Günay Əfəndiyeva Polşada bir sıra görüşlər keçirib
26.09.22

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Polşa Respublikasına işgüzar səfəri çərçivəsində orada yaşayan tatar icmasının rəhbəri, Polşanın Baş müftisi Tomasz Miskievicz ilə görüşüb.

Görüşdə həmçinin Azərbaycanın, Türkiyənin, Macarıstanın Polşadakı səfirləri və Qazaxıstanın Polşadakı səfir müavini, eləcə də tatar icmasının nümayəndələri iştirak edib.
Görüşdə XIV əsrdən Polşada məskunlaşan türk kökənli etnik azlıqlar olan tatarların çoxəsrlik tarixi və mədəni irsinin öyrənilməsi və qorunması yönündə müzakirələr aparılıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Avropa ərazisində, o cümlədən Litvada və Polşada yaşayan tatar və karaimlərin mədəniyyətinin mühafizəsinin Fondun maraq dairəsində olduğundan söz açaraq, təşkilat tərəfindən bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs edib.
Polşanın Baş müftisi Tomasz Miskievicz, ötən il Fondun prezidenti ilə keçirilən görüşləri, eləcə də tatarların sıx məskunlaşdığı Belostok şəhəri və Sokoliki bölgəsinə edilən birgə ziyarətləri xatırladaraq, təşkilatın türk xalqlarının qədim mədəni dəyərlərin təbliği və təşviqi yönündəki fəaliyyətini yüksək qiymətləndirib. Tomasz Miskievicz, tatarların ölkədəki dini və sosial həyatları haqqında danışaraq,  onlara məxsus olan maddi və mənəvi abidələrin mühafizəsi və təbliği barədə məlumat verib.
Aparılan müzakirələrdə Avropa məkanında Türk mədəniyyətinin təbliği ilə bağlı birgə əməkdaşlığın vacibliyi qeyd olunub.

Həmçinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Polşa səfəri çərçivəsində  Frederik Şopen adına Varşava Musiqi Universitetinin rektoru Klaudiusz Baran ilə görüşüb.
Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva  türk xalqlarının çoxəsrlik mədəni-irsinin təbliği yönündə təşkilatın müxtəlif təhsil ocaqları ilə əməkdaşlığından bəhs edib. O, Fond ilə Polşanın, eləcə də Avropanın ən qədim və böyük Universitetlərindən biri olan Frederik Şopen adına Varşava Musiqi Universiteti arasında gələcəkdə birgə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb.
Frederik Şopen adına Varşava Musiqi Universitetinin rektoru Klaudiusz Baran, Türk Dünyasının maddi-mənəvi dəyərlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində Fond tərəfindən görülən işləri yüksək qiymətləndirib. Rektor Avropa və Türk dünyasının musiqisinin zənginliyindən söz açaraq, Universitetin Fond ilə əməkdaşlığı məmnuniyyətlə qarşıladığını nəzərə çatdırıb.
Görüş gələcəkdə birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi ilə davam edib.

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.