Ədəbiyyat İnstitutunda Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” kitabını təqdim edilib
21.09.22

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” kitabının təqdimatı və müzakirəsi keçirilib. Təqdimatda Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliyinin əməkdaşları, Milli Məclisin komitə sədri Eldar İbrahimov və digər ziyalılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb. Bildirib ki, Azərbaycan elminin, ədəbiyyatının öyrənilməsində təzkirələrin böyük rolu var: "Bu gün biz türk dünyasında təzkirəşünaslığın zirvəsini fəth etmiş Dövlətşah Səmərqəndinin Azərbaycanda çap olunan “Təzkirətüş-şüəra” kitabını böyük ictimaiyyətlə bir yerdə təqdim edirik.

Dövlətşah Səmərqəndinin kitabının Bakıda çap olunması, akademiyada onun təqdimatının bərabər səviyyədə keçirilməsi də ölkələrimizdə gedən indiki proseslərin daha da dərinləşməsinə özünün böyük töhfəsini verir. Hesab edirəm ki, bugünki tədbir Azərbaycan-Özbəkistan əlaqələrinin müstəqillik dövründə daha da inkişaf etdirilməsi istiqamətində möhkəm körpülərdən biridir.

Bu təzkirə Özbəkistandan Anadoluya qədər böyük bir coğrafiyada türk dünyasının və ümumiyyətlə, şərşünaslığın ədəbi-tarixi mənbəyidir. Təzkirə klassik poemaların başlanğıcının prinsiplərinə uyğun olaraq yazılıb. Təzkirə elmi əsərdir, burada isə dibaçə, padşahın, peyğəmbərin, müəllifin tərifi də var. Sonda xatimə də verilib. Əslində bu təzkirənin sədlərini aşan mükəmməl bir ədəbiyyat ensiklopediyasıdır.

Dövlətşah Səmərqəndinin Nizami Gəncəvi haqqında yazdıqlarını xüsusi qiymətləndirirəm. İndiki tədqiqatlarda bu təzkirəyə istinad olunur və artıq daha rahatlıqla istinad olunacaq. Hazırladığımız “Nizami Gəncəvi ensiklopediyası” üçün ən mötəbər mənbələrdən biri olacaq.

Əsəri nəşrə hazırlayanların zəhmətini qeyd etmək istəyirəm. Əhmədağa Əhmədov tərcümə edib, uzun illər üzərində çalışıb, çapa hazırlayıb. Müxtəlif səbəblərdən çap edilə bilməyib. Bu tədbirdə bacıları və ailə üzvləri iştirak edirlər. Lalə Sultanova bu əsərə yeni həyat gətirib”.

Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri Bəhramcan Qayıbov çıxış edərək Azərbaycan-Özbəkistan əlaqələrinin son dövrlər yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli çıxışında əlavə edib ki, “mənə elə gəlir, təzkirəçilik türk təfəkkürünün məhsulusdur. Qədim dünyada təzkirələr olmayıb. İlk dəfə XIII əsrdə türk alimin təzkirəsi ilə başlayıb. Dövlətşah Səmərqəndi də bir türk alimidir”.

Təqdimatda filologiya elmləri doktorları, professorlar Tərlan Quliyev və İmamverdi Həmidov nəşr barəsində fikirlərini bölüşüblər. Özbəkistanlı alimlər, filologiya elmləri doktorları, professorlar Diloram Salahi və Nurbay Cabbarov mövzu ilə bağlı məruzələrlə çıxış ediblər. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, Əhmədağa Əhmədovun ailə üzvü, əsəri çapa hazırlayan, ön söz və bəzi qeydlərin müəllifi Lalə Sultanova çıxışında bildirib ki, əsəri farscadan tərcümə edən, müqəddimə, qeyd və şərhlərin müəllifi Əhmədağa Əhmədov, nəşrin elmi redaktoru Tərlan Qiliyevdir.

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.