Günay Əfəndiyeva: “Şübhəsiz ki, Şuşanı geniş miqyasda tanıdarkən Türk qardaşlığının, birliyinin gücünü dünyaya bir daha sərgiləmiş oluruq”
01.05.23

Günay Əfəndiyeva: “Şübhəsiz ki, Şuşanı geniş miqyasda tanıdarkən Türk qardaşlığının, birliyinin gücünü dünyaya bir daha sərgiləmiş oluruq”

Bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin Ankara şəhərində TÜRKPA-nın “Daha ədalətli dünya üçün parlament diplomatiyası: enerji, miqrasiya, ərzaq” mövzusunda keçirilən 12-ci plenar iclasında çıxışı zamanı söyləyib. 

İclasda çıxış edən Günay Əfəndiyeva Türkiyə Cümhuriyyətinin quruluşunun 100-ci ildönümü münasibətilə təbrik edərək,bu ilin əvvəlində ölkənin böyüktəbii fəlakətlə üzləşməsinin bütün Türk Dünyasını dərindən sarsıtdığını qeyd edib. Fondun prezidenti Türkiyəyə dəstək məqsədilə rəhbərlik etdiyi təşkilat tərəfindən müxtəlif layihələrin həyata keçirildiyini bildirib.
Günay Əfəndiyeva Türk Əməkdaşlıq Təşkilatlarından ən gənci olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun TÜRKPA ilə əlaqələrindən bəhs edərək, deyib: “Ötən ildən etibarən beynəlxalq heyətlə tam hüquqlu fəaliyyətinə başlayan Fond tərəfindən türk dövlətlərinin parlament nümayəndələri ilə keçirilən görüşlər, onların təşkilatın müxtəlif tədbirlərində fəal iştirakları TÜRKPA ilə münasibətlərimizi daha da gücləndirməkdədir. Bu dönəmdə Fond tərəfindən Nizami Gəncəvi, Əlişir Nəvai, Yunus Emre, Məhdimqulu Fəraqi, Abay Kunanbayev, Çingiz Aytmatov, Mikloş Radnotivə digər böyük sənətkarlara həsr olunmuş tədbirlər çərçivəsində təşkilatın mərkəzi qərargahında üzv dövlətlərin millətvəkilləri ilə görüşlər gerçəkləşdirildi. Bu ayÖzbəkistanla təşkilat arasında mədəni sahədə tərəfdaşlığıgenişləndirmək üçün ölkənin Ali Məclisinin sədri ilə görüşdük.  

İki gün öncə Bakıda Fondun himayəsi ilə millətvəkillərinin iştirakları ilə Türk Dünyasının böyük oğlu Heydər Əliyevin 100 illiyi çərçivəsində görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 95-ci ildönümü qeyd olundu. Fondun təşkilatçılığı ilə tamaşa göstərildi. Düşünürəm ki, bunlar TÜRKPA ilə mövcudəməkdaşlığımızın önəmli nümunələrindəndir”. 

Günay Əfəndiyeva “Türk dünyasına baxış - 2040” çərçivəsində Fond tərəfindən aparılan işlərdən söz açaraq, bildirib: “Təşkilat Türk Dünyasının mədəni irsinə dair saziş sənədi hazırlamaqdadır. Sənəd yaxın günlərdə təşkilatın üzv ölkələrinə və parlamentlərinə göndəriləcəkdir. Eyni zamanda, ümumtürk irsi ilə bağlı,tərəfimizdən bu il Türküstanda Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısı çərçivəsində böyük bir sərginin təşkili nəzərdətutulur.”

Günay Əfəndiyeva təşkilatın Qarabağın incisi Şuşa şəhərinin 2023-cü il üzrə Türk Dünyasının Mədəniyyət Paytaxtı ünvanını daşıması ilə əlaqədar layihələrindən danışıb: “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Şuşanın tarixi və mədəni irsinin müxtəlif ölkələrdə tanıdılması yönündə “Şuşa Günləri” adlı böyük layihə başladılıb. Şuşa tarix boyu görkəmli sənətkarların məskəni olmuşdur. Eyni zamanda işğaldan azad edilməsi ilə şəhər bütün Türk Dünyasında qürurun, fəxarətin rəmzinə çevrilmişdir. Təşkilatın ötən il Bursada və bu il Daşkənddə keçirdiyi “Şuşa Günləri”nin Türk Dünyasının digər şəhərlərində də təşkili planlaşdırılmaqdadır”.

“Şübhəsiz ki, Şuşanı geniş miqyasda tanıdarkən Türk qardaşlığının, birliyinin gücünü dünyaya bir daha sərgiləmiş oluruq”, – deyə  Günay Əfəndiyeva bildirib.

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.