qadir olduğunu bildiyi üçün bu mötəbər vəzifəyə irəli çəkib, daha sonra çətin bir xidmət üçün görəvləndirdi. Qısa bir zamanda, gecə-gündüz demədən “Botanik bağçası”nı qurmaq həvəsi ilə çalışdı və ən nəhayət Qazi şəhəri-Qaziantep üçün ortaya  gözəl əsər  bəxş etdi. Açılış mərasimində Valiliyin nümayəndələri ilə birlikdə Antepin Böyükşəhər Bələdiyyəsində yüksək məqamlarda çalışan əməkdaşlarla yanaşı, Universitetin Biologiya fakultəsinin müəllim heyyəti və şəhər ictimaiyyəti də bu açılış münasibəti ilə dəvət olundular. Botanika bağının açılışını Türkiyənin Prezidenti Rəcəb Təyyub Ərdoğan etdi. Bele bir bağı yaratdığı üçün Y.Zeynalova öz təşəkkürünü bildirdi.Türkiyənin ən ğözəl Botanika bağı olduğunu qeyd etdi. “Botanik bağçası”nın Qaziantepdə xalq üçün xidmətə açılması ilə də Yusif müəllimin adı bu şəhərin mədəniyyət tarixindəki siyahıda yerini almış oldu. “Botanik bağçası”nın min-bir çeşid çiçəkdən ibarət, zəngin bitkilərlə əhatələnən “Cənnət bağı”nın sədası qısa zaman kəsimində Suriya dövlətinə də gedib çıxdı. Bu səbəblə də Azərbaycanımızın iftixarı Yusif müəllimi Hələb şəhərinə dəvət etdilər.Türkiyəmizin o zamankı prezidenti Abdullah Gül Dəməq ziyarətində olduğu zaman. Bu “Botanik bağçası”nın eynisini-ikincisini də Hələbdə  qurulmasını şəhərin böyüklərinin təklif etdiklərini də xalqımıza çatdırmaq istərdim dəyərli oxucularım. Bu təklif Yusif müəllimin elminə, biliyinə, zəngin təcrübəsinə hörmət-ehtiramın nişanəsi idi. Razılıq vermək ərəfəsində “Ərəb Baharı” adlı Ərəb dünyasını əsir yesir alan “qara kabus” bu xoş məramın yerinə yetirilməməsinə səbəb oldu nə yazıq ki. Qazi Antep Botanika bağı Türkiyəyə  yaxın olan ölkələrdən hətta Avropanın müxtəlif ölkələrindən çox sayda ziyarətciləri qəbul etdi. Abdullah Gül və Tütkiyənin millət vəkillərinin az qala hamısı Bağı ziyarət etdi. Bir müddət Böyük şəhər Bələdiyyəsindəki fəaliyyəti və “Botanik bağçasının” müdiri vəzifəsində çalışdığı  dönəmdə 2008-ci ildə Böyükşəhər Bələdiyyə başqanı Asim Gözəlbəyin təklifi əsasında 2 cildlik “Qaziantep Çiçəkləri” adlı kitabın yazarı olaraq maliyyə dəstəyi ilə yayınlandı. Bir müddətdən sonra da “İllac Bitkiləri” adlı kitab da Yusif bəyin çalışması ilə işıq üzü gördü.

Ömür keçir, əməl qalır...  

 Bu nəfis kitab elm aləminə təqdim olunmaqla böyük bir hadisə kimi Türkiyədə əks-səda doğurduğunu da qeyd etmək istərdim. Avtoqrafla bir nüsxəsini Ərzurum Atatürk Universitetində çalışan filosof alimimiz, fəlsəfə elmləri doktoru, Professor Babək Qurbanova göndərdiyim az bir zamanda oxuyub yerli qəzetdə bu kitabın tanıtımını gerçəkləşdirdi.  Qəzetin bir nüsxəsini poçt ilə mənə göndərməsini sürpriz bilib Yusif Zeynalova təqdim etdiyimdə sevinc qarışıq təşəkkürünü bildirdi. Bu minvalla Yusif Zeynalovla hörmətli alimimizin dostluq əlaqələri yaranmış oldu. Qismət oldu ki 2009 ilində Qaziantep Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasına magistr bölümünü açmaq üçün dəvət aldıqdan sonra da hər iki müqtədir alimin yaradıcılıq əlaqələri, dostluq müstəvisində davam etdi. Bir xatirəmi də dəyərli oxucularımla paylaşmaq istərdim. Qaziantepin ətraf ərazilərini, kənar çevrəsindəki dağların, yal-yamacların flora və faunasını öyrənmək və elmə məlum olmayan yeni bitki örtüyünü kəşf etmək məramı ilə mütəmadi olaraq tələbələri ilə ekskursiyaya aparan və bu səfərə başqanlıq edən Yusif bəy, “Xarı bülbül”ün bu məkanda olduğunu da söylədiyi zaman heyrət etdim. Belə anladım ki, Azərbaycan xalqının nəzərində “Təkcə Şuşamızda bitən Xarı bülbül” Antepin ətraf dağlarında olmaqla hətta Universitetimizin kampüsündə də qısa ömrünü yaşamaqdadır. Heç inanmağım gəlmədiyimi görüb bir gün Qaziantep Universitetinin ərazisində bitən “Xarı Bülbülü” mənə göstədiyində özümü bir anlıq Ana Vətənimiz Şuşamızda zənn etdim. Heç inana bilmirdim. Amma bir tədqiqatçı alim kimi,dəlilini mənə isbat edəndə daha sözüm qalmadı. Hətta Antep bölgəsində “Xarı Bülbül”ün bir çox çeşidinin olduğu barədə məlumat verəndə “Xarı bülbül” haqqında ayrıca bir kitab yazmasına israr etdim. Razı olsa da alim kimi tədqiqatının, eyni anda müdir kimi “Botanik Bağçasın”da fəaliyyəti, hətda Antep Böyükşəhər Bələdiyyədəki hər üç vəzifəsindəki işlərin çoxluğundan kitabı yazmağa zamanı olmadı.

Hörmətli alimimiz Yusif Zeynalovun 75 İlliyi ərəfəsində bir faktı da dəyərli oxucularımla paylaşmaq istərdim. Tədiqiqatına heç ara verməyən Yusif müəllim Qaziantepin bitkilərini, zəngin çiçəklərini, güllərini mütamadi olaraq araşdırmaq məqsədi ilə bu şəhərin 10 km yaxınlığında yerləşən “Aktoprak” adlı kiçik qəsəbəyə də getmiş, dağlarında bağlarında olan bitki örtüyünün rəsmini çəkərək yeni bir kitab üzərində də çalışırdı. Məhz bu qəsəbənin kənarındakı təpələrdəki bitikiləri öyrənərkən yeni bir kəşfə imza atmış oldu. Və ilk olaraq bu barədə fikrini mənə açıqladığını indi də xatırlamaqdayam qiymətli oxucularım. Dedi ki, “Ay İlqar müəllim yeni çiçək növləri axtara axtara “Aktoprak” qəsəbəsində İmadəddin Nəsiminin mübarək məzarının olduğunu kəşf etdim”. Bu yeni məlumata heyrətimi gizlədə bilmədim. Bu halımı anlayıb dedi ki, “bir gün Babək müəllimlə birlikdə sizi “Aktoprağa” aparacağam” onda sözümün doğru olduğuna inanarsınız. 10 sentyabr 2010-cu ildə böyük alimimiz Osmanoğlunun avtomobili ilə dünyəvi şairimiz Nəsiminin uyuduğu  mübarək məkana, türbənin olduğu səmtə doğru qədəm basdığımızda gördüyümüz mənzərə qarşısında heyrət etdik. O anda həm türbə olmaqla, hətda divarda mərmər lövhə üzərində həkk edilmiş, şairin  şeirindən poetik nümunənin yer aldığı görüntünü dəyərli oxucularımız üçün çəkib, xalqıma təqdim etməklə mənəvi borcumu yerinə yetirmək istərdim.
    
Yusif Zeynalov uzun illər Antepdə təmənnasız xidmətini göstərdikdən sonra bir müddət Iğdır Universitetində də 11 il elmi fəaliyyətini və müəllimliyini davam etdirdi. Bu diyarın bitki örtüyünü, flora-faunasını tədqiq etmək məramı İğdir Universitetinə dəvət olunması ilə Ağrı dağında da həm müəllim həmdə  elmi kəşfiyyatda oldu.6.6 ay bu Universitetdə işlədiyi müddətdə apardığı  tədqiqatlar  “Nuhun çiçəkləri.” və"Ağrı Dağının florası" (Mete Türkoğlu ile birgə) adlı elmi kitablarinda, bir çox məqalələrində yayınlanmış oldu.

AĞRI DAĞI'NIN FLORASI ( CİLTLİ ) METE TÜRKOĞLU - YUSİF ZEYNALOV
 Yusif Zeynalov "Ağrı Dağının florası" 

Hal–hazırda Bakı “Nəbatat Bağı” və Botanika institunda fəaliyyət göstərən ziyalı alimimiz, Yusif Zeynalovu 75 illik münasibəti ilə yaxın dostu, Kimyacı Professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Rövşən Xasayoğlunun bu mübarək yaş gününə ərmağan etdiyi “A dağlar oğlu” rədifli şeiri ilə yubiliyarı təbrik etmək istərdim.
  
Professor Rövşən Xasayoğlu 
 
Dağ kimi cüssəli a dağlar oğlu,
Qüdrəti, vüqarı dağdanmı aldın?
Bu qədər barını, bərəkətini,
Zəhmətin çəkdiyin bağdanmı aldın?
 
Sənin əməlinlə, sənin işinlə,
Vətən qürürlandı, yurdun öyündü.
Sonsuz sevgin ilə nəvazişinlə,
Pöhrələr böyüyüb meşəyə döndü.
 
Zirvəni etmisən özünə məsgan,
Sorağın Şahdağın başından gəlir.
Sənə alim deyim, yoxsa ki, Loğman
Xəbərin Nəbatat bağından gəlir.
 
Anlarsan çiçəyin, gülün dilindən,
Bitkilər əlində məlhəmə döndü.
Nə qədər xəstə də Loğman əlindən,
Şəfalar taparaq üzləri güldü.
 
Durmusan təbiət keşiyində sən,
Meşələr vurğunu, dağlar “dəli”si.
Səndən soruşulur çöl, çayır, çəmən,
Çoxuna vermisən təbiət dərsi.

Yolunu gözləyir Pəri bulağı,
Daşlı bulağın da qulağı səsdə.
Elatın ağ saçlı o Qocadağı,
Səni görmək üçün min bir həvəsdə.
 
El-oba pişvaza çıxıbdır bu gün,
Cavanı, qocası, ağbirçəyilə,
İnsanlar yığılıb təbrikin üçün,
Gədəbəy adında tər çiçəyilə
 
Bu gün doğum günün, çox var yüz yaşa,
Yüzdən az yaşamaq günahdır qardaş.
Nəvənin toyunda oynayaq qoşa,
Çinara yetmiş beş sayılarmı yaş?!


  
 Hər günümüz gələcək üçün xatirədir... -  İlqar Cəmiloğlu-İmamverdiyev yazır
İlqar Cəmiloğlu İmamverdiyev
Sənətşünaslıq Elmləri Doktoru
Qaziantep Universiteti Türk Musiqisi
Dövlət Konservatoriyasının professoru
18. 03 – 2024

Yusif Zeynalov 29-04-1949-çu ildə Gədəbəy rayonunun Şınıx mahalının Düzrəsullu kəndində dünyaya ğəlmişdir. 8-çi sinifi Düzrəsullu 11-çi sinifi isə Cayrəsullu kəndlərində oxumuş. Məktəbi qurtaran il 1966-çı ildə Bakı Dövlət Universitetinin Biyoloğiya və Kimya fakültəsinə daxil olmuş 1971-çi ildə məzun oldukdan sonra Sabirabad rayonu Xəlfəli kəndində təyinat üzrə Biyoloğiya –Kimya müəllimi işləmis.1974-çü ildə o zamankı Maarif Nazirliyinin nəzdində olan Ğənç Təbiətcilər stansiyasinda Botanika şəbəsinin müdürü eyni zamanda 1996-cı ilə kimi Pespubkika Bioloğiya olimpiyadasinin rəhbəri vəzifəsində işləmişdir. Elmə olan həvəsə ğörə 6 aprel 1976-çı ildən Azərbaycan Milli Elmlər Akademiyasi Botanika institunda elmi fəaliyyətə başlamış.1984-çü ildə elmlər namizədi elmi dərəçə almışdır.1985-ci ildə dosent ünvanına layiq ğörülmüşdür.1996-cı ildə Türkiyənin Kars vilayıtindəki Universtetə Müəllim işləmək üçün dəvət almış.1999-cu ilə qədər Kars Unversitetində o zamandan 2007-ci ilə qədər Qaziantep Universitetində müəllim işləmiş həmin illər ərzində 2 Dövlət 2 Tubitak və 6 Universitet Təbbi flora ilə bağlı lahiyələrə rəkbərlik edərək işlər ğörmüşdür. Bütün lahiyələr yüksək səviyyədə yerinə yetirilərək Türkiyə florasini əhəmiyyətli töhvələr vermişdir. O illər ərzində 8 alim yetişdirərək Türkiyənin elminin inkişafina böyük köməkliklər etmişdir. 2007-ci ildə Türkiyə Prezidenti Təyyub Ərdoğanin ğöstərişi ilə Qaziantep Böyük Şəhər Bələdiyəsi Botanika Bağınin qurulması ilə bağlı Bağa müdür həmcinin Böyük Şəhər Bələdiyə Başcısının məsləhətcisi vəzifəsinə kecirilmişdir. Bu dövr ərzində Qaziantep çiçəkləri 1-2 çild və Dərman bitkiləri və onunla müaliçə və 4 dərslik kitablari çap olundu.Birinci  3 kitab Ankara və İstanbulda çap olundu. 2010 şu ilin oktyabr ayinda yeni acilmiş İğdır Universitetinə müəllim ğöndərildi. Müəllimliklə yanaşi Ağrıdağinin florasinida öyrənərək Ağrı dağının Florasi və Nuhun çiçəkləri kitablarinida Ankarada çap etdirdi.Bu kitabın çap olunmasi təkçə Türkiyədə deyil dünyada böyük maraq doğurdu. Yeni təyin elədiyi 4 növədə Ağrı dağının adını verdi. 2015-çi ildə Azərbaycan Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağında Nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasına müdüri təyin olundu.2016-cı ildən Azərbaycana döndü.2023-çü ildən isə Elm Təhsil Nazirliyi Botanika institunda apariçi elmi işci vəzifəsində isləyir. İşlədiyi bu dövrlər ərzində Türkiyədə İstərsədə Azərbaycanda 60-dan cox lahiyələr aparmiş.Bu lahiyələrində bir çoxu dövlət lahiyələri olmuş. 250-dən cox məqaləsidə dünyanin Amerika, Kanada, Almanya, Rusya,   Türkiyə, İtalya, Bolqarıstan və bir cox ölkələrin  jurnallarında cap olunmuşdur.  Qaziantepdə İşləyən zaman dahi Azərbaycan şairi İmaməddin Nəsiminin Məzarını aşkar etmiş onunla bağlı Azərbaycan mətbuatında məqalələr çap etdirmişdir. İstər Türkiyənin İstərsədə Azərbaycanin Televiziy və radio kanallarında cox sayda cıxışları olmuşdur.

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.