Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Polşadakı Səfirliyimiz Varşava Beynəlxalq Kitab Sərgisində təmsil olunub
01.06.23

Cari ilin 25-28 may tarixində Polşa Respublikasında Varşava Beynəlxalq Kitab Sərgisi keçirilib.

Sərgidə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın Polşadakı Səfirliyi ilə birgə iştirak edib. Kitab sərgisində Türk dünyasının dövlətçiliyi, tarixi, mədəni irsi, incəsənəti, ədəbiyyatı ilə bağlı  Fondun üzv və müşahidəçi ölkələrinin dillərində – Azərbaycan, qazax, qırğız, türk, özbək, macar – eyni zamanda ingilis, rus, polyak, ərəb, alman, italyan və digər dillərdə olan 500-ə qədər kitab, o cümlədən  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nəşrləri, eləcə də Azərbaycanın Polşadakı Səfirliyi tərəfindən təqdim olunan kitablar iştirakçılara nümayiş etdirilib.

Sərhilənən kitablar arasında 2023-cü il “Heydər Əliyev İli” elan edilməsi çərçivəsində Türk dünyasının böyük oğlu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş nəşrlər, həmçinin Türk dünyasının qürur mənbəyinə çevrilmiş tarixi Qarabağ Zəfərinə aid kitablar, habelə Türk dünyasının görkəmli fikir adamları Nizami Gəncəvi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Süleyman Çələbi, Yunus Əmrə, Abay Kunanbayev, Toktakul Satılkanov, Muxtar Auvezov, Məhdimqulu Fəraqi, Çingiz Aytmatov və digər yazıçı və şairlərin əsərləri yer alıb.

Beynəlxalq Türk Mədəniyyəti irsi Fondunun əməkdaşları Fərid Hüseynov və Ləman Ağagülova bir sıra Avropa ölkələri, o cümlədən İspaniya, Rumıniya, Polşanın nəşriyyat və qurumları ilə görüşlərdə təşkilatın Türk dünyasının mədəniyyətinin, irsinin beynəlxalq miqyasda təbliği və tanıdılması istiqamətində gördüyü işlər barədə geniş məlumat vermiş, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmişlər. Fond və Səfirliyin birgə stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Qeyd olunmalıdır ki, Beynəlxalq Varşava Kitab Sərgisi Avropada ənənəvi olaraq keçirilən və hər il yüz minlərlə oxucunun maraq göstərdiyi ən nüfuzlu kitab sərgilərindən biridir.

Bu il sərgidə yerli nəşriyyatlarla yanaşı, 14 əcnəbi ölkə təşkilatları iştirak edib. Ümumən 500-dən çox iştirakçının qatıldığı sərgi Varşava Mədəniyyət və Elm Sarayında baş tutub. Ukraynanın Fəxri qonaq statusunda təmsil olunduğu sərgiyə İtaliya, Norveç, İspaniya, Fransa, Slovakiya, İslandiya, Avstriya, Çin, Hindistan, Cənubi Koreya, Tayvan və digər ölkələr qatılıb. 1000-dən artıq yazar, tərcüməçi və naşirin iştirak etdiyi kitab sərgisində əsasən tanınmış müəlliflərin imza günləri, oxu saatları, ədəbi müzakirələr və konsert proqramları olmaqla 4 gün ərzində 270-dən artıq tədbir təşkil olunub.

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.