Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında təmsil olunur
06.06.23

Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılış mərasimi keçirilib. Festival Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Festivalın həmtəşkilatçılarından biri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondudur. Sərgidə Fond tərəfindən hazırlanan xüsusi stenddə təşkilatın nəşrləri təqdim edilir.
Tədbirin açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı, Türk Əməkdaşlıq Təşkilatlarının nümayəndələri, festivalın rəhbəri, şair Xəyal Rza çıxış ediblər.
Mərasimdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə meneceri Mirbek Karıbayev hər il keçirilən festivalın ənənəyə çevrilməsinin önəmindən bəhs edib: “Builki festival Azərbaycanın dahi lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğu üçün xüsusilə əlamətdardır. Festival mütaliəyə marağın artırılması, türk xalqlarının ədəbiyyatının təbliği baxımından vacib önəm daşıyır. Türk xalqlarının çoxəsrlik mədəniyyətini, irsini qoruyub saxlamaq, dünyada tanıtmaq və gələcək nəsillərə çatdırmaq Fondun əsas məqsədlərindəndir. Ona görə də Fondumuzun bugünkü festivalın təşkilatçılarından biri kimi çıxış etməsi təbiidir”.
Qeyd olunmalıdır ki, festival çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstana həsr olunan günlərdə Fond tərəfindən müxtəlif proqramlar hazırlanmışdır. Belə ki, festivalda “Saqınbaydın Manası” kitabı, Süleyman Çələbinin “Mövlud” əsəri oxuculara təqdim olunacaq. Həmçinin “Abay Kunanbayevin həyat və yaradıcılığı”,  “Məhdimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı” , “Əlişir Nəvai inciləri”, “Mikloş Radnotinin şeir gecəsi” adlı tədbirlər təşkil olunacaq. Eyni zamanda Fondun dəstəyi ilə Çingiz Aytmatovun 95 illik yubileyi münasibəti ilə Bakı Bələdiyyə Teatrı tərəfindən hazırlanan “Ana tarla” əsərindən parçalar tamaşaçılara nümayiş etdiriləcəkdir.

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.