Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Litva Karaimləri” adlı konfrans keçirilib
31.10.22

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilat ilə Litva Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində “Litva Karaimləri” adlı konfrans və sərgi keçirilib.
Konfrans  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Litva Respublikası arasındakı əlaqələrin tarixçəsini əks etdirən  videoçarxın nümayişi ilə başlayıb.
Konfransı  giriş sözü ilə açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tarixi şəraitlərdən asılı olaraq, bir sıra  türk xalqlarının müxtəlif ölkələrə köçərək, orada məskunlaşmasından söz açıb. O, hazırda azsaylı türk etnik kökənli xalqlarla münasibətlərin bərpasının və genişlənməsinin müşahidə olunduğunu qeyd edib. Fondun prezidenti Türk xalqlarının inteqrasiyasına Türk dövlət başçıları, eləcə də Türk Əməkdaşlıq Təşkilatları tərəfindən diqqətin və dəstəyin göstərildiyini vurğulayıb. Günay Əfəndiyeva  türk xalqlarının məskən saldığı  ölkələrdən biri olan Litva Respublikasının, ərazisində yaşayan türk etnik kökənli milli azlıqlara – tatar və karaimlərə göstərilən diqqətli münasibətini təqdirəlayiq hal kimi qiymətləndirib: “Təsadüfi deyil ki, ötən il Litva Respublikası tərəfindən ölkədə “Litva tatarlarının İli”, bu il isə “Litva karaimlərinin İli” elan olunmuşdur. 2021-ci ildə Fond ilə Litva Respublikası arasında Litva tatarlarının və karaimlərinin tarixi və mədəni irsinin qorunması və daha da geniş təbliği məqsədi ilə Əməkdaşlıq Memorandumu imzalanmışdır. Fondda Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqisin iştirakı ilə Litva tatarlarının yetişdirdiyi görkəmli şəxsiyyətlərin nadir portretlərini, onların adət-ənənələrini əks etdirən tarixi fotoşəkillərin nümayiş edildiyi “Litva Tatarları” sərgisi açılmışdır”.
Fondun prezidenti diqqətə çatdırıb ki, karaimlər Litvada yaşayan, ən kiçik türk mənşəli etnik qrupdur. Trakayda məskunlaşan karaim icması əsrlər boyu öz adət-ənənələrini, inanclarını və ən əsası dilini qoruyub saxlamışlar. Onların dili qıpçaq qrupuna aiddir və BMT tərəfindən qorunan dillərdən biridir. Karaimlərin sayının az olmasına baxmayaraq, Türk Dünyasında özünəməxsus yerə sahibdirlər və Litva cəmiyyətinin də önəmli parçasıdırlar.
Günay Əfəndiyeva Fondun “Litva Karaimlərinin İli”nin açılışı çərçivəsində keçirdiyi tədbiri xatırladaraq, deyib: “Tədbir Litva Respublikasının birinci xanımı Diana Nausedienenin Fondu ziyarət etməsi ilə gerçəkləşdi. Diana Nausediene ilə xalqlararası inteqrasiyanın önəmindən, hər bir xalqın ümumbəşəri irsə bəxş etdiyi töhfələrdən, multikultural və tolerant dəyərlərin əhəmiyyətindən bəhs etdik. Daha sonra isə Litvanın Azərbaycandakı səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində karaimlərə həsr etdiyimiz sərgiyə baxış keçirdik. Bu gün yenidən karaim irsini tanımaq və tanıtmaq üçün konfrans təşkil edirik, sərgi açırıq, bir araya gəlirik. Karaimlərin əsrlərin dərinliyindən gələn tarixi-mədəni irsini öyrənir, onların keçmişinə bir daha nəzər salırıq”.
Tədbirdə çıxış edən Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Egidius Navikas Fondun fəaliyyətini türk dünyası ilə digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun  təşviqi və inkişafına töhfə kimi qiymətləndirib. Səfir Litva Respublikasının Azərbaycandakı Səfirliyi ilə Fondun bir sıra birgə layihələrinin həyata keçirilməsinin önəminə toxunaraq, uğurlu əməkdaşlıqdan böyük məmnunluq duyduğunu dilə gətirib.
Litva Karaimləri Mədəniyyət Assosiasiyasının sədri Karina Firkaviciute konfransda təqdimatla çıxış edərək, karaimlərin qədim tarixi, mədəniyyəti, keçmişdən bu günə keçdiyi yol barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. K.Firkaviciute karaimlərin dili, dini inancları, sayı, eləcə də rəhbərlik etdiyi icmanın özünəməxsusluğunun qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlərdən danışıb.
Konfransın sonunda qarşılıqlı şəkildə hədiyyələr təqdim olunub.
Tədbir çərçivəsində karaimlərin adət-ənənələrini, yaşayış tərzini, milli geyimlərini əks etdirən rəsmlərdən ibarət sərginin açılışı baş tutub. Sərgi Litva Karaimlərinin sənətçiləri Rytas Linge və Augusta Firkovic tərəfindən ifa edilən milli musiqi və mahnılar ilə müşayiət olunub.
Tədbirdə rəsmilər, Fonda üzv və müşahidəçi ölkələrin, eləcə də digər dövlətlərin səfirləri, Litva Karaimlərinin təmsilçiləri, ictimai xadimlər iştirak edib.

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.