Bədirxan Əhmədli - Şəms Təbrizi və onun mənalar dünyasının bədii dərki

03.03.23

Tanınmış yazıçı Nəriman Əbdülrəmanlının "Şəms" romanı bu günlərdə çapdan çıxıb; yazıçı əsəri "roman-qeybnamə" adlandırır. Adın doğurduğu assosiasiya özlüyündə Mövlana Cəlaləddin Ruminin təsəvvüf rəhbəri olan dostluqları barədə əfsanələr dolaşan şeyx Şəms Təbrizinin həyatını əks etdirir. Şəms Təbrizi və onun Cəlaləddin Rumi ilə dostluğu, ölümü barədə o qədər bir-birinə zidd əfsanə və rəvayətlər dolaşır ki, yazıçının bu əfsanələr burulğanında necə hərəkət edəcəyi və bu işin içindən necə çıxacağı maraq doğururdu. Əslində, Şəms Təbrizinin həyatı, ölümü və ölmündən sonra qəbrinin müxtəlif yerlərdə ziyarətə çevrilməsi də bunu deyir. Haqqında yazılan çoxsaylı əsərlər də böyük sufinin həyatının məhz bu qaranlıq məqamlarına işıq tutsa da, o əsərlərdə bu iki sufinin həyatı, dünyaya baxışı, dostluqları, taleləri barədə informasiyalar, rəvayətlərdəkindən uzağa getmir, necə deyərlər, bir-birini təkrarlayırdı. Nərimanın "Şəms" romanı isə bu tendensiyadan kənara çıxır və yeni bir tendensiyanın əsasını qoyur. Bu tendensiya Şəms Təbrizini bütün yazılanlardan fərqli olaraq Mövlananın kölgəsindən çıxarır, həqiqət axtarıcısı, bir Ruh adamı kimi göstərir, onun həqiqət axtarıcılığının yeni versiyasını yaradır. Bu alternativ versiya iki aspektdən diqqəti cəlb edir; tarixi və bədii.

Əsərdə XII yüzilin sonu-XIII yüzilin əvvəllərində yaşamış Şəmsin həyatı və başına gələn hadisələrdən bəhs edilir. Cəlaləddin Rumi və bir çox tarixi şəxsiyyətlərin də yer alması romanın tarixi aspektini müəyyənləşdirir. Bu mənada, əsəri "tarixi roman" da adlandırmaq mümkündür. Lakin tarixi romanın özü də müxtəlif estetik prinsiplərlə səciyyələnir. Nəriman da tarixi roman hesab etdiyimiz əvvəlki əsərlərində ("Könül elçisi...", "Taclı") bir-birindən fərqli üslublarda keçmişi təsvir etməyin yeni yollarını arayıb və buna nail olub. Yazıçı "Şəms" romanında tarixilik prinsipini bir qədər də inkişaf etdirərək tarixi fonla bədii təxəyyülün mükəmməl sintezini, tarixi hadisə və şəxsiyyətlərin həm forma, həm də məzmun vəhdətini yarada bilib.

"Şəms" romanında yazıçının tarixi hadisələri bədii şəkildə dərki əvvəlcədən müəyyənləşdirilmiş şərhə yox, tarixi səbəblərin dərkinə əsaslanır. Oxucu özünü rəvayətlərə, əfsanələrə bürünmüş bir sufinin həyatı ilə tanışlığa hazırladığı bir zamanda onun yaşadığı dövrün, hadisələrin xronologiyası ilə də qarşılaşır. Yazıçı sanki baş vermiş hadisələri yenidən dəyərləndirir, oxucunu yormadan, tarixi sənədlərə istinad etmədən dövrün ruhunu, tarixi hadisələrin inkişaf qamnunauyğunluqlarını, psixologiyasını, mühitini ugurlu şəkildə təsvir edir. Roman boyu Şəms Təbrizinin fərdi həyatını onu məşğul edən, maraq dairəsində olan (bütün bunlar Şəms Təbrizinin zamanında baş verən ictimai-siyasi, hərbi hadisələri necə həyəcanla izlədiyinin şahidi oluruq) tarixi hadisələrlə bağlaya bilir, Şəms və onun ətrafında baş verən hadisələri gerçəkliyə uyğun təsvir edir. Onun keçmişi  bizə ruhən çox doğmadır. Yazıçı burada dövrün hadisələrini, müharibələrini, toqquşmalarını ən kiçik detallarına qədər incələyir. Tatarların Təbriz ətrafını tutmaları, üç gün ərzində təbrizlilərin əllərində nə vardısa yığıb verməsi, daha sonra onların Səraba üz tutması, şiddətli hücumlarla şəhəri ələ keçirmələri, Arana yollanaraq Beyləqanı xarabaya çevirmələri, Gürcüstanı diz çökdürmələri bu mənzərəni aydın əks etdirir. Tarixilik havası yalnız müharibələrin, toqquşmaların verilməsində deyil, həm də bu dövrdə baş verən fikri cərəyanların, ideyaların ifadə edilməsindədir: "Tatarlar Muğana üz tutanda mən artıq yoldaydım, təhlükə Təbrizin başının üstündən sovuşan kimi, getmək qərarına gəlmişdim. Şeyx Əbu Bəkrlə son vaxtlar Əbu Həmid əl-Qəzalinin məşşailik, Şəhabəddin Sührəvərdinin işraqilik təlimləri barədə söhbət eləmişdik. Məndən ötrü rumlu Ərəstu və Əflatundan başlanan məşşailiyin nədən öz yerini asanlıqla işraqiliyə verməsi çox maraqlıydı. Şeyx Əbu Bəkr həm məşşailik, həm də işraqilikdə dərya olan Sührəvərdinin yolunu davam etdirən Şeyx Şəhabəddin əs-Sührəvərdinin Bağdadda, xəlifə Nasir Lidinillahın himayəsində yaşadığını, bununla bağlı sualların cavabını ondan ala biləcəyimi söyləmişdi". /525.az/

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.