Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib

14.01.24

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günün 85 illik yubileyinə həsr olunmuş “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” adlı tədbir keçirilib. Tədbirdə Millət vəkillərindən Musa Urud, Hicran Hüseynova, Məlahət Həsənova, Sevinc Fətəliyeva, yazarlardan, Vahid Əziz, Varis Yolçuyev, Xanım İsmayılqızı və başqaları iştirak ediblər. Tədbir çərçivəsində Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusiflinin şairə həsr etdiyi “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” kitabının təqdimatı da baş tutub.
Tədbirdən öncə Nurəngiz Günün kitablarından və ona həsr olunmuş nəşr nümunələrindən ibarət sərgiyə baxış olub.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli ədəbiyyata “Tanrı” povesti ilə gələn Nurəngiz Günü istedadlı şairə, publisist və dəyərli insan kimi xarakterizə edib. O, “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” kitabının təqdimatının görkəmli sənətkar, şair Nurəngiz Günün 85 illik yubileyinə təsadüf etməsini əlamətdar hadisə kimi qiymətləndirib. 
AMEA rəhbəri müstəqillik dövrü ərəfəsi və müstəqillik dövründə Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan tanınmış şairə Nurəngiz Günün poeziyasının əsas xüsusiyyətlərindən bəhs edərək ədibin Azərbaycan şeirinin orijinal nümunələrini yaratmış böyük sənətkar olduğunu vurğulayıb. Bildirib ki, Nurəngiz Günün yaradıcılığında xalis lirika ilə yanaşı, ictimai motivlər də paralel şəkildə yer almış və bir-birini tamamlamışdır: “Hələ Sovet hakimiyyəti illərində Nurəngiz Günün yazdığı “Qəfəs Respublikası” adlı dərin ictimai məzmuna malik şeir böyük vətəndaşlıq misiyasının ifadəsinə malik olan qiymətli əsərdir”.
Akademik İsa Həbibbəyli qeyd edib ki, çoxcəhətli yaradıcılığa malik olan Nurəngiz Gün peşəkar yazıçı missiyasını həm lirikasında, həm də poemalarında yüksək səviyyədə yerinə yetirmişdir. Onun sözlərinə görə, “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” kitabında şairənin yaradıcılığı bütün istiqamətlər üzrə dərindən təhlil olunmuş, elmi təhlillər aparılmışdır. AMEA prezidenti dörd hissədən ibarət olan, Nurəngiz Günün mükəmməl ədəbi portretinin yaradıldığı bu kitabda şairin qızı, Milli Məclisin deputatı Jalə Əliyevanın da Nurəngiz Günlə bağlı müsahibəsinin yer aldığını və bu müsahibənin kitabda irəli sürülən müddəaları tamamladığını diqqətə çatdırıb. O, kitabda Nurəngiz Günün ömür yolunu, yaradıcılığını əks etdirən fotosalnamənin təqdim olunduğunu da vurğulayıb.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli “Nurəngiz Günün Güney poeziyası” və Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov “Nurəngiz Gün poeziyasının işığında” adlı məruzələrində şairin yaradıcılığının xarakterik xüsusiyyətlərindən söz açıblar.
Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüsyenova, Xalq şairi Vahid Əziz, Xalq yazıçısı Elmira Axundova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxışlarında Nurəngiz Günün Azərbaycan ədəbiyyatındakı müstəsna yeri və müstəsna xidmətlərindən danışıb, xanım şairə olan böyük sevgi və ehtiramdan bəhs ediblər.
Tədbirdə məktəblilərin ifasında Nurəngiz Günün şeirlərindən nümunələr səsləndirilib. 191 nömrəli məktəbin müəllimi Aybəniz Qəhrəmanovanın təşkilatçılğı ilə hazırlaşmış şagirdlər iştirakçılarda böyük təəsürat yaradıblar.
Filologiya elmləri doktoru Esmira Fuad “Nurəngiz Gün nəsrində “qırmızı qaranlıq”larla poetik üzləşmələr”, filologiya üzrə fəlsəfə doktoru, dosent Bahar Bərdəli “Nurəngiz Günün poetik yaradıcılığı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlı “Nurəngiz Gün poeziyasında insan-cəmiyyət və insan-təbiət münasibətlərində harmoniya axtarışı” məruzələrinində Nurəngiz Günün əsərlərinin məziyyətlərindən, fəlsəfi şeirlərindən, sənətkarlıq xüsusiyyətlərindən bəhs ediblər.
Sonra filologiya elmləri doktoru Vaqif Yusifli “Nurəngiz Gün sənətinin özəllikləri” məruzəsində yubliyarın sənət yolunun özəlliklərinə toxunub. “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” kitabının yaranma zərurətindən bəhs edib.
Tədbirdə yubliyarın həyat və fəaliyyətindən bəhs edən video-çarx da nümayiş olunub. 
Sonda şairin qızı, deputat, filologiya elmləri doktoru, professor Jalə Əliyeva çıxış edərək tədbirin yüksək səviyyədə təşkili üçün təşəkkürlərini çatdırıb, anasının xatirəsinə göstərdikləri ehtirama görə minnətdarlıq edib.

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.