Polşada keçirilən VI Beynəlxalq Türkologiya Konqresində Azərbaycan təmsilçiləri fəal iştirak edib
23.09.22

19-21 sentyabr 2022-ci il tarixlərində Polşanın Varşava şəhərində təşkil olunan “Türk Dünyası Araşdırmaları – Multidissiplinar Perspektivlər” adlı VI Beynəlxalq Türkologiya Konqresi çərçivəsində  çoxsaylı panellərdə Azərbaycan nümayəndələri fəal təmsil olunub.   

      Tədbirin plenar sessiyasında “Atatürk” Mərkəzinin rəhbəri, professor Nizami Cəfərov çıxış edərək, Azərbaycanda türkoloji elmlərin müasir dövrdə vəziyyəti barədə tədbir iştirakçılarına məlumat verib.

Həmçinin, Konqres çərçivəsində ilk dəfə olaraq Azərbaycan və Türk Dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərinə həsr olunmuş panel keçirilib.

Paneldə, “İçəri şəhər” Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin  nümayəndəsi Vəfa Quliyeva, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü  Məleykə Əlizadə, AMEA-nın elmi işçiləri Əhməd Qəşəmoğlu və Tahirə Məhəmməd, eləcə də Bakı Dövlət Universitetinin dosenti Sevinc Qasımova iştirak edərək Qarabağın yazılı abidələri, maddi və mədəni tarixi, Şuşa şəhərinin elmi inkişafına təkan verən hadisələr, XIX əsrdə şəhərin ədəbi və sosial həyatında qadınların rolu barədə təqdimatlar edib, müzakirələr aparıblar.

Tədbirdə “Qafqazın konservatoriyası: Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı sərginin açılışı olub.

Bununla yanaşı, Konqres çərçivəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nümayəndəsi Gülər Abdullabəyovanın müəllifi olduğu və polyak dilində nəşr olunmuş “XIX əsrdə Azərbaycan-Polşa ədəbi əlaqələri” adlı kitabın təqdimatı olub. Kitab haqqında danışan müəllif Konqres iştirakçılarına XIX əsrdə Azərbaycan və Polşa ədəbi əlaqələrindən bəhs edib.

Konqresin ikinci günündə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva və nümayəndəsi Gülarə Əmirova,  Varşava Universitetinin nümayəndələri  Şəhla Kazımova və Nərgiz Axundova Orxon Yenisey və Orta əsr türk  abidələrinin tədqiqat tarixi,  Sovet dönəmində Azərbaycanda türkologiyanın vəziyyəti barədə məlumat verib.

Keçirilən müzakirələrdə BDU-nun nümayəndəsi Zərifə Nəzirli ikinci Qarabağ müharibəsinin beynəlxalq mediada işıqlandırılması, Azərbaycan Tibb Universitetinin nümayəndələri Səkinə Əliyeva və AMEA nümayəndələri Aynur Mahmud türk dialektologiyasının əsasları barədə danışıb, dialektlərin müqayisəli təhlilini aparıblar.

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.