Azad Qaradərəli - Zori Balayanın azərbaycanlı vəkilləri yaxud ayı kimin əmisi oğludur?
25.10.22

Dövlətlə höküməti qarışdırmayanlara – sayqı və ehtiramla



    “Şəhərcik” romanım çapdan çıxandan az sonra bir nəfər qadın zəng etmişdi. Mənim yazı-pozumu oxuduğunu, guya kitablarımın hamısını aldığını, hətta haqqımda nəsə yazmaq istədiyini də bildirib, axırda ağılagəlməz bir sual verdi:”Müəllim, siz romanın bir yerində Zori Balayanın “Ruhumuzun dirçəlişi” kitabı haqqında yazmısınız e... Siz o kitabı görmüsünüz? Oxumusunuz?”
    “Xeyir, nə görmüşəm, nə oxumuşam. Amma haqqında bir neçə yazı oxumuşam. O yazı müəlliflərinin biri isə erməni müəllif idi. Mən onu kompüterimdə hansısa qovluğa atmışam... Lazım olsa...”
    “Bilirsiz, müəllim, siz allah pis başa düşməyin e... Deyirlər ki, o kitab, ümumiyyətlə, olmayıb... Onu Zori Balayanın adından onun düşmənləri yazıblar...”
    “Hə, düzdür. Düz eşitmisiniz... Sizə bir sirr açım... Amma başqa yerdə danışmayın... Yalnız sizə açıram bu sirri: o kitabı mən yazmışam Zori Balayanın adından...”
    Telefonumda bir cür səs eşidildi:”Dğğğıttttttt” və ara kəsildi. Yəqin qadın onu doladığımı anlayıb qırmızı düyməni basmışdı...
    Heyf! O qadının adını soruşmağı unutmuşdum. Nömrəsi də telefonuma düşməmişdi – gizli nömrədən zəng edirmiş... Niyə axı? Niyə gizli nömrədən? Məramın açıqsa, niyə gizli nömrədən?!
    Nə bilim, bəlkə, Zori Balayanın hesab edilən o mənhus kitabı bu qadın özü yazmışdı? Ya, bəlkə, bu qadın Z.Balayanın Azərbaycandakı çoxsaylı pərəstişkarlarından biri idi? Ya bəlkə Z.Balayanın qohumu idi, ya vəkili idi? (Təəccüblənmədiyinizə əminəm. Hansısa bizə qarşı döyüşən generalın bacısı Azərbaycanın bir rayonunda yaşamırmı? Sabunçuda, Suraxanıda, Balaxanıda adı Arifə, Reyhan, Ceyran olan erməni qadınları yaşamırmı?.. Ermənistana baxmayın, biz tolerantıq.)
    Sonralar çox hörmət etdiyim, ətrafında çoxluca şoular yaranan usta bir qələm də mənə dedi ki, sənin “Şəhərcik” romanın xoşuma gəldi. Cəsarətli əsərdir, amma incimə, Zori Balayana aid səhifələrdə şouya uymusan. Zori Balayan elə kitab yazmaz!
    “Bəs kim yazar?!” – deyə soruşanda əsəbi halda “nə çoxdur özündənbezənlər” deyib söhbəti dəyişmişdi...
    Və bir də tək Zori Balayanın deyil, ümumən, ermənilərin vəkili rolunda çıxış edən Suyuşirin  xanım durub-durub demişdi ki, Mübariz İbrahimov qəhrəman deyil... Hətta bizim bu əfsanəvi qəhrəmanımız haqqında ayrı hədyan da danışmışdı ki, dinc yuxuda olan erməni xalqını qıran adam qəhrəman ola bilməz və həkəza...
    Əlbəttə, mən o Suyuşirin qadına cavab verəcək səviyyəyə dümərəm və düşmədim də. Amma əvəzində, Mübariz İbrahimov haqqında “Mübarizlər” adlı bir hekayə yazdım. O hekayədən, təxminən belə nəticə çıxırdı ki, 44 günlük müharibəmizi, əslində, Mübariz başlayıb. Onun əzmi, qorxmazlığı, erməniyə “dur” deməsi... İndi çoxlarına zarafat kimi gələr, amma onda bir erməni vardı, kobud rus ləhcəsi ilə bizi hədələyirdi: “İstəsək, Bakıya qədər gələrik.. Oturun yerinizdə...”
    Sonra, 44 günlük müqəddəs savaşda biləcəyik ki, bir keçmiş erməni zabiti, Şuşadakı mülkünü, restoranını itirərək ağlayır... və onu da biləcəyik ki, həmin erməni o bizi hədələyən erməniymiş...
    Bitdimi?
    Bitmədi...
    Sonradan bizim əsgərlərimiz erməni postlarını dağıdaraq bu quldurları Zəngəzurda məhv edəndə yeni xilaskarlar peyda oldu... “Ay aman, qoymayın, bizimkilər Qarabağ sərhədlərindən çıxaraq Ermənistan sərhədlərinə girirlər!..”
    (Tanış hava idi. 1993-cü ildə bütün rayonlar işğal edilmiş, Zəngilan tək bir ada kimi qalmışdı. Cəbrayılın, Qubadlının yarısına və bütün Zəngilana nəzarət edən Zəngilan alayının əfsanəvi komandiri Firudin Şabanov Bakı qarşısında məsələ qaldırdı: “Biz bu vəziyyətdə burada mühasirədəki kimiyik. Hər yerlə əlaqəmiz kəsilib. İcazə verin, 44 kilometr məsafəni – Meğri rayonunu bir hucumla alaq, Naxçıvanla birləşək...” O vaxt Milli Məclisin sədri olan Rəsul Quliyev demişdi ki, Meğri Qarabağ deyil, biz Ermənistanın ərazisinə girə bilmərik!..
    Rəsul Quliyev o sözü, təbii ki, öz ağlı ilə deməmişdi, daha önəmli birisinin  ağlı və ağzı ilə demişdi...
             Və az sonra, Zəngilan bütün dirənişlərə baxmayaraq işğal olundu...)
    Ay balam, bəs Zəngilan, Laçın, Kəlbəcər, Qubadlı Qarabağ deyildi axı?! Ay səsiniz batsın, niyə onda tumanınızı başınıza çevirib qışqırmırdınız ki, ay erməni itin oğlu, hara soxulursan, Kəlbəcər Qarabağ deyil axı?!
    Gülməlisi bilirsiniz nədi?
    Mənim “Cəbrayıl əfsanəsi” romanım çıxandan sonra həmin erməni vəkilləri təzə düdük çalmağa başlayıblar: Cəbrayıl Dövlətzadə boğduğu erməni generalının adı nədir?!
    Sənin üçün nə fərqi var, ay hunanist oğlan? Bizim şəhidlər xiyabanındakı Naməlum əsgərlərin kimliklərini axtarıb yoruldun, indi də hansısa gəbərmiş erməni generalının adını öyrənməyə çalışırsan?..
    Biz o qədər humanist olduq ki, əvvəl İravanı, sonra bütöv Qərbi Azərbaycanı, daha sonra Zəngəzuru itirdik. Əgər son zəfərimiz olmasaydı, torpaqlarımızın 20 faizini də itirəcəkdik.
    Bəli, daha bizə humanizm zurnası çalmayın. Çətini biz türk olduğumuzu bilənənəcəndi! Çətini biz atımızı minənəcəndi! Çətini biz “kəndimizə” gələnəcəndi!..
    Sonuncu cümlədəki Türkiyə türkcəsində olan sözü qəsdən işlətmişəm!
    Qoy qısqananlar çatlasın!
    21-ci əsr TÜRK əsridir!
    Di gedin qoturunuzu qaşıyın, erməni vəkilləri...

    S.A (Söz Ardı.)
    Folklorumuzu bəyənməyən zatlar üçün bir nümunə. “Ayı kimin əmisi oğludur?” adlı bir rəvayət var. Bir əmioğlu ona hücum eləmiş ayını, özünümüdafiə zamanı öldürür. O biri əmioğlu isə əmisi oğlunu qınayır ki, sən bu gözəl heyvana necə qıydın?
    Biçarə əmioğlu yaralarını sarıya-sarıya əmioğlusuna deyir: “Əmioğlu, sən mənim əmioğlumsan, ya ayının əmisioğlusan?!”
    Bəs siz necə, kimin əmisioğlusunuz?!
    
 12.10.2022


Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.