Bəsirə Əzizəli - Dinlər "Qəlb gözü" üçün nə deyir?
14.09.22

İnsanlara ruhi-mənəvi tərəfdən diqqət yetirsək, onların həyat və aqibətlərinin gedişinə təsir göstərən ən mühüm amillərdən birinin qəlb gözü anlayışı ilə bağlı olduğunu görərik. Əslində, hər bir fərdin bioloji, fiziki, sosial, ictimai həyatının formalaşması və təzahüründə qəlb gözünün birbaşa və dolayısıyla, şüurlu və şüuraltı təsiri, rolu mövcuddur. İfadəsi və məvhumu nöqteyi-nəzərindən bizə mücərrəd görünən sözügedən qəlb gözü anlayışının gündəlik real həyatımızdakı əhəmiyyətini anlamaq və onun düşüncələrimizdəki yerini müəyyənləşdirmək də vacib məsələlərdəndir. Təsadüfi deyil ki, bir çox dinlərin və dini-fəlsəfi təlimlərin əsasında qəlb gözü, geniş mənada, iman nuruna açılan qapı anlamını daşıyır.

Beş min il əvvəl Həzrət Allah Ali Şəxs Krşnanın dostu və fədaisi Arcunaya söylədikləri əsasında sanskrit dilində yazılmış, “Mahabharata” əsərinin bir qolunu təşkil edən, müasir dünyamızda isə insanı kamilliyə aparan yollardan biri kimi qəbul olunan və geniş şəkildə təbliq edilən “Bhaqavad-qita”da fəlsəfi və dini təlimlər arasında qəlb gözü anlayışı da əhəmiyyətli yer tutur. Kitabın ikinci fəslində deyilir: “Elə bir vaxt olmayıb ki, Mən, sən, yaxud bütün bu şahlar mövcud olmamış olaq və heç vaxt elə olmayacaq ki, bizlərdən kimsə mövcud olmasın” Burada klassik hind dini-fəlsəfi təlimi “Tanrını hər şeyin daxilində və xaricində görə bilən övliya şəxslər həqiqətən kamilliyə və əbədi sakitliyə nail olurlar” söyləməklə övliya şəxlərin qəlb gözünə işarə edir.

Krşna şüurunda həyatın maddi şərtlərindən uzaqlaşmaq, onlardan imtina etməklə kamil həyata yüksəlmək və bunun üçün qəlb gözünə sahib olmaq ideyası mühüm yer tutur: “Bu yolla gedənlərin fikri qəti, məramı birdir. Ey Kuruların sevimli oğlu, qətiyyətsiz olanların idrakı çoxşaxəlidir”.

Qəlb gözü anlayışına xristianlıq dinində də rast gəlirik.
Xristianlıq dininə əsasən, “Göylərin Padşahlığının sirrlərini bilmək” yalnız mömin insanlara müyəssər ola bilər. “Zira kimin varsa, ona veriləcək və artırılacaqdır; fəqət kimin yoxsa əlində olan da ondan alınacaqdır” deyən İsa peyğəmbər Yeşaya peyğəmbərin cahil insanlar üçün dediyi sözləri şagirdlərinə xatırladır: “Müntəzəm eşidəcəksiniz, amma anlamayacaqsınız; Müntəzəm baxacaqsınız, lakin görməyəcəksiniz; Zira bu xalqın ürəyi kobudlaşmışdır, qulaqları ilə ağır eşidirlər və gözlərini yummuşlar ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə anlamasınlar və dönməsinlər ki, Mən onlara şəfa verim”.

Xristianlıq insan ruhu və Tanrı arasındakı ruh bütölüyünü təlqin edir. “İncil” də insanları onlardakı Tanrı nurunun bir zərrəsi olan qəlb gözü ilə - daxili işıqla görməyə dəvət edir: “Bədənin çırağı gözdür, beləliklə, gözün sağlam olsa, bütün bədənin işıqlı olacaqdır.
Fəqət gözün şikəst olarsa, bütün bədənin qaranlıq olar. Beləliklə, səndəki işıq qaranlıqsa, o qaranlıq nə dərindir!”

Qəlb gözü anlayışı islam dinində daha ön planda diqqəti cəlb edər: “Həqiqətən gözlər kor olmaz, lakin sinələrdəki ürəklər (qəlb gözü) kor olar” (“əl-Həcc” surəsi).
Sözügedən anlayış “Quran”da bəsirət gözü adlandırılır ki, bu da islamdan sonra formalaşan bir çox dini-fəlsəfi təlimlərdə də geniş şəkildə öz əksini tapmışdır. İslam dünyagörüşünə görə, haqqı dərk etməyənlər kar, lal və kordurlar ki, onlar da kafir hesab olunur. “Əl-Bəqərə” surəsində deyilir: “Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Tağutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!” “Quran”da bəsirət sahiblərinin ibrət alacaqları yüzlərlə əhvalatlardan bəhs edilir.

İslama görə, Allah kafirlərin ürəklərini onların küfür əməlləri səbəbindən pərdələmiş və möhürləmişdir. “Ən-Nisa” surəsində deyildiyi kimi: “Lakin onlar verdikləri əhdi pozduqları, Allahın ayələrini inkar etdikləri, peyğəmbərləri haqsız yerə öldürdükləri və: “Ürəklərimiz pərdəlidir!” dedikləri ucundan (Allahın lənətinə düçar oldular). Bəli, öz küfürləri üzündən Allah onların ürəklərinə möhür vurmuşdur (kilidləmişdir). Allahın ürəklərini möhürlədiyi və gözlərini pərdələdiyi insanları “Quran”ın dini görüşlərinə görə, dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir. Onlar Allahdan gələn ayələri təkzib etdikləri və haqq yoldan azdıqları üçün öz cəhalətləri içərisində kar və lal qalmağa məhkumdurlar. Belələri nəinki insanlar, bütövlükdə, yer üzünün canlıları arasında ən pisi hesab olunur: “Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq, onların qəlbləri vardır, lakin onunla... anlamazlar, onların gözləri vardır, lakin onunla... görməzlər. Onların qulaqları vardır, lakin onunla... eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də (ondan) daha çox zəlalətdədirlər”.

İslam dinində bəsirət gözü anlayışı əvvəlki dinlərdə ifadə olunan məzmunun daha da dolğunlaşdırmış və müqəddəs kitabın səciyyəsi mövqeyində insanları imana qovuşduran vacib cəhət kimi göstərilmişdir: “Bu (Quran) insanlar üçün bəsirət gözü, (axirətə) tam yəqinliklə inanan bir qövm üçün də hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!” (əl-Casiyə surəsi).

“Yer üzündə haqsız yerə (layiq olmadıqları halda) təkəbbürlük edənlərin” – kar, kor və lalların xilas yolunu da islam dini göstərir. Bu da mənəvi saflaşma, insan qəlbi və Tanrı arasındakı mənəvi bağları bərpa etmək, haqq nuru ilə aydınlanmaqla mümkün hesab edilir: “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, o sizə haqla-nahaqqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir” (“əl-Ənfal” surəsi). İslam dünyagörüşünə görə, Allahı, onun peyğəmbərini və iman gətirənləri özünə yaxın bilən insan “Allahın firqəsi” (“əl-Maidə” surəsi) olaraq qələbə çalacaqdır.

Gördüyümüz kimi, qəlb gözü - bəsirət gözü anlayışı dini və dini-fəlsəfi təlimlərdə önəmli yer tutur.
Cəmiyyətin psixologiyası, mənəvi dünyası, dünyagörüşü, əxlaq sistemi, tərbiyə və davranışının alt qatında məlum və gizli şəkildə bütün digər amillərlə yanaşı, eyni zamanda, təsirli cəhət kimi dini mənsubiyyətindən irəli gələn cəhətlər də dayanır. Bu baxımdan, iman nuruna açılan qapını bəsirət gözümüz ilə döysək, dünyanın ən demokratik, azad qanunlar və hüquq sisteminin idarə etdiyi dəyərləri mənəvi yolla qazanmış olarıq.

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.